Bir ekosisteminin sponsorluğu ilə “INMerge” İnnovasiya Sammiti uğurla başa çatdı

Azərbaycanın ən böyük texnologiya tədbirlərindən biri olan “INMerge” İnnovasiya Sammiti (INMerge Innovation Summit) “Paşa Holding”in təşkilatçılığı və Bir ekosisteminin sponsorluğu ilə uğurla başa çatdı. 29-30 sentyabr 2025-ci il tarixlərində baş tutan tədbir Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan korporasiyalar, investorlar, startaplar və ekosistem oyunçularını bir araya gətirərək regional innovasiya mühiti üçün əhəmiyyətli platforma oldu.   

Sammitin açılış mərasimində İqtisadiyyat naziri Mikayıl Cabbarov və Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev çıxış etdilər.

Mikayıl Cabbarov texnologiya və kreativliyin yeni inkişaf yolları açdığını vurğulayaraq son 20 ildə Azərbaycana cəlb edilən 344 milyard dollardan çox sərmayənin 210 milyard dollardan çoxunun qeyri-neft sektoruna yönəldiyini vurğuladı.
 

“Paşa Holding”in Baş İcraçı direktoru Cəlal Qasımov isə tədbiri Mərkəzi Avrasiyanın aparıcı innovasiya forumu adlandıraraq onun regional əhəmiyyətini qeyd etdi. 


5000-dən çox iştirakçı, 150 spiker, 100 startap və 80-dən artıq vençur fondun qatıldığı tədbirdə “Pixar”ın qurucusu Edwin Catmull, “OpenAI”ın keçmiş “Go-To-Market” rəhbəri Zack Kass və Harvard professoru Tarun Khanna kimi qlobal liderlər panel müzakirələrində iştirak etdilər.  

Qeyd edək ki, Bir ekosistemi sammitdə öz brendləri olan Birbank, Birmarket, m10 və Trendyol Azərbaycan ilə təmsil olundu.

Tədbir çərçivəsində Bir ekosisteminin Baş İcraçı direktoru Fərid Məmmədov “Keçiddən transformasiyaya: İnnovasiya və inkişaf üçün institutlar quran liderlərin yetişdirilməsi” (From Transition to Transformation: Developing Leaders Who Build Institutions for Innovation and Growth) adlı panel müzakirəsində çıxış etdi.

Müzakirədə liderlərin üzləşdiyi çətinliklər və davamlı öyrənmənin zərurəti vurğulandı. O, həmçinin “Şirkətlər liderlər yaradır, yoxsa liderlər şirkətləri formalaşdırır?” sualına toxunaraq bu münasibətin dinamik və ikitərəfli bir proses olduğunu ifadə etdi. 

Birbank-ın Baş İcraçı direktoru Fərid Hüseynov da tədbirin ilk günündə “Bankçılıqdan daha çoxu: İnkişaf edən fintex ekosisteminin formalaşdırılması” (Beyond the bank: Growing a thriving fintech ecosystem) adlı panel müzakirəsində iştirak etdi. O, bankçılığın gələcəyi, fintex ekosisteminin inkişafı və rəqəmsal transformasiyanın vacibliyi barədə dəyərli fikirlərini bölüşdü. Tədbir iştirakçılar üçün qazanılan biliklər, fikir mübadiləsi, yeni tanışlıqlarla yadda qaldı. 
 

Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir.


Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

End of content

No more pages to load

RADİO