Mənzillərlə bağlı görünməyən təhlükə – Diqqətli olun!

Son illər kirayə mənzildə yaşayan vətəndaşların həmin ünvanda rəsmi qeydiyyata düşmək istəyi nəzərəçarpacaq dərəcədə artıb. Bu tendensiyanın əsas səbəbi bir çox dövlət xidmətlərindən yararlanmaq üçün yaşayış yerinin rəsmi sənədlərlə təsdiqlənməsinin tələb olunmasıdır.

Məsələn, uşaqları məktəbə qeyd etdirmək, sosial yardım almaq, işə qəbul prosesində sənəd təqdim etmək və ya tibbi xidmətlərdən istifadə etmək üçün şəxsin daimi və ya müvəqqəti qeydiyyat yerinin olması vacib sayılır. Lakin bildirilir ki, vətəndaşın yaşadığı ünvanda qeydiyyata düşmək istəyi ev sahibləri üçün hüquqi və maliyyə baxımından müəyyən çətinliklər yarada bilər. 

Bunlar nələrdir? Ev sahibləri nəyə diqqət etməlidirlər?

Bizim.Media xəbər verir ki, Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, qanuna əsasən kimsə haradasa kirayə yaşayırsa, həmin ünvanda müvəqqəti qeydiyyata düşməlidir:

“Lakin bu, çox vaxt həyata keçirilmir. Daimi qeydiyyat isə bir çox hüquqi əməliyyatların icrası üçün vacibdir. Çünki bəzi prosedurlar yalnız qeydiyyatda olduğun yer üzrə aparılır. Burada əsas məsələ kirayə verənin hansı risklərlə qarşılaşmasıdır. Əsas təhlükə odur ki, müvaqilə müddəti başa çatdıqdan sonra kirayəçi evdən çıxsa da, qeydiyyatda qala bilər. Bu halda ev sahibi məsələni yalnız məhkəmə yolu ilə həll etməlidir. Bu proses həm zaman, həm də əlavə xərclər tələb edir. Amma bu o demək deyil ki, evdə qeydiyyatda olan şəxsi oradan çıxarmaq mümkün deyil”.

Hüquqşünas  bildirib ki, kirayəçinin qeydiyyatda olması gələcəkdə ev satılarkən müəyyən çətinliklər yarada bilər:

“Bu zaman qeydiyyatda olan şəxsin razılığı tələb oluna bilər. Buna görə də ev sahibi öncədən məhkəmə yolu ilə həmin şəxsin qeydiyyatdan çıxarılmasını təmin etməlidir. Ən yaxşı üsul isə müqavilə bağlanarkən tərəflərin razılaşma sənədi imzalamasıdır.
 

Burada kirayəçi qeydiyyatdan çıxacağını yazılı şəkildə təsdiqləməlidir. Hətta əlavə olaraq təxminən min manat məbləğində girov qoyula bilər. Əgər kirayəçi evdən və qeydiyyatdan xoşluqla çıxarsa, bu məbləğ geri qaytarılır. Əks halda, girov pul gələcək məhkəmə xərclərini qarşılamaq üçün istifadə edilə bilər”.


Əkrəm Həsənovun sözlərinə görə, bir çox ev sahibləri qeydiyyat məsələsindən çəkinirlər:

“Çünki daimi qeydiyyat rəsmi müqavilə tələb edir və bu, 14 faiz vergi öhdəliyi yaradır. Ona görə də mənzil sahibləri əksər hallarda prosesdən yayınırlar. Bəzən kirayəçi də rəsmi qeydiyyat istəmir. Səbəb ev sahibinin qeydiyyat qarşılığında vergi ödənişini tələb etməsidir. Məsələn, 200 manatlıq mənzil üçün 228 manat ödəniş şərti qoyulur. Nəticədə tərəflər razılığa gəlməkdə çətinlik çəkirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arda Güler yenə ən yaxşı seçildi

Arda Güler yenə ən yaxşı seçildi

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Pakistan Əfqanıstana zərbə endirdi: 9 ölü, 11 yaralı var – VİDEO

Pakistan Əfqanıstana zərbə endirdi: 9 ölü, 11 yaralı var – VİDEO

Bakıda Regional Forum işinə başlayır

Bakıda Regional Forum işinə başlayır

Dünya bazarlarında neft ucuzlaşdı

Dünya bazarlarında neft ucuzlaşdı

Masallıda qəza: ölən və xəsarət alanlar var

Masallıda qəza: ölən və xəsarət alanlar var

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI – TAM MƏTN – FOTO

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI – TAM MƏTN – FOTO

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

End of content

No more pages to load

RADİO