Ev tikdirmək istəyənlərə XƏBƏRDARLIQ – Daha da bahalaşacaq...

Son illərdə Azərbaycanda tikinti sektoru iqtisadi inkişafın əsas istiqamətlərindən birinə çevrilib.

Dövlətin həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, eləcə də əhalinin şəxsi ev tikintisinə marağı tikinti bazarında aktivliyi artırıb. Bu proses isə birbaşa olaraq inşaat materiallarına olan tələbat və onların qiymətlərinə təsir göstərir. 2025-ci ilin ilk yarısına nəzər saldıqda, inşaat materiallarının qiymətlərində müxtəlif istiqamətlərdə dəyişikliklərin baş verdiyi müşahidə olunur.

Hazırki qiymətlər

Azərbaycan Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ilin ilk 5 ayında tikinti materiallarının qiymətlərində ortalama 3.5%-5.7% arasında artım qeydə alınıb. Bu artım əsasən bəzi məhsul qruplarında kəskin, digərlərində isə sabit və ya azalma şəklində özünü göstərib.

Nəzər salsaq görərik ki, sement bazarında qiymət artımı davam edir. 50 kiloqramlıq sement kisəsinin qiyməti 7.5 manatdan 8 manata qədər yüksəlib. Bu artım həm daxili istehsal xərclərinin, həm də nəqliyyat xidmətlərinin bahalaşması ilə izah olunur.

Tikintidə əsas rol oynayan armaturların qiymətində də artım müşahidə edilir.

Zavod istehsalı armaturlar: 1.200-1.400 AZN/ton

Sex istehsalı armaturlar: 800-900 AZN/ton

Bunun səbəbi xammalın idxal asılılığı və metal qiymətlərinin beynəlxalq bazarda bahalaşması ilə əlaqəlidir. Taxta məhsullar, xüsusən rütubətli və quru taxtalar, tikintidə geniş istifadə olunur.

Qiymətlərdə bahalaşma mövcuddur:

1 m³ yaş taxta: 380-420 AZN

Quru taxta isə daha yüksək qiymətlərlə təklif olunur.

Dam örtükləri və diktlər

Maraqlıdır ki, bu kateqoriyada bəzi məhsulların qiymətində azalma müşahidə olunub:

0.45 mm qalınlığında dam örtüyü: 10.5 AZN → 9.5 AZN

15-lik dikt: 28 AZN → 19 AZN

17-lik dikt: 34 AZN → 21 AZN

Azalmanın səbəbi bazarda təklifin artması və bəzi məhsulların daxili istehsalla əvəzlənməsi göstərilir.

Qiymətlər niyə yüksəlir?

Qiymət artımının əsas səbəbləri kimi logistika və daşınma xərclərini göstərmək olar.

Belə ki, 2025-ci ilin ilk üç ayında daşınma xərclərinin 15-20% artdığı bildirilir. Bu, xüsusilə bölgələrə məhsul çatdırılmasında qiymətlərə təsir edir.

Bundan başqa yaz-yay aylarında tikinti mövsümünün canlanması qiymət artımına səbəb olur. İdxal asılılığı da qiymətə təsir edən ən böyük amillərdəndir.

Bahalaşma nə vaxtadək davam edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, yay aylarında tikinti materiallarının bahalaşması normaldır:

“Çünki yay aylarında tikinti bumu olur. Bu ildə istisna deyil. Hazırda ölkəmizin hər yerində fərdi evlərin və iri miqyası obyektlərin tikintisi aparılır. Təbii ki, son illərdə Qarabağda və Şərqi Zəngəzurda aparılan iri miqyaslı tikinti işləri də bazara öz təsirini göstərir. Nəzərə alaq ki, bu il Qarabağ və Şərqi Zəngəzurun bərpasına 4 milyard dövlət vəsaiti xərclənəcək. Bu vəsaitin böyük hissəsi də tikinti materiallarına xərclənəcək. Bütün bunlarsa bahalaşmaya səbəb yaradır”.

Müsahibimiz hesab edir ki, bahalaşma bir müddət davam edəcək:

“Bunun da bir sıra səbəbləri var. Əvvəla ona görə ki, dövlət sifarişi ilə olan tikinti işlərinə vəsait əsasən ikinci-üçüncü rübdə verilir. Bu da bazara daha çox vəsaitin daxil olması deməkdir.

Bundan əlavə, 2025-ci ilin dövlət büdcəsində 3 milyardan artıq ehtiyat vəsait yaranıb. Yəqin ki, bu vəsaitin böyük hissəsi üçüncü və dördüncü rübdə Qarabağ və Şərqi Zəngəzurun bərpasına xərclənəcək. Bazara daha çox vəsaitin daxil olması isə təbii ki, bahalaşmaya zəmin yaradacaq. Hesab edirəm ki, oktyabrın sonlarına qədər tikinti materialları bazarında bahalaşma davam edəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arda Güler yenə ən yaxşı seçildi

Arda Güler yenə ən yaxşı seçildi

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Pakistan Əfqanıstana zərbə endirdi: 9 ölü, 11 yaralı var – VİDEO

Pakistan Əfqanıstana zərbə endirdi: 9 ölü, 11 yaralı var – VİDEO

Bakıda Regional Forum işinə başlayır

Bakıda Regional Forum işinə başlayır

Dünya bazarlarında neft ucuzlaşdı

Dünya bazarlarında neft ucuzlaşdı

Masallıda qəza: ölən və xəsarət alanlar var

Masallıda qəza: ölən və xəsarət alanlar var

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI – TAM MƏTN – FOTO

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI – TAM MƏTN – FOTO

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

End of content

No more pages to load

RADİO