Azərbaycan yumurtası üstündə dünyada davadır

Azərbaycanın kənd təsərrüfatı sektoru yeni bir uğura imza atıb. Artıq ölkəmiz Amerika Birləşmiş Ştatlarına müntəzəm süfrə yumurtası ixracına başlayır. ABŞ-da quş qripi səbəbindən yaranan yumurta qıtlığı və qiymət artımı fonunda Azərbaycanın aparıcı quşçuluq təsərrüfatlarından biri beynəlxalq standartlara uyğun sertifikatlaşmadan keçərək bu böyük bazara daxil olmağa hazırdır.

Bu addım həm yerli istehsalçılar üçün yeni imkanlar açır, həm də Azərbaycan məhsullarının keyfiyyətini dünyaya nümayiş etdirir. Bəs ixrac perspektivlərimizin artırılması daxili bazara hər hansı mənfi təsir göstərə bilərmi? Bu sahədə gələcək imkanlarımız necə görünür?

Bizim.Media  "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Artıq ixrac reallaşıb"

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin sədri Mürvət Həsənlinin sözlərinə görə, bu sahədə istehsalımız tələbatımızı ödəməyə imkan verir.

Məhz bunun sayəsində ixrac potensialımızı da genişləndirə bilirik:

"Bu gün ölkədə 5,5-6 milyon ədəd arasında süfrə yumurtası istehsal olunur. Gündəlik yumurtaya olan tələbatımız isə dörd milyona yaxındır. İstehsal olunan yumurtanın 1,5 milyonu ixrac edilir. Hazırda yumurta ixrac etdiyimiz ölkələr əsasən Yaxın Şərq ölkələridir. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt bu siyahıya daxildir. Bir müddət Rusiyaya da yumurta ixracımız olmuşdu. Lakin hazırda dayandırılıb".

Sədr qeyd etdi ki, hazırda ABŞ-də toyuqlarda virus yayılıb. Bu səbəbdən ölkədə yumurta ilə bağlı qıtlıq müşahidə olunur:

"Bu yaxınlarda ABŞ iş adamları bizə müraciət etdilər. Yumurtaların keyfiyyəti, toyuqların bəslənməsi və sair ilə maraqlandılar. Quşçuluq şirkətimiz yoxlamalardan sonra ABŞ-nin federal sertifikatına layiq görüldü. Məndə olan məlumata görə, 11 mart tarixində ABŞ-yə ilk yumurta ixracımız artıq reallaşıb. Bizdən 70-80 konteyner yumurta aldılar. Təxmini bir ay üçün 21 milyon yumurta ixrac olunacaq. Bu proses minimum 6-7 aydan bir ilə qədər davam edəcək. Amma fikrimcə, bu bazar Yaxın Şərq ölkələri kimi daimi olmayacaq".

"Anbarlarda yumurta ehtiyatımız kifayət qədərdir"

M.Həsənli bildirdi ki, birlik olaraq bu yeniliyin daxili bazara hər hansı təsir etməməsi üçün maksimum şəkildə çalışırlar:

"İxracın daxili yumurta bazarımıza heç bir əks təsiri yoxdur. Çünki anbarlarda yumurta ehtiyatımız kifayət qədərdir. İstehsalın da yüksək olduğunu nəzərə alsaq, heç bir narahatlığın olmayacağını demək mümkündür. İxrac etdiyimiz ölkələrə də kifayət qədər yumurta göndərə bilirik.
 

Qiymət artımı olsaydı, Novruz bayramının təsiri ilə olardı. Amma çalışdıq ki, buna da şərait yaratmayaq. Yumurtaların fabrikdən çıxış qiymətləri 11-12 qəpik təşkil edir. Marketlərə də həmin qiymətə satılır. Lakin ondan sonrakı qiymət prosesi artıq marketlər tərəfindən tənzimlənir".


"Tezliklə yeniliklərin şahidi olacağıq"

Sədrin sözlərinə görə, tezliklə həm ixrac, həm istehsal sahəsində yeniliklərin şahidi olacağıq:

"Yaxın gələcəkdə digər ölkələrə də ixrac düşünürük. Məsələn, Belçika və İsrailə. Hazırda bu sahədə sertifikatlaşma mərhələsindəyik. Həmçinin Cənubi Afrika, Somalidən də süfrə yumurtamızla maraqlanırlar. Yəqin ki, qısa zamanda bu ölkələrə də məhsullarımızı ixrac edəcəyik. Gələcəkdə istehsal gücümüz də artacaq. Belə ki, hazırda bu rəqəm 5-6 milyondursa, onu 8-10 milyon etməyə çalışacağıq. Çünki bu sahəyə xeyli dəstək göstərilir".

"Tələbat yerli istehsal hesabına ödənilir" 

İqtisadçı Rauf Qarayev də düşünür ki, istehsalımız və tələbatımız bir-birinə tam uyğun gəlir:

"2023-cü ildə Azərbaycanda ümumilikdə 2,2 milyard yumurta istehsal edilib. Ən çox yumurta istehsalı Hacıqabul rayonunun payına düşüb (414,4 milyon ədəd). Xızı rayonu 407,8 milyon ədəd göstərici ilə ikinci olub. Sabirabad rayonunda isə 215,8 milyon yumurta istehsal edilib. İşğaldan azad edilmiş Xocalı rayonu sonuncu pillədə olsa da, bu rayon üzrə göstərici 50 min ədəd təşkil edib.
 

