Maşın bazarında “ucuzlaşma” görüntüsü: Əslində qiymətlər demək olar dəyişməyib

2026-cı ilin iyul ayında Azərbaycan avtomobil bazarında elan qiymətlərinin medianı 17 min AZN təşkil edib.
 
Azərbaycan Qiymətləndiricilər Palatasından Bizim.Media-ya daxil olan məlumata görə, iyun ayı ilə müqayisədə 900 AZN və ya 5 faiz azalma qeydə alınsa da, AQP avtomobil qiymət indeksinin təhlili bu dəyişikliklərin əsasən bazarın təklif strukturunun yenilənməsi ilə bağlı olduğunu göstərir.
 

AQP-nin dəyişən struktur üzrə hesablanan indeksi iyulda 98,3, iyunda isə 103,5 səviyyəsində olub. Lakin marka və modellərin bazardakı çəkisi sabit saxlanıldıqda indeks 103,1, eyni model və buraxılış ili üzrə müqayisədə isə 103,3 təşkil edib.


Bu nəticə real qiymət dəyişməsinin cəmi 0,2-0,4 faiz intervalında olduğunu göstərir. Beləliklə, iyul ayında avtomobillərin kütləvi ucuzlaşması müşahidə edilməyib.

Təhlilə əsasən, iyulda ümumi təklifdə aşağı və orta qiymətli, nisbətən köhnə avtomobillərin payı artıb, bahalı və premium avtomobillərin payı isə azalıb. Məhz bu struktur dəyişikliyi xam median qiyməti aşağı çəkib. Sabit struktur üzrə hesablamalar isə bazarda qiymətlərin əsasən dəyişməz qaldığını göstərir.

AQP-nin iyul ayı üzrə hedonik qiymət modeli 25 mindən artıq müşahidə və bazarda ən aktiv 120 marka-model əsasında qurulub. Model avtomobilin yaşı, yürüşü, marka və modeli, mühərrik göstəriciləri, transmissiyası, ötürücü sistemi, ban növü və texniki vəziyyəti kimi amillərin qiymətə təsirini ayrıca qiymətləndirib. Modelin izahetmə qabiliyyəti 93,3 faiz təşkil edib.

Hesablamalara görə, avtomobilin qiymətinə ən güclü davamlı təsir edən amil istismar müddətidir. Əlavə hər bir istismar ili avtomobilin bazar qiymətini orta hesabla 6,1 faiz azaldır.

Yürüşün ayrıca təsiri isə daha zəifdir: hər əlavə min kilometr qiyməti orta hesabla 0,0256 faiz aşağı salır. Bu göstərici 50 min kilometr üçün təxminən 1,27 faiz təşkil edir.

Transmissiya növü də qiymət fərqinin formalaşmasında rol oynayır. Digər xüsusiyyətləri eyni olan avtomobillərdə mexaniki transmissiya avtomat transmissiya ilə müqayisədə orta hesabla 6,3 faiz aşağı qiymətləndirilir.
 

Qəza tarixçəsi avtomobilin bazar dəyərinə əhəmiyyətli təsir göstərən digər amildir. İyul ayı üzrə hedonik hesablamalara əsasən, təmir edilmiş qəza tarixçəli avtomobildə qalıq əmtəə dəyəri itkisi təxminən 5,2 faizdir. Təmir olunmamış zədəli avtomobillərdə ümumi bazar zərəri isə təxminən 21 faiz qiymətləndirilir. Bunun 15,8 faizinin təmir xərci ekvivalenti, 5,2 faizinin isə təmirdən sonra qalan dəyər itkisi olduğu hesablanır.


Məsələn, qəzasız bazar dəyəri 25 min AZN olan avtomobildə təmir olunmamış zədənin bazar təsiri təxminən 5,2 min AZN ola bilər. Lakin bu rəqəm servis smetası deyil və konkret zərərin müəyyənləşdirilməsi üçün zədələnmiş detallar, ehtiyat hissələri, işçilik və ekspert qiymətləndirməsi nəzərə alınmalıdır.

Ümumilikdə, iyul ayında Azərbaycan avtomobil bazarında müşahidə olunan 5 faizlik median azalması real bazar ucuzlaşmasından daha çox təklif strukturunun dəyişməsi ilə izah olunur.

