Manatın məzənnəsi ilə bağlı heç bir TƏHLÜKƏ YOXDUR

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan bu ilin birinci rübündə 1,7 milyard dollar dəyərində qiymətli metallar idxal edib. Belə ki, qiymətli metal idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 132 dəfə çoxdur. Hesabat dövründə qiymətli metal idxalı Azərbaycanın ümumi idxalının 30,2%-ni təşkil edib.

Adətən qızıla tələbat iqtisadiyyatda böhran halları özünü göstərən məqamlarda artır. İş adamları və imkanlı şəxslər belə vəziyyətdə vəsaitlərini itirməmək üçün onu qızıla yatırmğa üstünlük verirlər. Bu əsasda cari ilin birinci rübündə Azərbaycana gətirilən qiymətli metalların çəkisi də artıb.

Görəsən, ölkədə qiymətli metallara tələbatın kəskin artması fonunda növbəti devalvasiya gözlənilə bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, Azərbaycanda devalvasiya gözlənilmir:
 
MÖVZU İLƏ BAĞLI:

Dollar UCUZLAŞDI – Manatın məzənnəsi ilə bağlı MÜHÜM AÇIQLAMA

“Azərbaycan manatı ilə bağlı hər hansı təhlükəli bir məqam yoxdur. Yəni manatın ucuzlaşmasını şərtləndirən amillər mövcud deyil. İdxal-ixrac əməliyyatlarında nisbət azalsa da, müsbət saldo qorunub saxlanılır. Makroiqtisadi tarazlıq da qorunub saxlanılır.

Bununla yanaşı, Mərkəzi Bankın siyasəti də kifayət qədər elastikdir. Hansı ki, bu siyasət də manatın məzənnəsinin qorunub saxlanılmasına xidmət edir. Xarici borclarımız da ÜDM səviyyəsinə nisbətdə kifayət qədər risksiz bir vəziyyətdədir. Neftin qiyməti ucuzlaşsa da, təhlükəli dəhlizə daxil olmayıb. Yəni manatın ucuzlaşmasını şərtləndirən amil yoxdur. Belədə devalvasiya da gözlənilmir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AQEM Media Forumunun açılış mərasimindən FOTOLAR

Bir vaxtlar xaricdən alırdıq, indi 20 ölkəyə ixrac edirik

Nil Özalp saxlanıldı

Nil Özalp saxlanıldı

Bağçada işləmək istəyənlərə şad xəbər

Bağçada işləmək istəyənlərə şad xəbər

“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı – FOTO - VİDEO

Vahid Ələkbərovun oğlunun bahalı "Bugatti”si Rusiyada müzakirə yaratdı - FOTO

Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edildi

Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür

Ronaldo Portuqaliya millisindən ayrıldı - Baş məşqçi ilə yola getməyib?

Ağstafadakı məktəbdə müəllimlərin davası ilə bağlı ARAŞDIRMA APARILIR – RƏSMİ

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi VƏFAT ETDİ

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

Təhsildə süni intellektin tətbiqi ilə bağlı YENİ TƏŞƏBBÜS – Şagirdləri nə gözləyir?

TDT-nin baş katibi: "Azərbaycanın Zəfəri türk dünyası üçün örnəkdir"

Tərtərdə avtomobil mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

“Azərsun Holdinq”in rəqəmsal transformasiya üzrə praktik təcrübələri digər müəssisələrlə bölüşülüb - FOTO

"Flydubai" reysində sərnişinləri xilas edən şəxs santexnik imiş - Netanyahu ilə SƏMİMİ SÖHBƏT - FOTO/VİDEO

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Misirdə Roma dövrünə aid sərdabə tapıldı – FOTO

Dönəri görün hansı şəraitdə hazırlayırlar? - ŞOK FOTOLAR - VİDEO

Ağstafada müəllim yoldaşı tərəfindən döyülən qadının SON DURUMU

26 yaşlı Elnur Rüstəmovun öldürülməsinin təfərrüatı – FOTO-VİDEO

Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var

Mikayıl Cabbarov: “Azərbaycanın regiondakı rolu sadə prinsipə söykənir, əməkdaşlıq üçün qapıları açırıq” - VİDEO

End of content

No more pages to load

RADİO