Rusiya və İranın susqunluğu neft qiymətlərinə necə təsir etdi? – İlham Şabanın ŞƏRHİ

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatınd

Başa vurduğumuz həftə Azərbaycanın enerji statistikasına dair bir sıra yeni hesabatlar işıq üzü gördü (Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, AR Energetika nazirliyi). Qazla bağlı ötən yazımda kifayət qədər geniş məlumat verdiyimdən bu dəfə “qara qızıl”ımızla bağlı maraq kəsb edən məlumatları diqqətinizə çatdıracam. Amma ilk olaraq qlobal bazarlarda yaşananlardan başlayaq, çünki onun birbaşa Azərbaycanın neft gəlirlərinə təsirləri var.

Qlobal bazarlar

Həftəni Brent markalı neft qiymətlərin 3,3% azalması ilə başa vurdu. Bu da bazar iştirakçılarının gözlədikləri siyasi risklərin (o cümlədən Rusiyanın Ukraynaya qarşı daha dağıdıcı zərbələr endirməsinə dair proqnozlar özünü doğrultmadı) nisbətən azalması ilə əlaqədar idi. Belə ki, bir xeyli vaxt idi ki, Qərb mediası İran İslam Respublikasının İsrailə kütləvi raket hücumlarının məhz avqustun 13-nə keçən gecə baş tutacağına dair xəbərlər yayırdılar. Bu baxımdan da bazar ertəsi neftin 1 barelinin qiyməti London birjasında 82,4 dollara qədər bahalaşdı. Və növbəti gün deyilən “təlatüm”ün baş verməməsi səbəbindən qiymətlər 2% azaldı, avqustun 14-də isə 79,76 dollaradək ucuzlaşma davam etdi.

Cümə axşamı ABŞ-da neft ehtiyatlarının azalması ilə bağlı yeni statistik məlumatların dərci qiymətləri bir qədər bahalaşdırsa da, amma həftənin sonuncu hərracı Brent markalı neft üzrə 79,65 qiyməti ilə bağlandı.

Neft istehsalı

Dövlət Statistika Komitəsinin hesabatına görə, bu ilin yanvar-iyul aylarında Azərbaycanda 16 950,1 min ton xam neft (kondensat da daxil olmaqla) hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4% azalma deməkdir.

Əmtəəlik neft həcmləri isə (satılaraq kapitala çevrilə bilən həcmlər) bu dövrdə 16 913,8 min ton təşkil edib. Azalma 4,3% və ya həcmlərlə ifadə etsək 759,2 min ton edər. Heç də az həcm deyil, amma bir il əvvəlki azalma tempi ilə (7,7%) müqayisə etsək, artıq hasilatın stabilləşməsi yolunda atılan addımların özünü doğrultduğunu görürük. Bu yöndə ən mühüm addım isə 2024-cü ilin aprelində “Azəri-Çıraq-Günəşli” müqavilə üzrə yeni platformadan hasilatın başlanması oldu. BP şirkətinin açıqladığı məlumata görə, artıq həmin platformada fəaliyyət göstərən ilk istismar quyusundan gündə 8 min barel (təqribən 1100 ton) neft hasil edilir. İlin sonunadək daha iki istismar quyusu istifadəyə veriləcək və gündəlik hasilat həcmlərinin 24 min barelədək artımı proqnozlaşdırılır.

Bundan əlavə, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizinin Azərbaycan sektorunun dayazsulu hissəsində yerləşən “Günəşli" yatağında yeni hasilat quyusunun istismara verilməsi də gələcək aylarda ölkənin neft hasilatına müsbət təsir edən amil kimi çıxış edəcək.

Bu həftə SOCAR-ın yaydığı məlumatdan aydın olur ki, “Günəşli" yatağında mürəkkəb 341 saylı quyu yan lülə qazmasından sonra gündəlik 32 ton hasilatla işə düşüb. Quyuda baş verən mürəkkəbləşmələrə baxmayaraq, SOCAR əməkdaşlarının birgə səyləri nəticəsində uğurlu nəticə əldə edilib.

Qeyd edim ki, “Günəşli” yatağı Bakı şəhərindən 120 km şərqdə, “Neft Daşları” yatağından 12 km cənub-şərqdə yerləşir. Yataqda dənizin səviyyəsi 80-300 metr aralığında dəyişir. Yatağın uzunluğu 12,5 km, eni 4 km-dir.

Hazırda “Günəşli” yatağında, ümumilikdə, 370 quyu qazılıb ki, onlardan 279 quyu istismardadır. İşlənmənin əvvəlindən bu quyulardan 201,3 milyon ton neft (kondensatla birlikdə), 127 milyard kubmetrdən çox qaz hasil olunub.

