Sabirabadın Suqovuşan kəndində 2 yaşlı uşaq gölməçəyə düşərək boğulub.
Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, valideynlərinin nəzarətindən yayınan , 2024-cü il təvəllüdlü Elmira Emin qızı Qasımlı yaşadığı Suqovuşan kəndindəki evin həyətində su hovuzuna düşüb.
Hadisə nəticəsində uşaq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media