İşimiz alınmayanda behi necə geri alaq?

Malların və xidmətlərin alqı-satqısında beh ödənişindən tez-tez istifadə edilir.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Mülki Məcəlləyə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin verdiyi pul məbləğidir.

Başqa sözlə, beh bir növ tərəfləri razılaşmadan irəli gələn öhdəlikləri yerinə yetirməyə sövq edir. Bu baxımdan behin öhdəliklərin təminatı rolunu oynadığını desək, yanılmarıq. Lakin müəyyən hallar olur ki, tərəflərdən biri öhdəliyi icra edə bilmir.

Bəs bu zaman behi necə geri almaq və ya qaytarmaq olar?

Qanunvericiliyə görə, öhdəliyin icrasına başlanana qədər tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Belə ki, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır.
 

Müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıdıqda isə o, digər tərəfə behin iki mislini ödəməlidir. Başqa sözlə, beh ikiqat geri qaytarılmalıdır.


Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.

Lakin burada bir nüansı nəzərə almaq lazımdır. Belə ki, qanunvericiliyə görə, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. 

Ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən behin ödənilməsi barədə yazılı razılaşmanın olmaması nəticəsində şübhə yarandıqda və əksi sübuta yetirilmədikdə, həmin məbləğ avans kimi ödənilmiş sayılır.

Avans müxtəlif məqsədlər üçün əvvəlcədən ödənilən məbləğdir. Bu, tərəflər arasında qarşılıqlı etimadın yaranmasına və işin icrasının başlanmasına imkan yaradır.

Lakin behdən fərqli olaraq avans heç bir itki olmadan geri tələb edilə və ya qaytarıla bilər. Bu halda, tərəflər üçün hər hansı hüquq və öhdəlik yaranmır.

Buradan belə aydın olur ki, tərəflər beh hesab edərək bir-birlərinə ödədikləri vəsaitlə bağlı beh haqqında razılaşma yazılı formada bağlanmayıbsa, onu heç bir itki olmadan geri istəyə və ya qaytara bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Pakistan Əfqanıstana zərbə endirdi: 9 ölü, 11 yaralı var – VİDEO

Pakistan Əfqanıstana zərbə endirdi: 9 ölü, 11 yaralı var – VİDEO

Bakıda Regional Forum işinə başlayır

Bakıda Regional Forum işinə başlayır

Dünya bazarlarında neft ucuzlaşdı

Dünya bazarlarında neft ucuzlaşdı

Masallıda qəza: ölən və xəsarət alanlar var

Masallıda qəza: ölən və xəsarət alanlar var

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI – TAM MƏTN – FOTO

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI – TAM MƏTN – FOTO

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

End of content

No more pages to load

RADİO