Yumurtlayan toyuqların orta illik yumurta verimi 2022-ci ildə 235 ədəd, 2023-cü ildə 242 ədəd olub. Adambaşına 2023-cü ildə 215 yumurta düşüb, 2022-ci ildə bu göstərici 200 ədəd olub. İstehlakda adambaşına düşən yumurta isə 2022-ci ildə 179, 2023-cü ildə 189 ədəd olub".


İqtisadçı bildirdi ki, quş yemi artıq neçə ildir ki, ƏDV-dən azaddır. Bundan əlavə, quşçuluq sənayesində istifadə olunan bir sıra mal və materiallara da dövlət güzəşt tətbiq edir:

"Məhz bunun nəticəsidir ki, ölkəmizin yumurtaya olan tələbatı 100 faiz yerli istehsal hesabına ödənilir".

"Gərək tələb təklifi üstələsin"

R.Qarayevin sözlərinə görə, istehsalımız tələbatımızı kifayət qədər qarşılaya bildiyi üçün indiki dövrdə qıtlıqdan söhbət gedə bilməz:

"Hazırda yumurta istehsalı daxili bazarın tələbini ödəyir. Qıtlığın olması üçün gərək tələb təklifi üstələsin. Bu o vaxt baş verər ki, sahibkara yumurta istehsalı baha başa gələr. Sahibkar bu halda qiyməti artırmalıdır və ya məhsulu üçün yeni bazar axtarmalıdır. Hazırda belə bir vəziyyət mövcud deyil".

Ekspert bu sahədəki çatışmazlıqlardan da bəhs etdi:

"Yumurta və quş əti istehsalı əsasən müəssisələrin deyil, fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatçılarının üzərinə düşür. Çətin məsələ müəssisələrin rentabelliyi ilə bağlıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah saat 09:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 09:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Gəncədə 5 şagird məktəbin bufetindən aldıqları şirniyyatdan zəhərlənib

Gəncədə 5 şagird məktəbin bufetindən aldıqları şirniyyatdan zəhərlənib

“44” bədii filmi oktyabrın 15-dən ölkənin bütün kinoteatrlarında – VİDEO

“44” bədii filmi oktyabrın 15-dən ölkənin bütün kinoteatrlarında – VİDEO

Gəncə məktəbində zəhərlənən şagirdlərlə bağlı RƏSMİ AÇIQLAMA

Gəncə məktəbində zəhərlənən şagirdlərlə bağlı RƏSMİ AÇIQLAMA

Sabahın HAVASI: Yağış, şimşək, leysan....

Sabahın HAVASI: Yağış, şimşək, leysan....

SON DƏQİQƏ! Gəncədə 5 şagird ZƏHƏRLƏNDİ - VİDEO

SON DƏQİQƏ! Gəncədə 5 şagird ZƏHƏRLƏNDİ - VİDEO

TDT-yə üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin 2-ci iclası keçirildi – FOTO

TDT-yə üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin 2-ci iclası keçirildi – FOTO

Oktyabrda 9 gün iş olmayacaq - Tarixlər

Oktyabrda 9 gün iş olmayacaq - Tarixlər

“Sovetski”də meyit aşkarlandı

“Sovetski”də meyit aşkarlandı

Türkiyənin müdafiə naziri ŞUŞADA - FOTO

Türkiyənin müdafiə naziri ŞUŞADA - FOTO

AQEM Media Forumunun açılış mərasimindən FOTOLAR

AQEM Media Forumunun açılış mərasimindən FOTOLAR

Bir vaxtlar xaricdən alırdıq, indi 20 ölkəyə ixrac edirik - VİDEO

Bir vaxtlar xaricdən alırdıq, indi 20 ölkəyə ixrac edirik - VİDEO

Nil Özalp saxlanıldı

Nil Özalp saxlanıldı

Bağçada işləmək istəyənlərə şad xəbər

Bağçada işləmək istəyənlərə şad xəbər

“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı – FOTO - VİDEO

“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı – FOTO - VİDEO

Vahid Ələkbərovun oğlunun bahalı "Bugatti”si Rusiyada müzakirə yaratdı - FOTO

Vahid Ələkbərovun oğlunun bahalı "Bugatti”si Rusiyada müzakirə yaratdı - FOTO

Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edildi

Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edildi

Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür

Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür

Ronaldo Portuqaliya millisindən ayrıldı - Baş məşqçi ilə yola getməyib?

Ronaldo Portuqaliya millisindən ayrıldı - Baş məşqçi ilə yola getməyib?

Ağstafadakı məktəbdə müəllimlərin davası ilə bağlı ARAŞDIRMA APARILIR – RƏSMİ

Ağstafadakı məktəbdə müəllimlərin davası ilə bağlı ARAŞDIRMA APARILIR – RƏSMİ

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi VƏFAT ETDİ

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi VƏFAT ETDİ

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

Təhsildə süni intellektin tətbiqi ilə bağlı YENİ TƏŞƏBBÜS – Şagirdləri nə gözləyir?

Təhsildə süni intellektin tətbiqi ilə bağlı YENİ TƏŞƏBBÜS – Şagirdləri nə gözləyir?

TDT-nin baş katibi: "Azərbaycanın Zəfəri türk dünyası üçün örnəkdir"

TDT-nin baş katibi: "Azərbaycanın Zəfəri türk dünyası üçün örnəkdir"

End of content

No more pages to load

RADİO