Azərbaycan və Çin Orta Dəhlizlə bağlı əməkdaşlığı genişləndirir – FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “China Railway Container Transport Corp. Ltd.” (CRCT – Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyası) şirkətinin prezidenti Yanq Binin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan və Çin Xalq Respublikası arasında dəmir yolu və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən Orta Dəhliz vasitəsilə yükdaşımaların artırılması mövzusunda geniş müzakirələr aparılıb.

Tərəflər CRCT-nin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yollarının “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulması barədə fikir mübadiləsi aparıb, bu əlamətdar hadisənin 19-20 sentyabrda Sianda keçiriləcək VIII Beynəlxalq İpək Yolu Sərgisi çərçivəsində baş tutacağını elan edib.

Görüşdə Orta Dəhlizin inkişafı istiqamətində son dövrdə görülən əsaslı işlər nəticəsində Çindən konteyner blok qatarların hərkətinin bərpa edildiyi və 2024-cü ilin əvvəlindən Çin limanlarından Azərbaycana 212 konteyner blok-qatarın göndərildiyi qeyd olunub. Konteynerlərin Bakı limanına çatdırılma müddətinin 8-10 gün, Qara dəniz limanlarına isə 10-12 gün təşkil etməsi görülən tədbirlərin uğurlu nəticəsi kimi vurğulanıb. 

Çin tərəfi qeyd olunan göstəricilərdən məmnunluğunu ifadə edərək CRTC-nin “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmaqla Orta Dəhlizlə daşınan yük həcminin artırılmasına töhfə verəcəyini bildirib.

Görüşdə, həmçinin 19-20 sentyabr tarixlərində Bakıda ADY-nin təşəbbüsü ilə Çin, Orta Asiya və Avropa dəmir yolları operatorlarının iştirakı ilə yeni “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsisi ilə bağlı müzakirələrin aparılacağı bildirilib.

Müzakirələrin əsas mövzusunun bu assosiasiya çərçivəsində əməkdaşlıq vasitəsilə Orta Dəhlizin cənub qanadının inkişaf etdirilməsi və Çin-Orta Asiya-Avropa  və əks istiqamətdə səmərəli, sürətli, təhlükəsiz və strukturlaşdırılmış yükdaşıma əməliyyatlarının təmin edilməsinin olacağı qeyd olunub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kamilə Babayevaya ağır itki

Kamilə Babayevaya ağır itki

Sabah çimərliyə getmək istəyənlər üşün XOŞ XƏBƏR

Sabah çimərliyə getmək istəyənlər üşün XOŞ XƏBƏR

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Şəmkirdəki ağır qəzada ölənlərin sayı artdı: İkisi uşaqdır

Şəmkirdəki ağır qəzada ölənlərin sayı artdı: İkisi uşaqdır

SEPAH: "Bu, Trampın qorxulu yuxuları və fantaziyasıdır"

SEPAH: "Bu, Trampın qorxulu yuxuları və fantaziyasıdır"

İstanbul aeroportu yeni REKORDA imza atdı

İstanbul aeroportu yeni REKORDA imza atdı

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır

Məktəb direktoru olmaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başlayır

Kitabxanalarda hansı YENİLİKLƏR gözlənilir? – FOTO

Kitabxanalarda hansı YENİLİKLƏR gözlənilir? – FOTO

İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

İran ABŞ hərbçilərin öldürülməsinə görə MÜKAFAT təyin etdi

Bakıda 28 yaşlı gənc faciəvi şəkildə dünyasını dəyişdi

Bakıda 28 yaşlı gənc faciəvi şəkildə dünyasını dəyişdi

Kanalda batan uşağın meyiti TAPILDI

Kanalda batan uşağın meyiti TAPILDI

Azərbaycanda dövlət borcunun həcmi bilindi

Azərbaycanda dövlət borcunun həcmi bilindi

End of content

No more pages to load

RADİO