Kartdan karta səhv köçürülən pulu necə geri almaq olar?

Rəqəmsal bank xidmətlərinin geniş yayılması ilə kartdan karta pul köçürmələri də xeyli artıb. Bununla yanaşı, səhv köçürmələr də tez-tez rast gəlinən problemlərdən birinə çevrilib. Belə vəziyyətdə pulu geri almaq mümkündürmü? Qanun bu kimi hallarda nə deyir?

Bizim.Media xəbər verir ki, vəkil Amid Əsgərov bu mövzuya aydınlıq gətirib.

Vəkilin sözlərinə görə, kartdan karta səhv pul köçürmələri zamanı göndərilən pulu geri almaq mümkündür. Amma bunun üçün işin gedişatından asılı olaraq müəyyən zaman tələb olunur:

“İlk növbədə səhv köçürmə edən şəxs bu barədə banka məlumat verməlidir. Belə olan halda bank pulu alan şəxslə əlaqə yaradaraq, köçürmənin səhv həyata keçirildiyini və həmin məbləğin geri qaytarılmalı olduğunu bildirir. Pulu alan şəxs vəsaitin qaytarılmasına razı olduğu halda məsələ asanlıqla həll olunur”.

A.Əsgərov bildirib ki, problem pulu alan şəxsin onu qaytarmaqdan imtina etdiyi hallarda yaranır.

Belə olan halda yeganə həll yolu məhkəmə qaydasında həmin pulun tələb edilməsidir:

“Burada isə çətinlik yaradan məsələ, pulu səhvən alan şəxs barəsində məlumatların əldə edilməsidir. Belə ki, bu məlumatlar bank sirrini təşkil edən məlumatlar olduğundan – bank həmin məlumatları pulu göndərən şəxsə verməkdən imtina edir. Bu halda ilkin olaraq məlumatların əldə edilməsi üçün, daha sonra əsassız varlanmış şəxsə qarşı iddia qaldırmaq üçün məhkəməyə müraciət olunmalıdır”.

O qeyd edib ki, səhvən pulu əldə edən şəxs əsassız varlanmış sayılmaqla əldə etdiyi məbləği geri qaytarmağa borcludur:
 

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin”.


A.Əsgərov bildirib ki, pulu səhvən alan şəxs həmin məbləği xərcləyib-xərcləməməsindən asılı olmayaraq həmin məbləği qaytarmalıdır. (Mənbə: e-huquq.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

İran ABŞ-nin Yaxın Şərqdəki bazalarına hücuma BAŞLADI

Ən qonaqpərvər ÜÇ BÜRC

Ən qonaqpərvər ÜÇ BÜRC

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Nikol Paşinyan Putinlə görüşün təfərrüatını açıqladı - VİDEO

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Polina Rəhimova Azərbaycan millisindəki karyerasını bitirdi

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Röyanın keçmiş qayınatası həbsdən çıxdı - FOTO

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

Bakıda qardaş və bacı bir-birini bıçaqladı

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - VİDEO

İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

İran ABŞ-ni cavab zərbəsi ilə HƏDƏLƏDİ

Azərbaycan və Əlcəzair parlament rəhbərləri görüşdü - Detallar

Azərbaycan və Əlcəzair parlament rəhbərləri görüşdü - Detallar

Sürücülərin nəzərinə: Bakının bu küçələri bağlanır

Sürücülərin nəzərinə: Bakının bu küçələri bağlanır

Tramp: “ABŞ İordaniyadakı hücuma görə İrana zərbələr endirir”

Tramp: “ABŞ İordaniyadakı hücuma görə İrana zərbələr endirir”

Azərbaycanın voleybol millisi Türkiyəyə uduzdu

Azərbaycanın voleybol millisi Türkiyəyə uduzdu

Kanadada sirli hadisə: Meşə ada qəfildən peyda oldu, sonra yoxa çıxdı - VİDEO

Kanadada sirli hadisə: Meşə ada qəfildən peyda oldu, sonra yoxa çıxdı - VİDEO

İrandan Xəzəri üzərək Azərbaycana keçdi, həbs edildi

İrandan Xəzəri üzərək Azərbaycana keçdi, həbs edildi

Roza prezidentlərin qarşısında çıxış etdi – VİDEO

Roza prezidentlərin qarşısında çıxış etdi – VİDEO

Rayonlardan Bakıya axın: 2 manata satılan evlər nə üçündür?

Rayonlardan Bakıya axın: 2 manata satılan evlər nə üçündür?

Ukrayna sakinlərinə 7-12 günlük ərzaq ehtiyatı toplamaları tapşırıldı

Ukrayna sakinlərinə 7-12 günlük ərzaq ehtiyatı toplamaları tapşırıldı

Prezidentin Qırğızıstana səfəri və Bişkekdə keçirdiyi görüşlərlə bağlı VİDEOÇARX

Prezidentin Qırğızıstana səfəri və Bişkekdə keçirdiyi görüşlərlə bağlı VİDEOÇARX

CENTCOM bəyanat yaydı: ABŞ İranda SEPAH obyektlərinə zərbələr endirir

CENTCOM bəyanat yaydı: ABŞ İranda SEPAH obyektlərinə zərbələr endirir

Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntüsündən DANIŞDI

Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntüsündən DANIŞDI

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? - AÇIQLAMA

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? - AÇIQLAMA

İranın bir neçə şəhərində partlayış səsləri eşidilib

İranın bir neçə şəhərində partlayış səsləri eşidilib

Fatih Tekke "Trabzonspor"dan ayrıldı

Fatih Tekke "Trabzonspor"dan ayrıldı

Rusiya səfiri Almaniya XİN-ə çağırıldı – PUA insidentinə görə...

Rusiya səfiri Almaniya XİN-ə çağırıldı – PUA insidentinə görə...

End of content

No more pages to load

RADİO