“Abşeron” Ticarət Mərkəzi yeni şəhərsalma təşəbbüslərində sahibkarların yanındadır – FOTO

Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə dövlət-özəl tərəfdaşlığına qoşulan Abşeron Ticarət Mərkəzi KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin) yanında İctimai Şuranın keçirdiyi ictimai müzakirəyə evsahibliyi edib. Sahibkarların fəaliyyət mühitinin təkmilləşdirilməsi, biznes infrastrukturlarının müasir tələblərə uyğunlaşdırılması məqsədilə keçirilən ictimai müzakirədə aidiyyati dövlət qurumlarının nümayəndələri və 100-ə yaxın sahibkar iştirak edib.

Bizim.Media xəbər verir ki, ictimai müzakirə iştirakçıları Abşeron Ticarət Mərkəzi ilə tanış olaraq, yeni şəhərsalma çağırış və trendlərinə hazırlığı, mövcud imkanları barədə məlumatlanıblar.

Qonaqlara bildirilib ki, 2030-cu ilədək Azərbaycanda inşaat sektorunda hər il 100-dən artıq mağaza açılsa belə, bu sektorda hazırda fəaliyyət göstərən bizneslərin böyümələrinə təhdid yoxdur.

“Abşeron” Ticarət Mərkəzinin marketinq komandasının araşdırmasına görə, bunun səbəbi 2030-cu ilədək Azərbaycanda inşaat sektorunda hər il orta hesabla 13,2% böyümə gözlənməsidir. 

Sektorun inkişaf meyllərini, əhali artımı və şəhərsalma trendlərini nəzərə alan “Abşeron” Ticarət Mərkəzi Azərbaycan tikinti sektorundakı topdan və pərakəndəçilərin rahat böyüməsi üçün real platformadır. Ticarət Mərkəzinin logistika və gömrük baxımından əlverişli yerləşməsi onu sahibkarlar üçün rahat edir. 

Regionlara, eləcə də Bakı şəhərinin mərkəzinə və ətraf ərazilərinə rahat və maneəsiz çıxış imkanları “Abşeron” Ticarət Mərkəzinin digər üstünlükləridir. Müntəzəm ictimai nəqliyyat «Abşeron» Ticarət Mərkəzinə rahat alıcı axınını təmin edir. Abşeron Ticarət Mərkəzinin ərazisində fəaliyyət göstərən avtovağzalda gündəlik olaraq Salyan, Neftçala, Astara, Lənkəran, Şirvan da daxil olmaqla, ümumilikdə, 30-a yaxın istiqamət üzrə orta hesabla 115 reyslə 700-dən çox adam hərəkət edir. Ticarət Mərkəzində, həmçinin müştərilərin pulsuz və rahat parkinq etmələri üçün geniş ərazilər fəaliyyət göstərməkdədir. 

Bunlardan başqa, Mərkəz sahibkarlara onların böyüməsi və əmlaklarının qorunması üçün çox vacib olan yanğından mühafizə, təhlükəsizlik, sığorta, anbar xidmətləri kimi xidmətlər də göstərir.

Ticarət Mərkəzinin marketinq komandası kiçik bizneslərə sosial media marketinqi təlimləri verir, onlara sosial media səhifələrini yaratmaqda yardım göstərir, “Abşeron” Ticarət Mərkəzi sahibkarların müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirakına dəstək verir.   

“Abşeron” Ticarət Mərkəzi sahibkarlığa dəstəyi ilə yanaşı, müasir şəhərsalmada dünyada mövcud trendlərin ifadəsidir. Yüklənmiş şəhər mərkəzlərindən kənarda olmaqla, əhaliyə, nəqliyyatın hərəkətinə maneə yaratmamaqla bərabər, həm də genişlik, çeşid bolluğu, daha çox biznesə rahat fəaliyyət imkanı verir. 

300 hektara yaxın ərazidə yerləşən Mərkəz hazırda 1500-dən çox mağazanı özündə birləşdirir. Sahəsinə, planlanmasına və imkanlarına görə “Abşeron” Ticarət Mərkəzi Avropanın və Yaxın Şərqin bir çox ticarət mərkəzləri ilə müqayisə oluna bilər.

