"Qarabağ Azərbaycandır" ilk dəfə beynəlxalq sərgidə

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi və investisiya potensialı “Qarabağ Azərbaycandır” (“Karabakh is Azerbaijan”) stendində bu gün dost və qardaş Türkiyənin İstanbul şəhərində öz işinə başlamış “MUSİAD Expo 2020” Sərgisində nümayiş olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, Azərbaycan ilk dəfədir ki, “Qarabağ Azərbaycandır” qələbə şüarı ilə beynəlxalq sərgidə iştirak edir.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə qurulmuş “Qarabağ Azərbaycandır” stendi Qarabağın incisi olan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa Məscidinin formasında dizayn edilib.



“Karabakh is Azerbaijan” stendində işğaldan azad edilmiş rayonların mədəni irsini, iqtisadi və investisiya imkanlarını əks etdirən foto və video materiallar sərgilənir, eləcə də ölkəmizin sənaye potensialına və rəqabətqabiliyyətli məhsullarına dair məlumatlar verilir. Ümumilikdə Azərbaycanın stendində əsasən sənaye sahəsində olmaqla 20-yə yaxın şirkətin məhsulları barədə məlumat verilir, Qarabağın mədəni irsini və sənətkarlıq nümunələrini əks etdirən xalçalar, kəlağayı və s. nümayiş olunur.

Azərbaycanın stendinin ziyarətçiləri, iş adamları, investorlar işğaldan azad edilmiş ərazilərimizin zəngin təbii sərvətləri, turizm potensialı və mədəni irsi barədə məlumatlandırılır, Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək geniş quruculuq və bərpa işlərində, biznesin qurulmasında Türkiyə və digər ölkələrdən olan investorların da iştirak edə biləcəyi diqqətə çatdırılır.

Qeyd edək ki, “Qarabağ Azərbaycandır” stendi sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanır. Bu gün Azərbaycanın stendini Türkiyənin dövlət rəsmiləri də ziyarət ediblər.

Xatırladaq ki, “MUSİAD Expo 2020” sərgisi Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Birliyinin (MÜSİAD) təşkilatçılığı ilə keçirilir. Noyabrın 21-dək davam edəcək sərgidə dünyanın 80-dən çox ölkəsindən olan şirkətlərin məhsulları nümayiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İngiltərədə gündə 30 dəqiqə piyada gəzənlərə mükafat veriləcək

İngiltərədə gündə 30 dəqiqə piyada gəzənlərə mükafat veriləcək

Xalq artisti Elçin Haşımovun qızı məzun oldu - FOTO

Xalq artisti Elçin Haşımovun qızı məzun oldu - FOTO

Tramp gərgin iş qrafikindən şikayətləndi – Hovuzda üzə bilmir...

Tramp gərgin iş qrafikindən şikayətləndi – Hovuzda üzə bilmir...

Həyatın daha çox sınağa çəkdiyi 3 BÜRC

Həyatın daha çox sınağa çəkdiyi 3 BÜRC

Tramp Tokio səmasında göründü - MÖHTƏŞƏM ŞOU - VİDEO

Tramp Tokio səmasında göründü - MÖHTƏŞƏM ŞOU - VİDEO

Yalçın Rzazadənin son sözünü açıqladı – VİDEO

Yalçın Rzazadənin son sözünü açıqladı – VİDEO

“Sumqayıt”da braziliyalı qapıçı

“Sumqayıt”da braziliyalı qapıçı

Son sutkada daha 12 livanlı HƏLAK OLDU

Son sutkada daha 12 livanlı HƏLAK OLDU

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."

Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."

“Kəpəz”də yeni baş məşqçi - RƏSMİ

“Kəpəz”də yeni baş məşqçi - RƏSMİ

Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod TESTİ

Qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün su və yod TESTİ

Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu

Azərbaycanda ən populyar internet-brauzeri məlum oldu

“Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur”

“Azərbaycan Cənubi Qafqazda PUA-lar sahəsində liderliyini qoruyur”

Türkiyədən İraqa gedən avtobus aşdı: 44 yaralı var - VİDEO

Türkiyədən İraqa gedən avtobus aşdı: 44 yaralı var - VİDEO

Tramp və Netanyahu yaxın günlərdə ABŞ-da GÖRÜŞƏCƏK

Tramp və Netanyahu yaxın günlərdə ABŞ-da GÖRÜŞƏCƏK

Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTO

Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTO

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” - FOTO

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” - FOTO

Alimlərdən güclü geomaqnit fırtınası barədə XƏBƏRDARLIQ

Alimlərdən güclü geomaqnit fırtınası barədə XƏBƏRDARLIQ

İranda Xameneinin xatirə monumenti qoyuldu — FOTO

İranda Xameneinin xatirə monumenti qoyuldu — FOTO

Anar Bayramovdan yeni TƏYİNAT

Anar Bayramovdan yeni TƏYİNAT

“Bavariya”dan 55 milyonluq transfer

“Bavariya”dan 55 milyonluq transfer

Tramp onu ABŞ-nin "ən cazibədar ikinci" prezidenti adlandırdı

Tramp onu ABŞ-nin "ən cazibədar ikinci" prezidenti adlandırdı

Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"

Röyadan Arzumun həbsinə münasibət: "Məni ağlatdı"

End of content

No more pages to load

RADİO