Azərbaycandan Qazaxıstana getmək istəyənlərin NƏZƏRİNƏ: Müntəzəm bərə reysləri açılır

Bu ilin sentyabrından etibarən Kurık-Ələt-Kurık marşrutu ilə müntəzəm bərə reysləri həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Qazaxıstan Dəmir Yolları" qəzeti yayıb.

Mənbə bildirir ki, Qazaxıstanın Manqistau vilayətinin hakimi Nurdaulet Kilıbay “Georgian Industrial Group”un Direktorlar Şurasının sədri David Bejuaşvili ilə Xəzər dənizində bərə daşımalarının inkişafına yönəlmiş investisiya layihəsini müzakirə edib.

Görüş zamanı qeyd edilib ki, 2025-ci ilin sentyabrından etibarən yeni bərələr Qazaxıstanın “MSC Middle Corridor Maritime” şirkətinin idarəçiliyinə veriləcək və ilk dəfə olaraq Kurık-Ələt-Kurık marşrutu ilə Qazaxıstan bayrağı altında müntəzəm reyslərin həyata keçirilməsinə başlanacaq.

Kurık-Ələt-Kurık marşrutu ilə ayda səkkiz-doqquz reysin həyata keçirilməsi nəzərdə tutulur. Bir gəminin tutumu 54 yük maşınıdır.

"Bu cür hərəkət intensivliyi Xəzər istiqamətində buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq və Qazaxıstan ilə Azərbaycan arasında etibarlı logistika körpüsü yaradacaq, hər iki ölkənin ixracatçıları və idxalçıları üçün yeni imkanlar açacaq. Bundan əlavə, digər bərə operatorları ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı danışıqlar aparılır.

Bu cür iddialı layihələrin həyata keçirilməsi Qazaxıstana Çini Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda mövqelərini əhəmiyyətli dərəcədə gücləndirməyə və transkontinental daşımaların inkişafında əsas oyunçuya çevrilməyə imkan verəcək", - məlumatda qeyd olunur. (Report.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arda Güler yenə ən yaxşı seçildi

Arda Güler yenə ən yaxşı seçildi

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Pakistan Əfqanıstana zərbə endirdi: 9 ölü, 11 yaralı var – VİDEO

Pakistan Əfqanıstana zərbə endirdi: 9 ölü, 11 yaralı var – VİDEO

Bakıda Regional Forum işinə başlayır

Bakıda Regional Forum işinə başlayır

Dünya bazarlarında neft ucuzlaşdı

Dünya bazarlarında neft ucuzlaşdı

Masallıda qəza: ölən və xəsarət alanlar var

Masallıda qəza: ölən və xəsarət alanlar var

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI – TAM MƏTN – FOTO

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI – TAM MƏTN – FOTO

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

End of content

No more pages to load

RADİO