İctimai müzakirə iştirakçılarına “Abşeron” Ticarət Mərkəzinin paytaxtda ticarət və xidmət infrastrukturunun, mövcud ticarət məkanlarının yenilənməsi zamanı biznes subyektlərinin fəaliyyətinə əlverişli şərait yaratdığı və əməkdaşlıqlara hazır olduğu vurğulanıb.








Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sizi böyük uğurlar gözləyir -Şanslı həftədə diqqətli olun!

Sizi böyük uğurlar gözləyir -Şanslı həftədə diqqətli olun!

Almaniyada isti hava səbəbindən ölənlərin sayı 12 mini ÖTDÜ

Almaniyada isti hava səbəbindən ölənlərin sayı 12 mini ÖTDÜ

Hər gün yumurta yeməyin TƏHLÜKƏSİ üzə çıxdı

Hər gün yumurta yeməyin TƏHLÜKƏSİ üzə çıxdı

ABŞ siyasətini Dostoyevskinin sözləri ilə tənqid etdi – FOTO

ABŞ siyasətini Dostoyevskinin sözləri ilə tənqid etdi – FOTO

Bu ucuz 2-ci əl maşınları rahat 400-500 min kilometr sürəcəksiniz

Bu ucuz 2-ci əl maşınları rahat 400-500 min kilometr sürəcəksiniz

Qonşu ölkənin bir hissəsi istidən, digəri leysandan əziyyət çəkir

Qonşu ölkənin bir hissəsi istidən, digəri leysandan əziyyət çəkir

ABŞ-da universitetə silahlı HÜCUM – Yaralılar var – FOTO

ABŞ-da universitetə silahlı HÜCUM – Yaralılar var – FOTO

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

“Rusiyada orta ömür müddəti 150 ilə çatacaq”

“Rusiyada orta ömür müddəti 150 ilə çatacaq”

Beyləqanda qadın kanalda BATDI

Beyləqanda qadın kanalda BATDI

"Qardaş, kaş bu günü tarixdən silə bilərdim" - VİDEO

"Qardaş, kaş bu günü tarixdən silə bilərdim" - VİDEO

Son çempion mövsümə qələbə ilə BAŞLADI - VİDEO

Son çempion mövsümə qələbə ilə BAŞLADI - VİDEO

Rusiya “pusqu dronları”nı işə saldı – Hücumun ANBAAN VİDEOSU

Rusiya “pusqu dronları”nı işə saldı – Hücumun ANBAAN VİDEOSU

Sentyabrda ulduzu parlayacaq 5 bürc

Sentyabrda ulduzu parlayacaq 5 bürc

Sakinləri ziyana salan hadisə: "Zülmlə almışdıq, bizim günahımız nədir?!" – VİDEO

Sakinləri ziyana salan hadisə: "Zülmlə almışdıq, bizim günahımız nədir?!" – VİDEO

Ukraynada ərzaq qıtlığı DƏRİNLƏŞİR – Əhaliyə ehtiyat toplamaq TÖVSİYƏ EDİLDİ

Ukraynada ərzaq qıtlığı DƏRİNLƏŞİR – Əhaliyə ehtiyat toplamaq TÖVSİYƏ EDİLDİ

"Dünya gözəli" qəfil öldü - (Foto)

"Dünya gözəli" qəfil öldü - (Foto)

İran və Tacikistan arasında TARİXİ ANLAŞMA

İran və Tacikistan arasında TARİXİ ANLAŞMA

Ölümdən möcüzə nəticəsində xilas oldu - ANBAAN VİDEO

Ölümdən möcüzə nəticəsində xilas oldu - ANBAAN VİDEO

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Bioloji yaşı necə hesablamaq olar?

Bioloji yaşı necə hesablamaq olar?

Nüşabə Ələsgərlinin nəvəsi -Foto

Nüşabə Ələsgərlinin nəvəsi -Foto

End of content

No more pages to load

RADİO