Regional müharibə Azərbaycana təsirsiz ötüşmədi: Azalma baş verir

“Regional gərginliklər ölkəyə gələn turistlərin sayına mənfi təsir göstərir. Yay mövsümünün başlamasına baxmayaraq, bu il Azərbaycana gələn xarici turistlərin sayında azalma müşahidə olunur".  

Bizim.Media xəbər verir ki, bu fikirləri Bakı Turizm Peşəkarları Assosiasiyasının sədri Ceyhun Aşurov News24.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu tendensiya əsasən regionlarda  baş verən siyasi və hərbi gərginliklərlə bağlıdır: 

“Rusiya–Ukrayna müharibəsi, Pakistan–Hindistan arasında davam edən gərginlik, eləcə də İran–İsrail qarşıdurması turizm sahəsinə mənfi təsir göstərib və hazırda da göstərməkdədir.

Belə ki, mövcud vəziyyət beynəlxalq reyslərin ləğv olunmasına səbəb olub. Hava məkanının məhdudlaşdırılması nəticəsində bəzi körfəz ölkələrindən gələn turistlərin uçuş saatları uzanır ki, bu da onların səyahət qərarlarına mənfi təsir edir. Əvvəllər körfəz ölkələrindən Azərbaycana daha çox turist gəlirdisə, bu il həmin axında azalma müşahidə olunur” , – deyə o bildirib.

Ceyhun Aşurov qeyd edib ki, hazırda Azərbaycan alternativ bazarlara yönəlir:

“Türkiyə, Çin, Orta Asiya və Rusiya bazarlarından müəyyən aktivlik gözlənilir. Bu istiqamətlərdə qismən canlanma baş verə bilər. Lakin indiki qeyri-müəyyən şəraitə görə əvvəlcədən ayrılmış rezervasiyaların bir hissəsi ləğv edilib". 

Ekspert hesab edir ki, yaranmış vəziyyət yerli turistlərin də xaricə səfərlərinə təsir edə bilər:

“Amma ölkədaxili turizmin bu yay daha aktiv olacağı gözlənilir. Qiymətlərin artımı proqnozlaşdırılmır. Çünki pandemiyadan sonra daxili tələbatın artması yeni otel və kənd evlərinin bazara daxil olmasına səbəb olub. Bu da yerləşmə imkanlarını artıraraq rəqabəti gücləndirib". 

Ceyhun Aşurov sonda vurğulayıb ki, hazırkı geosiyasi vəziyyət ölkəyə gələn turist axınını zəiflətsə də, daxili turizmin inkişafı üçün mühüm şərait yaradır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arda Güler yenə ən yaxşı seçildi

Arda Güler yenə ən yaxşı seçildi

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Pakistan Əfqanıstana zərbə endirdi: 9 ölü, 11 yaralı var – VİDEO

Pakistan Əfqanıstana zərbə endirdi: 9 ölü, 11 yaralı var – VİDEO

Bakıda Regional Forum işinə başlayır

Bakıda Regional Forum işinə başlayır

Dünya bazarlarında neft ucuzlaşdı

Dünya bazarlarında neft ucuzlaşdı

Masallıda qəza: ölən və xəsarət alanlar var

Masallıda qəza: ölən və xəsarət alanlar var

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI – TAM MƏTN – FOTO

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI – TAM MƏTN – FOTO

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

End of content

No more pages to load

RADİO