Elçin Əmirbəyov Sloveniya rəsmiləri ilə COP29-a hazırlıq məsələrini MÜZAKİRƏ EDİB

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Sloveniyaya işgüzar səfəri baş tutub.

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində Sloveniya Respublikasının prezidentinin beynəlxalq münasibətlər üzrə müşaviri Zlatko Şabiç, Sloveniya Respublikasının Baş nazirinin Ofisində Beynəlxalq məsələlər üzrə dövlət katibi Voyko Volk, Milli Assambleyanın vitse-prezidenti Daniyel Krivets, Xarici və Avropa İşləri üzrə Nazirliyində siyasi məsələlər üzrə Baş direktor Mateya Norçiç Stamtsar ilə görüşlər keçirilib.

Görüşlər zamanı qarşı tərəf fevralın 7-də Azərbaycan Respublikasında keçirilmiş seçkilərdə qələbə münasibətilə Prezident İlham Əliyevə bir daha təbriklərini çatdırıb.
Azərbaycan və Sloveniya arasında mövcud ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub. 2026-cı ildə ölkələrimiz arasında diplomatik əlaqələrin otuz illik yubileyinin qeyd olunacağına toxunularaq, iki ölkə arasında iqtisadi, enerji sahələri daxil olmaqla bir sıra potensial sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinin, siyasi dialoqun gücləndirilməsinin, qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətinə toxunulub. Bu xüsusda, cari ilin mart ayında Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak məqsədilə Sloveniyanın ətraf mühit, iqlim və energetika nazirinin ölkəmizə səfəri məmnunluqla xatırlanıb.

Mövcud əməkdaşlığın parlament ölçüsünə toxunularaq, hər iki parlamentdə mövcud dostluq qrupları arasında təmasların fəallaşdırılmasının və qarşılıqlı səfərlərin həyata keçirilməsinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə verəcəyi qeyd olunub. Eyni zamanda çoxtərəfli beynəlxalq parlament platformaları çərçivəsində qarşılıqlı dəstəyin nümayiş olunmasının əhəmiyyətinə toxunulub.

BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi və səlahiyyətlərinin icrasına başlaması münasibətilə Sloveniya tərəfinə təbriklər çatdırılaraq, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.

Görüşlər əsnasında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), ölkəmiz ilə Avropa İttifaqı arasında əlaqələr, regional və beynəlxalq gündəlikdə duran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sloveniya tərəfi COP29-a ev sahibliyi etməsi münasibətilə Azərbaycan tərəfinə təbriklərini çatdıraraq, hazırda dünyada müşahidə edilən dəyişikliklər səbəbindən iqlim üzrə konfransın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və Azərbaycan tərəfi ilə COP29-a hazırlıq istiqamətində sıx əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. Səfər çərçivəsində sözügedən tədbir ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən Sloveniya Respublikasını Prezidentinə ünvanlanmış dəvət məktubu qarşı tərəfə çatdırılıb.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Sloveniya tərəfini Azərbaycanla Ermənistan arasında normallaşma və sülh prosesi üzrə aparılan danışıqların inkişafı və mövcud vəziyyət, sülh prosesinin irəlilədilməsi istiqamətində ölkəmizin səyləri barədə ətraflı məlumatlandırıb. Regionda davamlı sülhün və sabitliyin bərqərar olunması üçün tarixi imkanın yarandığı qeyd olunaraq, Ermənistanın sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməli olduğu vurğulanıb. Eyni zamanda Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, bölgədə militarizmin təşviqi, 5 aprel 2024-cü il tarixli üçtərəfli Brüssel görüşü, Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi regionda ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına səbəb ola biləcək xarici təxribatçı, qeyri-şəffaf, qeyri-inklüziv təşəbbüslər və addımların qəbuledilməzliyi vurğulanıb və regionda davamlı sülhün nail olunmasına heç bir töhfə vermədiyi bildirilib.

Keçirilmiş görüşlər əsnasında həmçinin xalqlarımız arasında xüsusi bir bağ rolu oynayan və dostluq rəmzi olan Mehdi Hüseynzadənin “Mixaylo” irsinə toxunulub, qəhrəmanın xatirəsinə göstərilən böyük hörmətə, doğma və xoş münasibətə, habelə illik əsasda təşkil olunan tədbirlərdə dövlət səviyyəsində nümayiş olunan ehtirama görə Sloveniya tərəfinə dərin təşəkkür ifadə olunub.
Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi E.Əmirbəyov Sloveniya televiziya məkanınn aparıcı kanalı olan RTVSLO-da (TV Slovenija 1) yayımlan “Dnevik” xəbər verilişinə, eyni zamanda Sloveniya media bazarının ən nüfuzlu şirkətlərindən biri olna “Delo” nəşrinə müsahibə verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

40 yaşdan sonra bu sabundan istifadə edin

40 yaşdan sonra bu sabundan istifadə edin

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

End of content

No more pages to load

RADİO