Statistik məlumatları təhlil etdikdə görürük ki, iyul ayında Azərbaycanda 3 253,4 min ton maye karbohidrogen (neft və kondensat) hasil edilib. Məsələn, cari ilin ilk ayında hasil edilmiş həcmlər 2 462,8 min ton, bir il əvvəl isə, yəni 2023-cü ilin iyulunda isə 2 513 min ton olmuşdu. Yəni hasilatın aylıq göstəricilər üzrə artımına artıq nail olunub.  

Neft ixracı

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, cari ilin 7 ayının yekunlarına görə, Azərbaycan 22 ölkəyə 14 696,1 min ton xam neft ixrac edib. Avropada 14 ölkə cari ildə Azərbaycandan 10 722,1 min ton neft alıb. Azərbaycanın neft ixracında Avropa ölkələrinin xüsusi çəkisi 72,96% təşkil edib. Qeyd edim ki, Rusiya-Ukrayna müharibəsi başlamazdan öncə bu göstərici 56% ətrafında idi. Biz müşahidə edirik ki, son iki il yarımda Avropada Azərbaycanın enerjisinə (neftinə, neft məhsullarına və o cümlədən təbii qazına) maraq get-gedə artır.

Azərbaycan neftinin Latın Amerikasında alıcısı Uruqvay, Afrikada isə Tunis olub. Asiyanın 6 ölkəsi də Azərbaycandan neft idxal edib ki, bunların içərisində İsrail Azərbaycan neftinin alıcıları içərisində İtaliyadan sonra 1,83 milyon ton göstərici ilə ikinci yerdə qərarlaşıb. Azərbaycan nefti cari ildə həmçinin Mərkəzi Asiya ölkələrinə də ixrac edilməyə başlayıb. Neftimizin alıcısı qismində Özbəkistan çıxış edib. 

Tranzit neft nəqli

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda neft kəmərləri ilə 22 771 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 1,32% artım deməkdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, nəqletmənin 75,4%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 17 167 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,5% azdır.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,3%-i və ya 13 952,5 min tonunu Azərbaycanda hasil edilən neft, 18,7%-i və ya 3 214,5 min tonunu (10,5% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib. Qeyd edək ki, 2023-cü ildə BTC kəməri ilə 5 240,7 min ton tranzit nefti daşınmışdı.

Neft məhsullarının istehsalı

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı həm dəyər ifadəsində, həm də həcm etibarı ilə artıb.

Rəsmi statistikaya görə, Azərbaycanın emal müəsisələrində ümumi dəyəri 2 908 milyon manat olan neft məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% artım deməkdir.

Dövlət Statistika Komitəsi ölkədə mazut istehsalının 3,3 dəfə, ağ neft istehsalının 9,5%, neft bitumunun 7,6%, sürtgü yağları istehsalının 7,1%, avtomobil benzini istehsalının isə 0,5% artdığını bildirib. Neft məhsulları içərisində, hesabat dövründə yalnız neft koksu (15,3%) və dizel yanacağı istehsalı (1,3%) azalıb.

Neft məhsulları ixracı

Cari ilin yanvar-iyul aylarında Azərbaycan 230,3 milyon dollar dəyərində 332,3 min ton neft məhsulları ixrac etməyə müvəffəq olub.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir ki, Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 32,4%, həcmi isə 43,3% azalıb.

Neft məhsulları ixracının azalması dünya bazarlarında əsasən yanacaq qiymətlərinin aşağı düşməsi ilə izah edilir. Həcmlərin azalmasına təsir göstərən amil isə ölkə daxilində neft məhsullarına tələbatın artmasına bağlıdır.

Xatırladaq ki, ötən il Azərbaycan 572,2 milyon dollar dəyərində 925,2 min ton neft məhsulları ixrac etmişdi. Və o zaman Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin göstəricisi ilə müqayisədə 8,5%, həcmi isə 20% artmışdı.

Elektrik enerjisi

Cari ilin 7 ayının yekunlarına görə, Azərbaycanda 15 236,3 milyon kVtsaat elektrik enerjisi istehsal edilib. Bu məlumatı Dövlət Statistikası Komitəsi açıqlayıb. Amma AR Energetika nazirliyinin məlumatında isə qeyd edilir ki, yanvar-iyul aylarında ölkədə istehsal edilən elektrik enerjisinin həcmləri 16 269 milyon kVtsaat təşkil edib. 

Açıqlanan bu göstəricilər arasındakı fərq nə az, nə çox 1 032,7 milyon kVtsaatdır. Bəs bu açıqlanan göstəricilərdən hansına inanaq?

Məsələ burasındadır ki, hər iki qurum uçot üzrə doğru rəqəm açıqlayıb. Sadəcə Dövlət Statistika Komitəsi özünün hesabatında əsas fəaliyyəti elektrik enerjisinin istehsalı olmayan müəssisələri nəzərə almır. Məsələn, “Azərkimya” istehsal prosesində yaranan buxarı artıq əvvəlllər olduğu kimi havaya buraxmır, onu toplayır və buxar turbinlərindən keçirərək elektrik enerjisi istehsal edir və həmin enerjini özünün daxili tələbatına yönəldir.

