KOBİA nümayəndə heyəti “Veysəloğlu”na məxsus Məhəmmədi Logistika Mərkəzini ziyarət edib – FOTO

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin əməkdaşları Məhəmmədi qəsəbəsində yerləşən Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) məxsus Logistika Mərkəzində olublar.

Ziyarət çərçivəsində qonaqlar VŞQ-nin təsisçisi və İdarə Heyətinin sədri Aydın Talıbov və Qrupa aid olan biznes subyektlərinin rəhbərləri ilə birlikdə Logistik Mərkəzin iş fəaliyyəti ilə yaxından tanış olublar. İnfotur çərçivəsində KOBİA üzvlərinə pərakəndə sektoru əhatə edən tədarük zəncirinin necə həyata keçirilməsi ilə bağlı dolğun məlumat verilib, bəzi əməliyyatların icrası canlı nümayiş edilib.

Bizim.Media xəbər verir ki, KOBİA nümayəndələri  Logistika Mərkəzinin yerləşdiyi ərazidə fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupuna məxsus “Xonça” istehsalat fabrikinin iş fəaliyyəti ilə də yaxından tanış olublar.

Ardınca nümayəndə heyətlərinin iştirakı ilə tərəflər arasında ətraflı fikir mübadiləsi aparılıb.

Aydın Talıbov qonaqlara Veysəloğlu Şirkətlər Qrupu və ona aid olan biznes subyektləri, eləcə də, pərakəndə sektorun mərkəzi dağıtım sistemlərinin fəaliyyətinin kiçik və orta sahibkarların inkişafına necə dəstək verməsi ilə bağlı prosesi ətraflı izah edib. 

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov da mövzu ilə bağlı fikirlərini bildirib, pərakəndə sektorun kiçik və orta sahibkarlara dəstək olmasının zəruriliyini vurğulayıb.

Qərara gəlinib ki, kiçik və orta sahibkarların pərakəndə sektor nümayəndələri ilə görüşlərinin daha da intensivləşməsi, bu sahədə olan çətinliklərin həlli istiqamətində lazımi addımların atılması məqsədəuyğundur. Həmçinin tərəflərin iştirakı ilə birgə Forumun keçirilməsi ilə bağlı da ilkin razılıq əldə olunub. 

Görüş zamanı Veysəloğlu Şirkətlər Qrupunun Baş icraçı direktorunun müşavir İlqar Nuri “Araz” və “OBA” marketlər şəbəkələrinin kiçik və orta sahibkarlara verdiyi dəstək və bundan doğan nəticələrlə bağlı ətraflı video təqdimat edib.

Qafqazın ən böyük logistika mərkəzlərindən biri olan Veysəloğlu Şirkətlər Qrupuna məxsus Məhəmmədi Logistika Mərkəzinin təməli 2017-ci ildə qoyulub.

Mərkəz həm Keyfiyyət idarəetmə, həm də Əməyin mühafizəsi üzrə beynəlxalq İSO 9001 standartlarına layiq görülüb. Logistika Mərkəzi  22 hektar sahəni əhatə edir və bunun 9 hektarında 95 min palet tutumuna malik qapalı anbar yerləşir. Anbarda 20 min növ quru qida və qeyri-qida, 120 çeşid meyvə-tərəvəz, 400 növ soyuq və donmuş məhsullar saxlanılır. Anbar gündəlik 6000 palet mal qəbul edir və 4000 mağazaya məhsul təminatını həyata keçirir.

Logistika mərkəzində həmçinin soyutma sistemləri, dondurucu və soyuducularla təchiz olunan soyuq anbar da fəaliyyət göstərir. Müasir texnologiya və innovativ üsullarla hazırlanmış xüsusi soyutma sistemli daşınma nəqliyyat vasitələri ilə qida məhsulları soyuq zəncir prinsipi qorunmaqla satış nöqtələrinə çatdırır.

Logistika Mərkəzinin yerləşdiyi ərazidə Veysəloğlu Şirkətlər Qrupuna məxsus “Xonça” istehsalat fabriki də fəaliyyət göstərir.

“Xonça” beynəlxalq standartlara uyğun qurulub və müştərilərə 200-dən çox məhsul çeşidi təqdim edir. Fabriki Qafqazın ən böyük şirniyyat istehsal məntəqələrindən biridir və burada aylıq 1000 tondan çox məhsul istehsal edilir. Fabrikdə müxtəlif növ ətirli çörəklər, bulkalar, tortlar və digər şirniyyat və un məmulatları istehsal olunur. 

Logistika Mərkəzi və “Xonça”da ümumilikdə 3000 nəfər əməkdaş çalışır.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi

İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verildi

Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır

Vəfat edən sabiq rektor bu vəzifəli şəxsin anasıdır

120 il yaşamaq üçün nə edək?

120 il yaşamaq üçün nə edək?

Sertifikasiyadan kəsilən müəllimlərin DİQQƏTİNƏ

Sertifikasiyadan kəsilən müəllimlərin DİQQƏTİNƏ

Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verildi - FOTO

Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verildi - FOTO

II cəhd imtahanında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ!

II cəhd imtahanında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ!

Vəzifəsindən gedən Starmeri belə ələ saldılar - FOTO

Vəzifəsindən gedən Starmeri belə ələ saldılar - FOTO

Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşdü – FOTO

Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşdü – FOTO

Netanyahu: "İsrail bu ildən etibarən ABŞ-ın maliyyə yardımından imtina edəcək"

Netanyahu: "İsrail bu ildən etibarən ABŞ-ın maliyyə yardımından imtina edəcək"

Trampdan İspaniyaya SƏRT TƏNQİD

Trampdan İspaniyaya SƏRT TƏNQİD

Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət etdi – FOTO

Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət etdi – FOTO

Ursula fon der Lyayen İrəvandadır – VİDEO

Ursula fon der Lyayen İrəvandadır – VİDEO

İlham Əliyev türkiyəli naziri qəbul etdi – FOTO

İlham Əliyev türkiyəli naziri qəbul etdi – FOTO

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında – FOTO

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında – FOTO

Qurbanov: “Futbolçular istəkli çalışdılar, hazırlıqları pis keçmədi”

Qurbanov: “Futbolçular istəkli çalışdılar, hazırlıqları pis keçmədi”

Supermodel tanınmaz halda – FOTO

Supermodel tanınmaz halda – FOTO

Kiyev gecə hücumundan sonra – FOTO-VİDEO

Kiyev gecə hücumundan sonra – FOTO-VİDEO

“Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”

“Məşqçilər dəyişməsə, milliyə qayıtmayacağam”

Türkiyənin istirahət zonalarında iki böyük yanğın– Video

Türkiyənin istirahət zonalarında iki böyük yanğın– Video

Ailəsi üçün canından keçən Davud xan Naxçıvanski – Onun cənazəsi niyə gizli DƏFN OLUNDU?

Ailəsi üçün canından keçən Davud xan Naxçıvanski – Onun cənazəsi niyə gizli DƏFN OLUNDU?

Ukrayna "LUKOYL”un neft emalı zavoduna zərbə endirdi – FOTO-VİDEO

Ukrayna "LUKOYL”un neft emalı zavoduna zərbə endirdi – FOTO-VİDEO

Bu maşın modeli kəskin ucuzlaşıb — Səbəb

Bu maşın modeli kəskin ucuzlaşıb — Səbəb

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Ehtiyata buraxılan mayor faciəvi şəkildə VƏFAT ETDİ

Ehtiyata buraxılan mayor faciəvi şəkildə VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO