Üç övladı olanların diqqətinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişiklik qəbul edilərsə, həmin ailələr üçün əlavə sosial dəstək mexanizmlərinin tətbiqi mümkün olacaq.

Artıq sözügedən təklif Milli Məclisə təqdim olunub. Mövcud meyarın dəyişdirilməsi hansı imkanlara şərait yaradacaq?

Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov bu təklif ölkənin demoqrafik siyasətinə yenidən baxılması baxımından mühüm addımdır deyib.

"Hazırda 5-dən çox övladı olan qadınlara hər uşağa görə aylıq 140 manat müavinət ödənilir. Bu hüquq altıncı uşağın 1 yaşı tamam olduqdan sonra yaranır və 18 yaşı tamam olan ayın sonunadək davam edir. Yəni mövcud sistemdə dövlət dəstəyindən yararlanmaq üçün ailənin ən azı 6 uşağının olması tələb olunur. Təklif olunan dəyişiklik isə bu yanaşmanı əhəmiyyətli dərəcədə dəyişə bilər. 3 və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması, hər birinə görə sosial ödəniş imkanının yaradılması, həmçinin uşaqların sayından asılı olaraq pensiya yaşının 3, 4 və 5 il azaldılması nəzərdə tutulur", - deyə o qeyd edib.

İqtisadçı bildirib ki, burada əsas məsələ üçüncü uşağın ailə üçün yaratdığı əlavə iqtisadi yükün dövlət tərəfindən nə dərəcədə kompensasiya olunmasıdır:

"Üçüncü uşaq ailənin yalnız ərzaq və geyim xərclərini artırmır. Mənzil, təhsil, səhiyyə, nəqliyyat və uşaq baxımı ilə bağlı əlavə xərclər yaranır, eyni zamanda valideynlərin əmək bazarında iştirak imkanlarına da təsir göstərə bilir. Ona görə də məqsəd doğum səviyyəsinin artırılmasıdırsa, yalnız aylıq müavinətlə kifayətlənmək olmaz. Kompleks ailə siyasəti formalaşdırılmalıdır. Buraya uşağa görə ödənişlə yanaşı vergi güzəştləri, mənzil dəstəyi, məktəbəqədər təhsil imkanlarının genişləndirilməsi, çoxuşaqlı ailələr üçün nəqliyyat və kommunal güzəştlər kimi mexanizmlər də daxil edilməlidir.
 

Digər tərəfdən, belə bir siyasətin dövlət büdcəsinə yaradacağı maliyyə yükü də nəzərə alınmalıdır. Bu baxımdan mərhələli keçid iqtisadi cəhətdən daha əsaslandırılmış yanaşmadır. Lakin mərhələlilik sosial dəstəyin qeyri-müəyyən müddətə təxirə salınmasına çevrilməməlidir.


Dövlət əvvəlcədən konkret yol xəritəsi müəyyən etməlidir. Məsələn, birinci mərhələdə 5 və daha çox, ikinci mərhələdə 4 və daha çox, üçüncü mərhələdə isə 3 və daha çox uşaqlı ailələrin sistemə daxil edilməsi nəzərdə tutula bilər. Hər mərhələnin müddəti və maliyyə təminatı əvvəlcədən açıqlanmalıdır".

Ekspert qeyd edib ki, ən mühüm məsələ müavinətin məbləğidir:

"Hazırda 5-dən çox uşağı olan qadınlara hər uşağa görə 140 manat ödənilir. 2018-ci ildə bu məbləğ 33 manat olduğu halda, 2025-ci ildə 140 manata yüksəlib. Lakin inflyasiya və ailələrin real xərcləri nəzərə alınmadan yalnız nominal artım əsasında sosial siyasətin effektivliyini qiymətləndirmək düzgün deyil.

3 uşaqlı ailələrin çoxuşaqlı ailə kimi tanınması yalnız müavinət məsələsi kimi müzakirə edilməməlidir. Çoxuşaqlı ailələrə dövlət dəstəyi ilə bağlı vahid yanaşma formalaşdırılmalı, ailələrin uşaqların sayından asılı olaraq əldə etdiyi sosial, vergi, mənzil, təhsil və pensiya hüquqları sistemli şəkildə birləşdirilməlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Mal əti niyə bahalaşır? - VİDEO

Mal əti niyə bahalaşır? - VİDEO

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Beyləqanda elektrik yarımstansiyası YANIR

Beyləqanda elektrik yarımstansiyası YANIR

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO

End of content

No more pages to load

RADİO