İdxal artır, ixrac azalır... – Qiymətlər YÜKSƏLƏCƏK?

2025-ci ilin ilk 5 ayı ərzində (yanvar-may) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 20 milyard 966 milyon 9 min ABŞ dolları təşkil edib (2024-cü ilin eyni dövründə 18 milyard 439 milyon 272 min ABŞ dolları təşkil etmişdi). 

Xarici ticarət əməliyyatlarının həcminin artması idxalın artması ilə əlaqədardır. 

Belə ki, idxal əməliyyatları üzrə 9 milyard 964 milyon 840 min ABŞ dolları (ötən ilin ilk 5 ayında 7 milyard 300 milyon 691 min ABŞ dolları), ixrac əməliyyatları üzrə 11 milyard 1 milyon 169 min ABŞ dolları (ötən ilin ilk 5 ayında 11 milyard 138 milyon 581 min ABŞ dolları) ticarət qeydə alınıb. 

2024-cü ilin ilk 4 ayında xarici ticarət saldosu müsbət 3 milyard 837 milyon 890 min ABŞ dolları ikən, 2025-ci ilin ilk 5 ayı ərzində xarici ticarət saldosu müsbət 1 milyard 36 milyon 329 min ABŞ dollarına düşüb (3,7 dəfə azalıb). 

Səbəb nədir?


Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, xarici ticarətdə müsbət saldonun aşağı düşməsinin səbəbi neftin qiymətinin enməsidir:

“Bizim əsas ixrac məhsulumuz neftdir. Neftin qiyməti düşdükcə ixracın da həcmi dəyər ifadəsində azalır. Bundan başqa, idxaldan asılılığımız da yüksəkdir. Üstəlik, müqayisəli dövrdə idxalın da həcmi xeyli artıb. Bu vəziyyətin yaranmasının bir səbəbi Qarabağda və Şərqi Zəngəzurda aparılan böyük quruculuq işləridirsə, digər səbəb yerli istehsalın azalmasıdır. Bu və digər səbəblərdən idxalın həcmi aybaay böyüyür. Nəticə etibarı ilə müsbət saldonun azalmasının şahidi oluruq. Neftin qiymətindəki eniş əslində gözlənilən idi. İxracda əsas pay sahibi olan neftin ixrac həcminin azalması belə bir mənzərə yaradır”.

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arda Güler yenə ən yaxşı seçildi

Arda Güler yenə ən yaxşı seçildi

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Pakistan Əfqanıstana zərbə endirdi: 9 ölü, 11 yaralı var – VİDEO

Pakistan Əfqanıstana zərbə endirdi: 9 ölü, 11 yaralı var – VİDEO

Bakıda Regional Forum işinə başlayır

Bakıda Regional Forum işinə başlayır

Dünya bazarlarında neft ucuzlaşdı

Dünya bazarlarında neft ucuzlaşdı

Masallıda qəza: ölən və xəsarət alanlar var

Masallıda qəza: ölən və xəsarət alanlar var

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI – TAM MƏTN – FOTO

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI – TAM MƏTN – FOTO

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

End of content

No more pages to load

RADİO