Son 24 saatda kriptovalyuta bazarında əsas aktivlərdə eniş davam edib.
Bizim.Media xəbər verir ki, bazarın ümumi kapitallaşması 0,39% azalaraq 2,05 trilyon dollara düşüb.
Ən böyük kriptovalyuta olan Bitcoin son 24 saatda 0,43% ucuzlaşaraq 59 145,55 dollara enib.
Ethereum isə əks istiqamətdə hərəkət edərək 0,54% bahalaşıb və 1 591,59 dollardan ticarət olunub.
BNB-nin qiyməti sutka ərzində 0,38% azalaraq 550,33 dollara düşüb.
Bizim.Media