Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

Azərbaycana gətirilən nəqliyyat vasitələri üzərində gömrük nəzarəti və rəsmiləşdirilmənin güzəştli, sadələşdirilmiş qaydası müəyyənləşib.

Bizim.Media Trend.az-a istinadla xəbər verir ki, bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafiq qanun sentyabrın 3-dən qüvvəyə minib.

Qanuna əsasən, gömrük nəzarəti zamanı gömrük orqanları aşağıdakı sadələşdirilmiş gömrük əməliyyatlarını tətbiq edəcəklər:

- mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin formalarının növbədənkənar aparılması;

- xarici ticarət iştirakçılarının nəqliyyat vasitələrinə tətbiq etdiyi eyniləşdirmə vasitələrinin gömrük orqanları tərəfindən tanınması;

- gömrük orqanlarının tətbiq etdiyi eyniləşdirmə vasitələrinin gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı olmadan xarici ticarət iştirakçıları tərəfindən götürülməsi;

- gömrük nəzarəti altında olan malların gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı olmadan nəqliyyat vasitələrindən boşaldılması və nəqliyyat vasitələrinə yüklənməsi;

- gömrük nəzarəti altında olan malların daşınması üçün gömrük orqanları tərəfindən marşrutun müəyyən edilməməsi;

- malların və nəqliyyat vasitələrinin müvəqqəti saxlancının onların sahibinin istifadəsində olan anbarlarda həyata keçirilməsi;

- idxal olunan malların birbaşa şəxsin istifadəsində olan anbara aparılması;

- ixrac olunan mallara və nəqliyyat vasitələrinə dair gömrük bəyannaməsini elektron qaydada gömrük orqanlarına təqdim etməklə malların bəyan edildiyi dövlət sərhədindən buraxılış məntəqəsinə birbaşa göndərilməsi.

Gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanları aşağıdakı sadələşdirilmiş gömrük əməliyyatlarını tətbiq edəcəklər:

- gömrük ərazisinə gətirilən və ya bu ərazidən aparılan malların buraxılışının növbədənkənar və dərhal təmin edilməsi;

- gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün Gömrük Məcəlləsində nəzərdə tutulmuş təminat üsullarının gömrük orqanları tərəfindən tələb olunmaması;

- gömrük ərazisinə gətirilmiş malların qısa idxal bəyannaməsi əsasında buraxılışına icazə verilməsi;

- gömrük rəsmiləşdirilməsinə dair bütün gömrük əməliyyatlarının Ticarətin Asanlaşdırılması Mərkəzlərində prioritet qaydada həyata keçirilməsi;

- malların sadələşdirilmiş bəyannamə əsasında bəyan olunması.

Döyüş təyinatlı hərbi silah-sursatın, müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün satın alınan malların, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, media (audiovizual, çap, onlayn media, informasiya agentlikləri) məqsədləri üçün materialların, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Mərkəzi Bankın ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş qaydada, pandemiya, yoluxucu xəstəliklər, təbii fəlakətlər, digər fövqəladə hallar və sosial xarakterli fövqəladə mühit zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi isə güzəştli və sadələşdirilmiş qaydada həyata keçiriləcək.

Malların gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.
 

Qeyd edək ki, bu qanun layihəsi ilk dəfə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 29-da keçirilən iclasında təqdim edilib.


İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirilib ki, layihənin əsas məqsədləri sırasında Azərbaycanın tranzit potensialının daha da inkişaf etdirilməsi, etibarlı tərəfdaşlıq institutunun təşviqi, gömrük əməliyyatlarında sadələşdirmələrin genişləndirilməsi, habelə gömrük nəzarətində müasir və çevik yanaşmaların tətbiqi xüsusi yer tutur.

Tranzit potensialının inkişaf etdirilməsi ilə bağlı yeniliklərdən danışan Şahin Bağırov multimodal daşımalarda “bir elektron bəyannamə” prinsipinin tətbiqinin əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, beynəlxalq tranzit sistemlərinə inteqrasiya və tranzit əməliyyatlarının rəqəmsallaşdırılması kimi yeniliklər də Azərbaycanın tranzit ölkə kimi mövqeyinin daha da güclənməsinə xidmət edəcək.

Layihədə etibarlı tərəfdaşlığın təşviqi istiqamətində nəzərdə tutulan dəyişikliklərdən bəhs edilərkən Səlahiyyətli İqtisadi Operator statusunun əhatə dairəsinin genişləndirilməsi və gömrük təmsilçiliyi institutunun təkmilləşdirilməsi barədə məlumat verilib.
 

Gömrük əməliyyatlarında sadələşdirmələrlə bağlı təklif olunan yeniliklər sırasında inzibati aktların elektronlaşdırılması, elektron sənəd dövriyyəsinin genişləndirilməsi, eləcə də Ticarətin Asanlaşdırılması Mərkəzləri konsepsiyasının tətbiqi xüsusi qeyd olunub.


Vurğulanıb ki, bu dəyişikliklər inzibati proseslərin legitimliyinin möhkəmləndirilməsinə, sahibkarlıq subyektlərinin üzərinə düşən inzibati yükün azaldılmasına və daha əlverişli hüquqi mühitin formalaşdırılmasına xidmət edəcək. Sənəddə, eyni zamanda, gömrük nəzarətinin və audit mexanizmlərinin hüquqi əsaslarının dəqiqləşdirildiyi, bu sahədə yeni prosedurların müəyyən olunduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, gömrük nəzarəti formalarının həyata keçirilməsi üzrə ayrıca qaydanın hazırlanması, həmin qaydalarda mütənasiblik, əsaslandırma, sənədləşdirmə, videoçəkiliş və şikayət mexanizmlərinin nəzərdə tutulması insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edir.

Vurğulanıb ki, Gömrük Məcəlləsinin yeni redaksiyası gömrük tənzimlənməsinin daha çevik, şəffaf və biznesyönümlü modelə keçirilməsinə, xarici ticarət əməliyyatlarının daha operativ və səmərəli təşkilinə, ölkənin tranzit və logistika imkanlarının genişləndirilməsinə əlverişli hüquqi zəmin yaradacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Payız fəsli Azərbaycana bu tarixdə DAXİL OLACAQ

Payız fəsli Azərbaycana bu tarixdə DAXİL OLACAQ

Taliska “Fənərbaxça”dan getdi

Taliska “Fənərbaxça”dan getdi

Putinin müşaviri: “Rusları köçürməklə Ukraynadakı demoqrafik böhranı həll edə bilərik”

Putinin müşaviri: “Rusları köçürməklə Ukraynadakı demoqrafik böhranı həll edə bilərik”

DİQQƏT! Binəqədinin bir hissəsində yol hərəkətinin təşkili dəyişir – VİDEO

DİQQƏT! Binəqədinin bir hissəsində yol hərəkətinin təşkili dəyişir – VİDEO

Dirəklər var, işıq yoxdur - Zığ–Hövsan yolu yenə qaranlığa QƏRQ oldu – VİDEO

Dirəklər var, işıq yoxdur - Zığ–Hövsan yolu yenə qaranlığa QƏRQ oldu – VİDEO

Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi – ŞAD XƏBƏR

Avtobuslarla bağlı çoxdan gözlənilən qərar verildi – ŞAD XƏBƏR

Sabah 35 dərəcə isti olacaq – PROQNOZ

Sabah 35 dərəcə isti olacaq – PROQNOZ

Daha 2 nəfər Rusiyadan Azərbaycana ekstradisiya OLUNDU

Daha 2 nəfər Rusiyadan Azərbaycana ekstradisiya OLUNDU

"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını ARTIRIB

"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını ARTIRIB

Ənvər Tağıyev Ukraynada gizlənibmiş - Azərbaycana GƏTİRİLİR

Ənvər Tağıyev Ukraynada gizlənibmiş - Azərbaycana GƏTİRİLİR

Məzardan 4 mindən çox qızıl tapıldı

Məzardan 4 mindən çox qızıl tapıldı

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

Baku Electronics-də Qırmızıya Gəl, sərfəli şərtlərdən yararlan!

Baku Electronics-də Qırmızıya Gəl, sərfəli şərtlərdən yararlan!

Şou-biznesdə ilin ən böyük sürprizi -Aygün və Namiq 16 ildən sonra “Gəlirəm” – VİDEO

Şou-biznesdə ilin ən böyük sürprizi -Aygün və Namiq 16 ildən sonra “Gəlirəm” – VİDEO

Kirayə dostluq edərək saatına 2.50 AZN qazanırlar

Kirayə dostluq edərək saatına 2.50 AZN qazanırlar

Babasından qalan mirası yaşadır: Bığını 1,5 metrəyə qədər uzadıb - (Foto)

Babasından qalan mirası yaşadır: Bığını 1,5 metrəyə qədər uzadıb - (Foto)

Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Növbəti satışların vaxtı AÇIQLANDI

Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Növbəti satışların vaxtı AÇIQLANDI

İbrahim Tatlısəs son görünüşü ilə diqqət çəkdi - Foto

İbrahim Tatlısəs son görünüşü ilə diqqət çəkdi - Foto

Hündürmərtəbəli binalarda GİZLİ TƏHLÜKƏ - Eyvan məhəccərləri ölüm tələsinə çevrilib?

Hündürmərtəbəli binalarda GİZLİ TƏHLÜKƏ - Eyvan məhəccərləri ölüm tələsinə çevrilib?

Yolunu qısaltmaq istəyən piyada həyatından oldu - ANBAAN VİDEO

Yolunu qısaltmaq istəyən piyada həyatından oldu - ANBAAN VİDEO

Peşə təhsilində təhsilalanların NƏZƏRİNƏ!

Peşə təhsilində təhsilalanların NƏZƏRİNƏ!

İlin ən yaxşı telefonu seçildi— iPhone və Samsung deyil...

İlin ən yaxşı telefonu seçildi— iPhone və Samsung deyil...

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh haqqında məqaləsini PAYLAŞDI

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh haqqında məqaləsini PAYLAŞDI

DİQQƏT! Güzəştli mənzillər satışa ÇIXARILDI

DİQQƏT! Güzəştli mənzillər satışa ÇIXARILDI

End of content

No more pages to load

RADİO