İngiltərə Bankının proqnozuna görə, Böyük Britaniya iqtisadiyyatı 2022-ci ilin I rübünə qədər COVID-19 pandemiyasından əvvəlki səviyyəyə qayıda bilməyəcək.
Bizim.Media "Reuters"ə istinadən məlumat verir ki, COVID-19 pandemiyası ilə bağlı olan məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılması III rübdə iqtisadi artıma təkan versə də, virusun yenidən yayılması bərpa prosesini uzadır və gələn il üçün tam bərpanı mümkünsüz edir.
Bankın proqnozlarına əsasən 2022-ci ilin I rübünədək Böyük Britaniyada ÜDM istehsalı 2019-cu ilin IV rübündə qeydə alınmış göstəriciyə çata bilməyəcək.
Bizim.Media