ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə üçtərəfli görüşün keçirilməsini istisna etməyib.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Trampın sözlərinə görə, o, yaxın perspektivdə Putinlə görüşə bilər. Həmçinin Rusiya və Ukrayna prezidentləri ilə üçtərəfli görüşün keçirilməsi də mümkündür.
“Bu, baş verə bilər”, — deyə ABŞ lideri bildirib.
Bundan əlavə, Tramp sentyabrın 8-də Putinlə telefon danışığını “əla” adlandırıb və Rusiya prezidentinin “razılaşma əldə etmək istədiyini” qeyd edib.
Bizim.Media