Elnur Əliyev Sankt-Peterburqda Rusiya və Türkiyə rəsmiləri ilə görüşdü - FOTO

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu - 2026 çərçivəsində bir sıra görüşlər keçirib.

Bizim.Media xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşlərdə iqtisadi-ticarət əlaqələrinin inkişafı, investisiya əməkdaşlığının genişləndirilməsi, sənaye kooperasiyası, regionlararası tərəfdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Vladimir İliçev ilə keçirilən görüşdə Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyası çərçivəsində həyata keçirilən fəaliyyətlər və regionlararası əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
 

Tərəflər qarşılıqlı investisiyaların təşviqi, ticarət əlaqələrinin genişləndirilməsi və birgə layihələrin reallaşdırılması istiqamətində əməkdaşlığın əhəmiyyətini qeyd ediblər. Bununla yanaşı, ixrac əməkdaşlığının genişləndirilməsi və ixrac həcminin artırılması məqsədilə qarşı tərəfə potensial məhsulların siyahısı təqdim olunub.


Türkiyə Respublikasının ticarət nazirinin müavini Sezai Uçarmak ilə görüşdə Azərbaycan və Türkiyə arasında münasibətlərin iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulanıb. Görüşdə ticarət dövriyyəsinin artırılması, o cümlədən elektron ticarət, investisiya və logistika sahəsində əməkdaşlığının genişləndirilməsi, biznes subyektləri arasında əlaqələrin gücləndirilməsi, nəqliyyat sahəsində icra olunan layihələr, qarşılıqlı maraq doğuran yeni layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Kareliya Respublikasının rəhbəri Artur Parfençikov ilə iqtisadi-ticarət əlaqələrin inkişafı, sənaye sahəsində əməkdaşlıq imkanları və milli-mədəni birliklər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri nəzərdən keçirilib. Tərəflər iqtisadi münasibətlərin inkişafı ilə yanaşı, humanitar və mədəni əməkdaşlığın da regionlararası tərəfdaşlığın möhkəmlənməsinə töhfə verdiyini vurğulayıblar.
 

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşdə Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Görüşdə nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi, Xəzər regionunda iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və biznes dairələri arasında əlaqələrin təşviqi məsələlərinə xüsusi diqqət yetirilib.


E.Əliyev, həmçinin Krasnoyarsk diyarı qubernatorunun birinci müavini və Qubernator Administrasiyasının rəhbəri Sergey Ponomarenko ilə görüşüb. Görüşdə iqtisadi-ticarət, sənaye, investisiyaların təşviqi və regionlararası əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişafı üçün mövcud imkanları nəzərdən keçirərək, daha səmərəli əməkdaşlığın təmin edilməsi məqsədilə müxtəlif mexanizmlər və alətlər barədə fikir mübadiləsi apariblar.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti - VİDEO

Qızılın SON qiyməti - VİDEO

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

End of content

No more pages to load

RADİO