Eləcə də BP şirkəti Səngəçal terminalında istifadə etdiyi elektriki “Azərişıq”dan almır, istehsal prosesi nəticəsində əmələ gələn qazları toplayaraq onu elektrik enerjisinə çevirir. Bu kimi obyektlərin əsas fəaliyyəti elektrik enerjisi istehsalı olmadığından, Statistika Komitəsinin hesabatında ölkə üzrə elektrik enerjisinin istehsal həcmləri artıq 7 ayda 1 milyard kVtsaatdan çox həcmdə fərqlənməyə başlayıb.    

Amma əsas məsələ odur ki, uçot düzgün aparılır. Və bu zaman görmək mümkündür ki, artıq 7 ayın nəticələrinə görə, ölkədə təbii qazın yandırılması hesabına istehsal edilən elektrik enerjisinin həcmləri azalır. Çünki sudan (SES) və günəşdən (GES) alınan elektrik enerjisinin həcmləri artır. Belə ki, SES-lərdə 1 867,3 milyon kVtsaat, GES-da isə 352 milyon kVtsaat elektrik enerjisi istehsal edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Evdəki bu temperatur sizi daha sürətli qocaldır

Evdəki bu temperatur sizi daha sürətli qocaldır

Vensdən: Dövlət yardımları terrorçuların cibinə gedir

Vensdən: Dövlət yardımları terrorçuların cibinə gedir

RƏSMİ: “Levandovski” “Barselona”dan ayrılır

RƏSMİ: “Levandovski” “Barselona”dan ayrılır

Yorğunluğu və baş ağrısını 40 saniyəyə aparan FORMUL

Yorğunluğu və baş ağrısını 40 saniyəyə aparan FORMUL

Faiq Sücəddinov: “Avroviziya mahnımızı dinləməmişəm, heç nədən xəbərim yoxdur” - ÖZƏL/AÇIQLAMA

Faiq Sücəddinov: “Avroviziya mahnımızı dinləməmişəm, heç nədən xəbərim yoxdur” - ÖZƏL/AÇIQLAMA

Trampdan xəbərdarlıq: İranı "çox ağır günlər" gözləyir

Trampdan xəbərdarlıq: İranı "çox ağır günlər" gözləyir

İsrail Livanı həm havadan, həm də artilleriyadan atəşə tutdu - Ölənlər var

İsrail Livanı həm havadan, həm də artilleriyadan atəşə tutdu - Ölənlər var

“Mançester Siti” İngiltərə Kubokunun qalibi oldu

“Mançester Siti” İngiltərə Kubokunun qalibi oldu

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

“Turan Tovuz” Berdıyevlə yeni müqavilə bağlayacaq

“Turan Tovuz” Berdıyevlə yeni müqavilə bağlayacaq

İranda ZƏLZƏLƏ oldu

İranda ZƏLZƏLƏ oldu

Balıq tutmağa getmişdi, yıxılıb öldü

Balıq tutmağa getmişdi, yıxılıb öldü

Nazilə gəlinini təriflədi

Nazilə gəlinini təriflədi

"Hantavirus"a qarşı peyvəndin olmamasının səbəbi AÇIQLANDI

"Hantavirus"a qarşı peyvəndin olmamasının səbəbi AÇIQLANDI

Azərbaycanın şəhərsalma modeli qlobal gündəmdə: WUF13 yeni inkişaf mərhələsinin əsasını qoyur - RƏY

Azərbaycanın şəhərsalma modeli qlobal gündəmdə: WUF13 yeni inkişaf mərhələsinin əsasını qoyur - RƏY

Roma Papası Fransaya səfər edəcək - son 20 ildə İLK

Roma Papası Fransaya səfər edəcək - son 20 ildə İLK

Bakı WUF13 forumuna hazırdır - VİDEO

Bakı WUF13 forumuna hazırdır - VİDEO

Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir

Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir

"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov

"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov

“COP29-dan sonra WUF13-ün də Azərbaycana həvalə edilməsi ölkəmizə yüksək inamın göstəricisidir”

“COP29-dan sonra WUF13-ün də Azərbaycana həvalə edilməsi ölkəmizə yüksək inamın göstəricisidir”

İstefa verən nazir Kir Starmerə rəqib oldu

İstefa verən nazir Kir Starmerə rəqib oldu

Bacısının vatsap yazışmalarıni izləmək istədi, başına iş gəldi - VİDEO

Bacısının vatsap yazışmalarıni izləmək istədi, başına iş gəldi - VİDEO

Fransada dünyanın ən yaşlı iti ölüb

Fransada dünyanın ən yaşlı iti ölüb

Ukraynada raket qıtlığı: Zelenski Makrondan kömək istədi

Ukraynada raket qıtlığı: Zelenski Makrondan kömək istədi

End of content

No more pages to load

RADİO