Aİ-92 və dizelin bahalaşması ilə bağlı MÜHÜM AÇIQLAMA – “Yaxın vaxtlarda...”

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə və 19 yanvar 2001-ci il qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərarda nə qeyd olunub?

Qərara əsasən, Dövlət Neft Şirkətinin (SOCAR) 1 yanvar – 1 iyun 2025-ci il tarixlərində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 83 min ton və 18 min ton yuxarı hədd müəyyən edilib. 

Bundan başqa, mühərrik və aviasiya benzinləri istisna olmaqla bütün benzin növlərinin, eləcə də digər qazoyllar, o cümlədən dizel yanacağının ölkəyə idxalı üçün aksiz dərəcəsi iyunun 1-nə qədər hər ton üçün 1 manat, iyunun 1-dən sonra isə 200 manat müəyyən edilib. 

Benzin və dizellə bağlı mövcud vəziyyət

Nəzərə alaq ki, 2025-ci ilin ilk rübündə Azərbaycanda benzin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında ölkədə cəmi 329.14 min ton benzin istehsal olunub ki, bu da 2024-cü ilin ilk rübündə qeydə alınmış 384.10 min ton göstəricidən təxminən 14% azdır.

Eyni dövrdə dizel yanacağının istehsalı da geriləyib. Belə ki, 2025-ci ilin ilk rübündə 552.91 min ton, ötən ilin eyni dövründə isə 599.8 min ton dizel istehsal edilib.

İstehsal həcmlərindəki azalma fonunda benzin idxalı əhəmiyyətli dərəcədə artıb. 2025-ci ilin ilk iki ayında ölkəyə 40.88 min ton Aİ-92 markalı benzin idxal olunub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4.5 dəfə çoxdur (ötən il – 8.77 min ton).

Beləliklə, idxalın dəyəri 31.72mln ABŞ dolları, ötən ilin göstəricisi isə 7.01 mln dollar olub.

Aİ-92 və dizel bahalaşacaq?

Mövzu iə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ölkəmizdə Aİ-92 və dizel yanacağının qiymətini hökumət tənzimləyir:
 

“Bu yanacaq növlərinin qiyməti yalnız Tarif Şurasının qərarından sonra dəyişə bilər. Ona görə də Nazirlər Kabinetinin bu qərarı qiymətlərə birbaşa təsir göstərmir. Amma bu qərar yeni qiymətlərin formalaşması üçün Tarif Şurasına bir siqnal ola bilər və Tarif Şurası qiymətlərə yenidən baxa bilər. 


Bu qərar qiymətlərə birbaşa təsir etməsə də, Nazirlər Kabinetinin və Tarif Şurasının qiymətləri dəyişdirmək səlahiyyətlərini nəzərə alsaq, onda qərarın yaxın gələcəkdə qiymətlərə təsiri ola bilər. Yəni hər şey Tarif Şurasının məsələyə münasibətindən asılıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK - FOTO

Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində ƏMƏKDAŞLIQ EDƏCƏK - FOTO

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb

Xələf Xələfov: “Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır”

Xələf Xələfov: “Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır”

“TikTok” və “Spotify” Azərbaycanda vergiyə CƏLB OLUNDU

“TikTok” və “Spotify” Azərbaycanda vergiyə CƏLB OLUNDU

Kürdəmirdə toyda 92 nəfər SUDAN zəhərlənib? – Həkimdən AÇIQLAMA

Kürdəmirdə toyda 92 nəfər SUDAN zəhərlənib? – Həkimdən AÇIQLAMA

Əhalinin NƏZƏRİNƏ – Oktyabrın 6-dan başlayır, 10-dək davam edəcək...

Əhalinin NƏZƏRİNƏ – Oktyabrın 6-dan başlayır, 10-dək davam edəcək...

Şamaxıda ölümlə nəticələnən qəzanın təfərrüatı – VİDEO

Şamaxıda ölümlə nəticələnən qəzanın təfərrüatı – VİDEO

İlham Əliyevdən media savadlılığının artırılması ilə bağlı AÇIQLAMA

İlham Əliyevdən media savadlılığının artırılması ilə bağlı AÇIQLAMA

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

İlham Əliyev: "AQEM Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

İlham Əliyev: "AQEM Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

London-İstanbul reysində sərxoş sərnişin ekipaj üzvünü və bir sərnişini dişlədi

London-İstanbul reysində sərxoş sərnişin ekipaj üzvünü və bir sərnişini dişlədi

Prezident: AQEM regionda sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Prezident: AQEM regionda sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kiyevə gecə hücumu: 1 nəfər yaralanıb – FOTO

Kiyevə gecə hücumu: 1 nəfər yaralanıb – FOTO

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Bakıda kişi küçədə VƏFAT ETDİ

Bakıda kişi küçədə VƏFAT ETDİ

Türkiyədə 3 bələdiyyə sədri saxlanıldı

Türkiyədə 3 bələdiyyə sədri saxlanıldı

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına MÜRACİƏT - TAM MƏTN

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına MÜRACİƏT - TAM MƏTN

Leyla Quliyeva bu verilişlə qayıdır - VİDEO

Leyla Quliyeva bu verilişlə qayıdır - VİDEO

Prokurorluq işçilərinin peşə bayramı günüdür

Prokurorluq işçilərinin peşə bayramı günüdür

Türkiyəyə müalicəyə aparılan 9 yaşlı Elxan vəfat etdi

Türkiyəyə müalicəyə aparılan 9 yaşlı Elxan vəfat etdi

Bakıda AQEM-in Media Forumu keçirilir - FOTO

Bakıda AQEM-in Media Forumu keçirilir - FOTO

Azərbaycan "Baykar"ın ən yeni silahının İLK ALICISI oldu - Düşmən radarlarını MƏHV EDƏCƏK

Azərbaycan "Baykar"ın ən yeni silahının İLK ALICISI oldu - Düşmən radarlarını MƏHV EDƏCƏK

End of content

No more pages to load

RADİO