Bu gün ABŞ prezidenti Donald Tramp yenidən İranın ali rəhbərinin öldürüldüyünü, eləcə də hava hücumundan müdafiə sistemlərinin zərər gördüyünü açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri “Fox News” telekanalına müsahibəsində deyib.
Tramp iranlıları “sərt və ağıllı insanlar” adlandırsa da, onları eyni zamanda “çox qəddar” olmaqda ittiham edib.
ABŞ prezidenti İslam Respublikasının etirazçılara qarşı repressiyalar həyata keçirdiyini deyərək bildirib ki, “üç ay öncə 52 min etirazçı öldürülüb” və həmin siyahıya sonradan daha çox insan əlavə edilib. Tramp etirazlarda iştirak etməyən insanların da evlərindən aparılaraq öldürüldüyünü vurğulayıb.
“Onlar qəddar insanlardır və əgər nüvə silahları olsaydı, İsrail artıq mövcud olmazdı. Əgər mən də prezident olmasaydım, İsrail yenə olmazdı”, - ABŞ lideri İranın nüvə proqramından danışarkən deyib.
Bizim.Media