Eyni model və buraxılış ili üzrə qiymətlərin cəmi 0,2 faiz, sabit model çəkiləri üzrə isə 0,4 faiz azalması bazarda kəskin qiymət enməsinin olmadığını təsdiqləyir.

Xatırladaq ki, Azərbaycan Qiymətləndiricilər Palatası hər ay daşınmaz əmlak, avtomobil və tikinti indekslərini açıqlayır.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dinşünaslar arasında FİKİR AYRILIĞI – Vəfat edən şəxsə “Yasin” oxumaq olar, ya olmaz?

Dinşünaslar arasında FİKİR AYRILIĞI – Vəfat edən şəxsə “Yasin” oxumaq olar, ya olmaz?

Qaradağda yük maşını AŞDI

Qaradağda yük maşını AŞDI

Azərbaycanın iki rayonuna Bakıdan axın başladı - SƏBƏB

Azərbaycanın iki rayonuna Bakıdan axın başladı - SƏBƏB

Mexanik 2026-cı ildə uzaq durmağı tövsiyə etdiyi 5 bahalı lüks avtomobili açıqlayıb

Mexanik 2026-cı ildə uzaq durmağı tövsiyə etdiyi 5 bahalı lüks avtomobili açıqlayıb

General-mayor Abbasəli Novruzov dəfn edildi -FOTO

General-mayor Abbasəli Novruzov dəfn edildi -FOTO

FHN əməliyyat görüntülərini yaydı: 685 yanğına çıxış, 6 qəza, partlayış... – VİDEO

FHN əməliyyat görüntülərini yaydı: 685 yanğına çıxış, 6 qəza, partlayış... – VİDEO

Prezidentin Naxçıvanla bağlı strateji hədəfi: Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər açıqlandı -VİDEO

Prezidentin Naxçıvanla bağlı strateji hədəfi: Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər açıqlandı -VİDEO

Ağcaqanadlardan qorunmağın yeni üsulu tapıldı

Ağcaqanadlardan qorunmağın yeni üsulu tapıldı

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

Ukrayna Belqorodu raketlə vurdu - 6 ölü var

Ukrayna Belqorodu raketlə vurdu - 6 ölü var

Sentyabrda növbəti isti hava dalğası gözlənilir - Xəbərdarlıq edildi

Sentyabrda növbəti isti hava dalğası gözlənilir - Xəbərdarlıq edildi

Maşın bazarında “ucuzlaşma” görüntüsü: Əslində qiymətlər demək olar dəyişməyib

Maşın bazarında “ucuzlaşma” görüntüsü: Əslində qiymətlər demək olar dəyişməyib

İndoneziya sahillərində güclü ZƏLZƏLƏ oldu

İndoneziya sahillərində güclü ZƏLZƏLƏ oldu

Kliçkonun keçmiş həyat yoldaşı vəfat etdi – FOTO

Kliçkonun keçmiş həyat yoldaşı vəfat etdi – FOTO

Premyer Liqada I tura bu gün yekun vurulacaq

Premyer Liqada I tura bu gün yekun vurulacaq

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı – VİDEO

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanıldı – VİDEO

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

Aİ Rusiyaya yardım edən rekord sayda – 1600 şirkətə qarşı sanksiya tətbiq etməyi planlaşdırır

Aİ Rusiyaya yardım edən rekord sayda – 1600 şirkətə qarşı sanksiya tətbiq etməyi planlaşdırır

Ulduz falı: 17 avqust, 2026-cı il

Ulduz falı: 17 avqust, 2026-cı il

Rusiya NATO ölkələrinə çata biləcək dronlar üçün gizli bazalar tikir – The Telegraph

Rusiya NATO ölkələrinə çata biləcək dronlar üçün gizli bazalar tikir – The Telegraph

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirildi

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirildi

Doğma yurdlarına qayıdırlar - Fotolar

Doğma yurdlarına qayıdırlar - Fotolar

Trampın kürəkəni Misirdə HƏMAS liderləri ilə görüşdü

Trampın kürəkəni Misirdə HƏMAS liderləri ilə görüşdü

End of content

No more pages to load

RADİO