“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA

Son günlər Böyük Britaniyanın "The Independent" və "The Guardian" qəzetlərində, habelə "BBC" yayım korporasiyasının rus dili xidmətində Azərbaycan Respublikası ilə bağlı həqiqətə uyğun olmayan və ictimai rəyi çaşdırmağa yönəlmiş materiallar dərc edilmişdir.

Bizim.Media xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin bəyanatında bildirilir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bildirir ki, aşkar birtərəfli yanaşma və mülahizələrə əsaslanan bu yazılar ölkəmizin beynəlxalq imicini hədəf alan məqsədli informasiya kampaniyasının tərkib hissəsi təəssüratı yaradır.
 

Məqalə müəllifləri mövzunu balanslı və obyektiv araşdırmaq, eləcə də qarşı tərəfin rəsmi münasibətini öyrənmək üçün hər hansı addım atmamış, sadəcə öz subyektiv mülahizələrinə əsaslanan tezisləri ictimaiyyətə təqdim etməyə üstünlük vermişlər. Bu isə sözügedən materialların müəyyən lobbi dairələrinin maraqlarından irəli gələn siyasi sifariş xarakteri daşıdığına dair ciddi şübhələr yaradır və dərin təəssüf doğurur.


Ölkəmizin suverenliyinə, daxili və xarici siyasətinə, habelə beynəlxalq nüfuzuna kölgə salmaq məqsədi daşıyan bu kimi halların aidiyyəti üzrə araşdırılması və zəruri addımların atılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.

Bir daha adı çəkilən media qurumlarını ("The Independent", "The Guardian" və "BBC") bəyan etdikləri peşə prinsiplərinə sadiq qalmağa, Azərbaycan haqqında birtərəfli, qərəzli və həqiqətə uyğun olmayan materialların dərcindən çəkinməyə, eləcə də jurnalist etikasına uyğun olaraq tərəfsiz informasiya təminatını bərpa etməyə dəvət edirik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trabzonda Salahın adı yaşadığı küçəyə veriləcək

Trabzonda Salahın adı yaşadığı küçəyə veriləcək

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Ölkədə bank sistemindən kənar pul köçürmələrinin həcmi ARTDI

Ölkədə bank sistemindən kənar pul köçürmələrinin həcmi ARTDI

Bişkekdə İlham Əliyevlə Lukaşenko görüşdü - FOTO

Bişkekdə İlham Əliyevlə Lukaşenko görüşdü - FOTO

Hər evdə var – İllərdir otaqlarımızda bəslədiyimiz bitki ölümcül İMİŞ

Hər evdə var – İllərdir otaqlarımızda bəslədiyimiz bitki ölümcül İMİŞ

Nərmin Ələkbərovaya vəzifə verildi

Nərmin Ələkbərovaya vəzifə verildi

Azərbaycanda daha 11 hotelə ulduz kateqoriyası verildi

Azərbaycanda daha 11 hotelə ulduz kateqoriyası verildi

Bakı və Abşeronda dolu yağacaq - XƏBƏRDARLIQ

Bakı və Abşeronda dolu yağacaq - XƏBƏRDARLIQ

Sabirabadda FACİƏ: 2 yaşlı uşaq hovuzda boğuldu

Sabirabadda FACİƏ: 2 yaşlı uşaq hovuzda boğuldu

Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə dünyasını dəyişdi - FOTO

Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə dünyasını dəyişdi - FOTO

“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA

“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA

Hikmət Hacıyev Bişkekdəki açılışdan paylaşım etdi - VİDEO

Hikmət Hacıyev Bişkekdəki açılışdan paylaşım etdi - VİDEO

FHN-dən hava ilə bağlı əhaliyə MÜRACİƏT

FHN-dən hava ilə bağlı əhaliyə MÜRACİƏT

Fəaliyyətinə icazə verilən plastik cərrahların SAYI ARTDI

Fəaliyyətinə icazə verilən plastik cərrahların SAYI ARTDI

Messi Argentina millisindəki karyerasını başa vurdu

Messi Argentina millisindəki karyerasını başa vurdu

İlham Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - FOTO

İlham Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - FOTO

“Əla İstisu var, özümlə gətirmişəm” - Prezidentlə Pezeşkianın səmimi dialoqu - VİDEO

“Əla İstisu var, özümlə gətirmişəm” - Prezidentlə Pezeşkianın səmimi dialoqu - VİDEO

Şuşa-Laçın yolunda bədbəxt hadisə: İki işçi həyatını itirdi

Şuşa-Laçın yolunda bədbəxt hadisə: İki işçi həyatını itirdi

Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə TƏŞƏKKÜR ETDİ

Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə TƏŞƏKKÜR ETDİ

Tramp: “İranlılar çox qəddar insanlardır"

Tramp: “İranlılar çox qəddar insanlardır"

İlham Əliyev Pezeşkianla görüşündə: “Azərbaycanın yardımı qardaşlıq nümunəsidir”

İlham Əliyev Pezeşkianla görüşündə: “Azərbaycanın yardımı qardaşlıq nümunəsidir”

Köhnə butulkalarda kvas qablaşdıran sex bağlandı - FOTO

Köhnə butulkalarda kvas qablaşdıran sex bağlandı - FOTO

Əraqçi Netanyahuya “ilan” dedi

Əraqçi Netanyahuya “ilan” dedi

İrem Dericinin nişanlısı tutuldu

İrem Dericinin nişanlısı tutuldu

End of content

No more pages to load

RADİO