Gecə saatlarında Şəkinin Orta Zəyzid kəndində xəsarətlə nəticələnən yol qəzası qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəkinin Orta Zəyzid kəndi ərazisində “Nissan” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində 20 yaşlı Ruslan Qasımov xəsarət alıb.
Qəza nəticəsində xəsarət alan şəxs təcili tibbi yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu