Ukrayna ordusunun Belqorod vilayətinin Koloskovo kəndinə endirdiyi zərbələr nəticəsində 6 dinc sakin həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Aleksandr Şuvayev məlumat verib.
Bundan başqa, 4 nəfər, o cümlədən 1 uşaq xəsarət alıb.
Qubernator qeyd edib ki, zərbə nəticəsində, həmçinin bir tikili yanıb və minik avtomobili zədələnib.
Bizim.Media