Bu şəxslərə iki dəfə çox maaş ÖDƏNİLƏCƏK – ŞAD XƏBƏR

“Əmək Məcəlləsi”nə təklif edilən dəyişikliklərə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı ödənilən zaman yalnız gündəlik deyil, saatlıq tarif maaşı da nəzərə alınacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Millət vəkili bildirib ki, dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsində birinci oxunuşda dəstəklənərək plenar iclasa tövsiyə edilib:

“Belə ki, həmin günlərdə əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik və saatlıq tarif maaşının iki mislindən, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərində və aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla əmək haqqı ödəniləcək.
 

Saatlıq vəzifə maaşının məcəlləyə əlavə edilməsi işçilərin əmək hüquqlarının qorunması və onların daha yüksək maaş ilə təmin olunması baxımdan vacib idi. Belə ki, bəzi hallarda həmin günlərdə iş müddəti tam iş günü deyil, müəyyən saatları əhatə edir. Yeni dəyişiklik bu hallarda praktikada da işçilərə hər saata görə əlavə maaş ödənilməsinə şərait yaradacaq. 


Əgər işçinin saatlıq tarifi 25 manatdırsa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləməkdə davam edibsə və 3 saat əlavə işdə olubsa həmin saatlara görə 75 manat deyil, ən azı 150 manat maaş hesablanacaq. Digər tərəfdən, Azərbaycanda saatlıq iş rejiminə keçidin müzakirə olunduğunu nəzərə alsaq, bu maaş ödənişlərinin beynəlxalq standartlara uyğunlaşmasına imkan verəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

End of content

No more pages to load

RADİO