34 il əvvəl yoxa çıxdılar - Buzlar əriyəndə sirr açıldı

1992-ci ildə İsveçrədə Alp dağlarında itkin düşən iki belçikalı alpinistin taleyi 34 ildən sonra məlum olub. Onların insan qalıqları Trift buzlağında aşkar edilib və DNT analizi nəticəsində şəxsiyyətləri təsdiqlənib.

Bizim.Media xəbər verir ki, 39 və 41 yaşlı iki belçikalı alpinist 4 sentyabr 1992-ci ildə İsveçrədəki 4017 metr hündürlüyündə Vaysmies zirvəsindən keçməklə Almagellerhütteyə getmək üçün yola çıxıb.

Lakin bölgədə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən onlar təyinat yerinə çatmayıb.

Həmin vaxt aparılan axtarışlar zamanı yalnız bir çanta tapılıb, alpinistlərin özündən isə heç bir iz əldə edilməyib.
 

İllər keçdikcə itkin alpinistlərin tapılması ilə bağlı axtarışlar nəticəsiz qalıb. Lakin Alp dağlarında buzlaqların əriməsi onilliklərdir buz altında qalan izləri üzə çıxarıb.

İyul ayında Trift buzlağında bir turist insan qalıqları aşkar edib. Qalıqların yaxınlığında tapılan şəxsiyyəti təsdiq edən sənədlər onların 1992-ci ildə itkin düşən iki belçikalı alpinist ola biləcəyinə dair ehtimalları gücləndirib.

Daha sonra ailələrdən götürülən DNT nümunələri ilə aparılan analiz qalıqların məhz həmin iki alpinistə məxsus olduğunu qəti şəkildə təsdiqləyib.

Tapılan qalıqlar məhkəmə ekspertizası üçün Siondakı Məhkəmə Ekspertizası İnstitutuna göndərilib. DNT nəticələrinin açıqlanması ilə iki alpinistin taleyi ilə bağlı 34 il davam edən müəmmaya son qoyulub.

Qeyd edək ki, Alp dağlarında buzlaqların sürətlə əriməsi nəticəsində son illərdə onilliklər əvvəl itkin düşmüş alpinistlərin qalıqlarının üzə çıxması halları artıb.

Mütəxəssislər qlobal istiləşmənin buzlaqların əriməsini sürətləndirdiyini və bunun nəticəsində uzun illər buz altında qalmış insan qalıqları ilə yanaşı, müxtəlif tarixi əşyaların da yenidən üzə çıxdığını bildirirlər.

2023-cü ildə də Matterhorn yaxınlığında 1986-cı ildən bəri itkin hesab olunan alman alpinistin qalıqları buzlağın əriməsi nəticəsində aşkar edilmişdi. (qafqazinfo.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Yango”da sərnişin SEÇİMİ - Profil şəkliniz yoxdursa, sifarişiniz niyə qəbul edilmir? – FOTOFAKT

“Yango”da sərnişin SEÇİMİ - Profil şəkliniz yoxdursa, sifarişiniz niyə qəbul edilmir? – FOTOFAKT

Ayaqların şişməsinin qarşısını almağın sadə yolu

Ayaqların şişməsinin qarşısını almağın sadə yolu

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

Faciəvi şəkildə ölən Səidin nişanı olacaqmış – Fotolar

Faciəvi şəkildə ölən Səidin nişanı olacaqmış – Fotolar

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Yağışlar gecikəcək- Amma daha dağıdıcı olacaq

Yağışlar gecikəcək- Amma daha dağıdıcı olacaq

55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

Trampdan iqtisadi müharibə ELANI – Hansı ölkə İrana kömək etsə... - VİDEO

Trampdan iqtisadi müharibə ELANI – Hansı ölkə İrana kömək etsə... - VİDEO

Dünəndən qalan çayı içmək olar?

Dünəndən qalan çayı içmək olar?

Kredit borcunu ödəməyənlər üçün çıxış yolu - 3-5 il “dondurmaq”... – AÇIQLAMA

Kredit borcunu ödəməyənlər üçün çıxış yolu - 3-5 il “dondurmaq”... – AÇIQLAMA

34 il əvvəl yoxa çıxdılar - Buzlar əriyəndə sirr açıldı

34 il əvvəl yoxa çıxdılar - Buzlar əriyəndə sirr açıldı

Ay qırmızı rəngə bürünəcək: Tarix və saat AÇIQLANDI

Ay qırmızı rəngə bürünəcək: Tarix və saat AÇIQLANDI

Ticarət mərkəzləri, restoranlar bağlanacaq, obyektlər boşalacaq – Yeni mərhələ başlayır

Ticarət mərkəzləri, restoranlar bağlanacaq, obyektlər boşalacaq – Yeni mərhələ başlayır

Küvəz çatışmazlığı ilə gündəmə gələn Sabunçu Tibb Mərkəzində son durum necədir? – Rəsmi AÇIQLAMA

Küvəz çatışmazlığı ilə gündəmə gələn Sabunçu Tibb Mərkəzində son durum necədir? – Rəsmi AÇIQLAMA

Rusiya Kiyevi ballistik raketlərlə VURDU – Ölən və yaralılar var – VİDEO

Rusiya Kiyevi ballistik raketlərlə VURDU – Ölən və yaralılar var – VİDEO

BİZİM TƏQVİM:20 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:20 avqustda baş vermiş tarixi hadisələr

Müqəddəs yerdə ölənlər cənnətə düşür? - İlahiyyatçı o videodan danışdı

Müqəddəs yerdə ölənlər cənnətə düşür? - İlahiyyatçı o videodan danışdı

Uşağınız bu sözləri tez-tez deyirsə, DİQQƏTLİ OLUN

Uşağınız bu sözləri tez-tez deyirsə, DİQQƏTLİ OLUN

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Azərbaycanın kuryer xidmətlərindən gəlirləri 2 dəfə artdı

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

Dünyanın ən çox əhalisi olan 10 ölkəsi - SİYAHI

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

"Dostlarım zəng edib ki, sənə nə olub?" – VİDEO

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Dünyada bir kiloqram mal əti neçəyədir? – ARAŞDIRMA

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

Ən çox varlanmaq potensialı olan bürclər hansıdır? - Siyahı

End of content

No more pages to load

RADİO