Kredit borcunu ödəməyənlər üçün çıxış yolu - 3-5 il “dondurmaq”... – AÇIQLAMA

Kredit öhdəliyini yerinə yetirməkdə çətinlik çəkən vətəndaşların borcun müəyyən müddətə “dondurulması” ilə bağlı müraciətləri zaman-zaman gündəmə gəlir. Xüsusilə gəliri azalan və ya müvəqqəti maliyyə çətinliyi yaşayan şəxsləri kredit ödənişlərinin 3-5 il müddətinə dayandırılmasının mümkün olub-olmaması maraqlandırır.

Bəs qanunvericilikdə bununla bağlı hansı imkanlar nəzərdə tutulur? Bank kredit ödənişlərini uzun müddətə “dondura” bilərmi?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “konkret.az”a danışan iqtisadçı-ekspert Əkrəm Həsənovun sözlərinə görə, kredit ödənişlərinin uzun müddətə dayandırılması yalnız bankın razılığı ilə mümkündür:

“Qanunla borclu bunu tələb edə bilməz. Banklar da buna nadir hallarda və çox qısa müddətə razı olurlar. Bir neçə aydan çox olmur.

Bank üçün kredit ödənişlərinin uzun müddət dayandırılması müəyyən maliyyə və tənzimləmə riskləri yaradır. Kredit üzrə ödənişlər həyata keçirilmədikdə onun problemli kreditə çevrilməsi ehtimalı artır və bank müvafiq riskləri nəzərə almalıdır.

Çünki bu, həmin kreditin problemli kreditə çevrilməsi deməkdir. Bank bu halda yüksək məbləğdə ehtiyatlar yaratmalıdır. Üstəlik, kreditin müddəti də ötə bilər. Ona görə belə hallarda banklar məhkəməyə müraciət edirlər”, – deyə Ə.Həsənov vurğulayıb.

Beləliklə, vətəndaş kredit ödənişlərini həyata keçirməkdə çətinlik çəkirsə, banka müraciət edərək ödəniş qrafikinin dəyişdirilməsini, müddətin uzadılmasını və ya digər restrukturizasiya imkanlarını müzakirə edə bilər.

Lakin bankın razılığı olmadan kredit ödənişlərinin 3-5 il müddətinə dayandırılması mümkün deyil.

Tərəflər arasında razılaşma əldə olunmadığı və kredit öhdəlikləri icra edilmədiyi halda isə məsələ hüquqi müstəviyə, o cümlədən məhkəməyə çıxarıla bilər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Qəfil zəng, təsadüfi görüş...Bu bürcləri sürprizlərlə dolu imkanlar gözləyir

Qəfil zəng, təsadüfi görüş...Bu bürcləri sürprizlərlə dolu imkanlar gözləyir

Şəkidə AĞIR QƏZA – Yaralanan var – FOTO

Şəkidə AĞIR QƏZA – Yaralanan var – FOTO

“Yango”da sərnişin SEÇİMİ - Profil şəkliniz yoxdursa, sifarişiniz niyə qəbul edilmir? – FOTOFAKT

“Yango”da sərnişin SEÇİMİ - Profil şəkliniz yoxdursa, sifarişiniz niyə qəbul edilmir? – FOTOFAKT

Ayaqların şişməsinin qarşısını almağın sadə yolu

Ayaqların şişməsinin qarşısını almağın sadə yolu

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

Faciəvi şəkildə ölən Səidin nişanı olacaqmış – Fotolar

Faciəvi şəkildə ölən Səidin nişanı olacaqmış – Fotolar

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Yağışlar gecikəcək- Amma daha dağıdıcı olacaq

Yağışlar gecikəcək- Amma daha dağıdıcı olacaq

55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

Trampdan iqtisadi müharibə ELANI – Hansı ölkə İrana kömək etsə... - VİDEO

Trampdan iqtisadi müharibə ELANI – Hansı ölkə İrana kömək etsə... - VİDEO

Dünəndən qalan çayı içmək olar?

Dünəndən qalan çayı içmək olar?

Kredit borcunu ödəməyənlər üçün çıxış yolu - 3-5 il “dondurmaq”... – AÇIQLAMA

Kredit borcunu ödəməyənlər üçün çıxış yolu - 3-5 il “dondurmaq”... – AÇIQLAMA

34 il əvvəl yoxa çıxdılar - Buzlar əriyəndə sirr açıldı

34 il əvvəl yoxa çıxdılar - Buzlar əriyəndə sirr açıldı

Ay qırmızı rəngə bürünəcək: Tarix və saat AÇIQLANDI

Ay qırmızı rəngə bürünəcək: Tarix və saat AÇIQLANDI

Ticarət mərkəzləri, restoranlar bağlanacaq, obyektlər boşalacaq – Yeni mərhələ başlayır

Ticarət mərkəzləri, restoranlar bağlanacaq, obyektlər boşalacaq – Yeni mərhələ başlayır

Küvəz çatışmazlığı ilə gündəmə gələn Sabunçu Tibb Mərkəzində son durum necədir? – Rəsmi AÇIQLAMA

Küvəz çatışmazlığı ilə gündəmə gələn Sabunçu Tibb Mərkəzində son durum necədir? – Rəsmi AÇIQLAMA

Rusiya Kiyevi ballistik raketlərlə VURDU – Ölən və yaralılar var – VİDEO

Rusiya Kiyevi ballistik raketlərlə VURDU – Ölən və yaralılar var – VİDEO

BİZİM TƏQVİM:20 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:20 avqustda baş vermiş tarixi hadisələr

Müqəddəs yerdə ölənlər cənnətə düşür? - İlahiyyatçı o videodan danışdı

Müqəddəs yerdə ölənlər cənnətə düşür? - İlahiyyatçı o videodan danışdı

Uşağınız bu sözləri tez-tez deyirsə, DİQQƏTLİ OLUN

Uşağınız bu sözləri tez-tez deyirsə, DİQQƏTLİ OLUN

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

End of content

No more pages to load

RADİO