Manatla bağlı mühüm proqnoz: Gələn il məzənnə...

Azərbaycan bankları Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında geosiyasi risklərə ən az məruz qalan banklardır.

Bizim.Media xəbər verir ki, bu barədə “Moody`s”in son hesabatında qeyd olunub.

Reytinq agentliyinin məlumatına görə, bu, Azərbaycanın Rusiya ilə məhdud iqtisadi və maliyyə əlaqələrinin olması, neft qiymətlərinin yüksəlməsi nəticəsində karbohidrogen gəlirlərinin təmin etdiyi dayanıqlıq, eləcə də manatın ABŞ dollarına bağlılığının təmin etdiyi sabitliklə əlaqədardır.
 

Ümumilikdə, “Moody`s” qeyd edir ki, Mərkəzi Asiya və Qafqaz iqtisadiyyatları geosiyasi hadisələrin yaratdığı dolayı risklərə inflyasiya vasitəsilə məruz qalır. Belə ki, enerji daşıyıcılarının, ərzağın və digər resursların bahalaşması pul-kredit siyasətinin yumşaldılmasını gecikdirə, faiz dərəcələrini və borclanma xərclərini yüksək səviyyədə saxlaya bilər.


“Moody`s” hesab edir ki, regional geosiyasi risklərin artması və ya qlobal iqtisadiyyatın əhəmiyyətli dərəcədə zəifləməsi şəraitində Mərkəzi Asiya və Qafqaz ölkələrindən kapital axını milli valyutaları zəiflədə bilər. Hazırda belə bir ssenari gözlənilmir.

“Bu, inflyasiyanı gücləndirəcək və Mərkəzi Asiya və Qafqaz ölkələrində əhəmiyyətli valyuta risklərinə malik bankların borc yükünü artıracaq. Azərbaycan bankları bu riskə ən az məruz qalan banklardır. Çünki manat faktiki olaraq ABŞ dollarına bağlıdır və bu da iqtisadiyyatı və bank sistemini məzənnə dəyişkənliyindən qorumağa kömək edir”, - deyə hesabatda bildirilir.

Azərbaycan manatını gələn il nə gözləyir? Risklər varmı və devalvasiya ehtimalı nə dərəcədədir?

Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov “Musavat.com”a bildirib ki, həm Azərbaycan iqtisadiyyatı, həm də manatın məzənnəsi üçün ən çətin dövrlərdən biri 2026-cı ildir:

“ABŞ hökumətinin həyata keçirdiyi siyasət, eyni zamanda ABŞ-İran-İsrail konfliktinin yaratdığı konyuktur çox ciddi risklər formalaşdırdı. Bu, gözlənilməz risklərə qlobal iqtisadiyyatın verdiyi reaksiya ən mühüm problemlərdən birinə çevrildi. Lakin bu dövr ərzində həm qlobal iqtisadiyyatın oyunçuları, həm də Azərbaycan müəyyən qədər müqavimət əldə edir və yaranmış şəraitə uyğun olaraq, adaptasiya gedir, eyni zamanda müəyyən qədər mövqelər formalaşdırılır.
 

2027-ci il üçün ən ciddi risk ABŞ-İran-İsrail konflikti ilə bağlı eskalasiyanın yaranması və Azərbaycanın siyasi tərəfə çevrilməsi kimi təsiredici amili ola bilər, amma bu ehtimal daha aşağıdır. Azərbaycan hökumətinin bu günə qədər verdiyi mesajlar, təsdiqlənən sənədlər, dövlət proqramları və s. aydın görünən odur ki, məzənnə ilə bağlı müvafiq status-kvonu davam etdirməyə çalışır.


Manatın məzənnəsini ən azı 2030-cu ilə qədər dəyişmədən davam etdirməyə çalışacaq. Kapital axını investisiyanın geri çəkilməsi kimi nəzərdən keçirilirsə, Azərbaycanın, nə qədər təzadlı olsa da, üstünlüyü var, çünki Azərbaycan iqtisadiyyatı, xüsusilə qeyri-neft iqtisadiyyatı investisiya cəlb etməkdə zəif olduğu üçün daha az risklə üzləşmiş olacaq.

Ölkədən xarici investisiyanın axını ilə bağlı isə müxtəlif yollarla məhdudiyyət tətbiq edilməkdədir. Bu da iqtisadiyyata və manatın məzənnəsinə risk yaradacağı təqdirdə müdaxilə imkanının olduğu qənaətindəyəm. 2027-ci ildə manatın məzənnəsinin sabit saxlanacağını proqnozlaşdırmaq olar”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Mal əti niyə bahalaşır? - VİDEO

Mal əti niyə bahalaşır? - VİDEO

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Beyləqanda elektrik yarımstansiyası YANIR

Beyləqanda elektrik yarımstansiyası YANIR

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO

End of content

No more pages to load

RADİO