Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “Yerli şirkətlərin tanıtım sərgisi” başa çatdı

18-21 iyun 2025-ci il tarixində paytaxt Bakıda 300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilib. Kapital Bank-ın rəsmi tərəfdaşlığı ilə keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” yerli məhsul və xidmətlərin təqdim edildiyi ən böyük platformalardan biridir.

Sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, ictimai birliklərin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Tədbirdə çıxış edən Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə ölkə əhəmiyyətli bu layihədə tərəfdaş olmaqdan qürur duyduğunu bildirib:
 

“Artıq 6 ildir ki, bank olaraq bu layihədə Marsol ilə bir yolda addımlayırıq. Biz bunu tərəfdaşlıqdan daha çox, ölkəmizdə sahibkarlığın inkişafına xidmət edən dostluq missiyası kimi görürük. Hamımız bilirik ki, uğur heç vaxt təkbaşına mümkün olmur. Bir ideyanın böyüyüb güclü biznesə çevrilməsi üçün cəsarətli addımlarla bərabər münbit şərait olmalıdır.


Məhz bu şəraitin formalaşmasında dövlətimizin rolu əvəzsizdir. Biz də bu siyasətə dəstək olmaq üçün fokusumuzu sahibkarlara zaman qazandıracaq, müasir dövrün tələbi olan rəqəmsal həllərə yönəltmişik. Bu məqsədlə yaratdığımız Birbank Biznes platforması bu gün sadəcə bir mobil tətbiqi deyil, həm də sakibkarların etibarlı rəqəmsal köməkçisidir. Hazırda 27 mindən çox hüquqi şəxs və 115 mindən çox fərdi sahibkar gündəlik maliyyə əməliyyatlarını bizə etibar edir. Bu rəqəmlərin arxasında dayanan etimad bizim üçün ən böyük dəyərdir”.

Qeyd edək ki, 30 000-ə yaxın ziyarətçinin qatıldığı sərgidə 10 KOB subyektinin məhsul və xidmətlərini təqdim etməsi üçün KOBİA tərəfindən xüsusi şərait yaradılıb. Belə ki, sənaye, tekstil, qida, xidmət, tikinti, əl işləri, parfümeriya kimi sahələrdə fəaliyyət göstərən həmin mikro və kiçik sahibkarlıq subyektləri sərgidə ödənişsiz olaraq iştirak ediblər. 

Layihənin həyata keçirilməsində məqsəd yerli şirkətlərin məhsul və xidmətlərini, xüsusilə də ilk dəfə bazara çıxarılacaq brendləri geniş ictimaiyyətə tanıtmaq, xarici bazarlara çıxış imkanlarını artırmaq və biznes subyektləri arasında qarşılıqlı faydalı əməkdaşlıqları təşviq etməkdir. 
 

Bakı Ekspo Mərkəzində keçirilən sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, həmçinin Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) oldu tərəfdaşlığı ilə baş tutub.  


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arda Güler yenə ən yaxşı seçildi

Arda Güler yenə ən yaxşı seçildi

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Pakistan Əfqanıstana zərbə endirdi: 9 ölü, 11 yaralı var – VİDEO

Pakistan Əfqanıstana zərbə endirdi: 9 ölü, 11 yaralı var – VİDEO

Bakıda Regional Forum işinə başlayır

Bakıda Regional Forum işinə başlayır

Dünya bazarlarında neft ucuzlaşdı

Dünya bazarlarında neft ucuzlaşdı

Masallıda qəza: ölən və xəsarət alanlar var

Masallıda qəza: ölən və xəsarət alanlar var

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI – TAM MƏTN – FOTO

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI – TAM MƏTN – FOTO

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

End of content

No more pages to load

RADİO