İcra olunmayan 340 min məhkəmə qərarı: "Həmin borclar silinməldir"

Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Zahid Oruc məhkəmə qərarları ilə bağlı maraqlı faktlar açıqlayıb. Deputat bildirib ki, Azərbaycanda vətəndaşların banklara borcunu qaytarmamasına görə 340 minə yaxın məhkəmə qərarı icra edilməyib:

"Hazırda icra olunmayan məhkəmə qərarlarının əksəriyyəti borc məsələlərilə bağlıdır. Bank vətəndaşın durumunu bilirdi, həmin krediti verəndə də geri qayıtmayacağını bilməli idi".

Bizim.Media xəbər verir ki, iqtisadçı vəkil Əkrəm Həsənov Qaynarinfo.az-a açıqlamasında bildirib ki, icra olunmayan məhkəmə qərarlarının əksəriyyəti borc məsələləri ilə bağlıdır:

"Niyə belə vəziyyət yaranıb?

Çünki Azərbaycanda müflisləşmə institutu yoxdur, qanun var, amma işləmir. İndi yeni qanun layihəsi hazırlanır, nə vaxt qüvvəyə minəcək sual altındadır. Normal iqtisadiyyatı olan ölkələrdə borcunu ödəyə bilməyən şəxs özünü məhkəmə qarşısında müflis elan edir, vəssalam. Bu qədər də icra olunmayan məhkəmə qərarları olmur".

Əkrəm Həsənov hesab edir ki, həmin borcların ödənilməsi sual altındadır:

"Əksər borclar ödənilə bilmir, ödənilməyəcək də. Ümumiyyətlə, həmin borclar silinməldir. Amma etiraf edək ki, borcluların arasında elələri var ki, qismən də olsa, ödənilə bilər. Bu da artıq Azərbaycanda məhkəmə qərarlarının icra institutunun özünün zəif olmasıdır".

Əkrəm Həsənovun sözlərinə görə, məhkəmə qərarlarının icrasında ciddi problem var:

"Orada işləyənlərin maaşları aşağıdır. Ölkədə iqtisadi böhrandır. Krediti verən də fikirləşir ki, ala biləcək, indi isə insanların və biznesin gəlirləri azalır, xərclər isə artır. Bu şəraitdə xeyli şəxs - həm vətəndaş, həm də sahibkar borclarını ödəyə bilmir. Ancaq bank deyil, borcların içində bank olmayan kredit təşkilatları, lombardlar, fərdi sələmçilər var. Biz bir tərəfdən şikayət edirik ki, niyə banklar vətəndaşlara kredit vermir, o biri tərəfdən də deyirik ki, bank niyə kredit verdi və s. Faizlər ona görə yüksəkdir ki, Azərbaycanda borcların qaytarılmas ilə bağlı ciddi problem var".

Əkrəm Həsənovun fikirincə, get-gedə bu problem daha da dərinləşəcək:

"Məhz buna görə də Mərkəzi Bank da istehlak kreditləri üzrə siyasətini çox sərtləşdirir. Banklara məhdudiyyətlər qoyur ki, istehlak krediti çox verməsinlər".

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

End of content

No more pages to load

RADİO