Regionu birləşdirəcək LAYİHƏ – Azərbaycan Cənubi Qafqazın mərkəzinə ÇEVRİLİR

İranın Rusiyadakı səfiri Kazım Calali iki gün əvvəlki açıqlamasında, yenidən Azərbaycan, İran və Rusiya birgə elektrik sistemlərinin birləşdirilməsi məsələsinə toxunub. Ölkələr arasında bununla bağlı müzakirələrin davam etdiyini söyləyən səfir bildirib ki, elektrik sistemlərinin birləşdirilməsi nəticəsində elektrik mübadiləsinə imkan yaranacaq: 

“Onlar bir-birlərinin elektrik potensialından pik vaxtlarda istifadə edə biləcəklər. Hazırda İran və Rusiya neft, qaz və elektrik enerjisi sahəsində münasibətləri inkişaf etdirməkdədirlər. Bu münasibətlər hər iki ölkənin ehtiyaclarını təmin edə biləcək”.
 

MÖVZU İLƏ BAĞLI:

Ölkəmizdə qiymətli kağızlara maraq NİYƏ AZDIR?


Kiçik bir xatırlatma

Xatırladaq ki, ötən ilin ortalarında Rusiyanın energetika naziri Nikolay Şulqinov Şərq İqtisadi Forumu (EEF 2023) çərçivəsində Rusiyanın Azərbaycan ərazisindən Ermənistana elektrik enerjisi nəql etmək istədiyini bildirmişdi. 

Nazir həmçinin Azərbaycan ərazisindən Ermənistana, oradan İrana və ola bilsin ki, digər ölkələrə elektrik enerjisi nəql etmək imkanının sadəcə nəzərdən keçirildiyini və söhbətin 300 meqavatt həcmində enerji tədarükündən getdiyini vurğulamışdı.

Sentyabr ayında isə Azərbaycanın Energetika Nazirliyinin yaydığı açıqlamada, Ermənistanın Azərbaycan, Rusiya və İranın elektrik şəbəkələrinin əlaqələndirilməsi layihəsinin bir hissəsi olmadığını, eləcə də onun layihədə iştirakının heç vaxt müzakirə predmeti olmadığını diqqətə çatdırılıb. 

Açıqlamada qeyd olunub ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası və İran İslam Respublikasının enerji sistemlərinin əlaqələndirilməsi layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın texniki və iqtisadi hissələri İran İslam Respublikasının “Monenco” şirkəti tərəfindən artıq hazırlanıb.

Vurğulanıb ki, avqustun 21-də hər üç ölkənin texniki heyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən əsaslandırmanın texniki hissəsinin müzakirəsində, iqtisadi hissəsinin dəyərləndirilməsinə başlanılması planlaşdırılıb və Ermənistan bu prosesin tərkib hissəsi deyil və sözügedən məsələ heç bir zaman müzakirə mövzusu olmayıb.

Yenə Ermənistan gündəmə gətirilir

Cari ilin fevral ayının 13-də Rusiyanın İrandakı səfiri Aleksey Dedov mövzunu yenidən gündəmə gətirməyə çalışdı. Dörd ölkə arasında enerji körpüsünün yaradılması layihəsinin olduğunu söyləyən A.Dedov, bunun da elektrik enerjisinin pik yüklənmə dövrlərində nəqlini nəzərdə tutduğunu bildirdi. 

Hazırda Moskva və Tehran arasında bu məsələ ilə bağlı danışıqların aparıldığını deyən diplomat qeyd edib ki, layihə dörd ölkə arasında elektrik enerjisinin mübadiləsini və ötürülməsini nəzərdə tutur.

Bəs bu məsələnin dəfələrlə gündəmə gətirilməsi nə ilə bağlıdır? 

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirdi ki, burada söhbət yüksək gərginlikli magistral xətlərin birləşdirilməsindən gedir:

“Digər məsələ isə odur ki, ölkələr arasında enerji mübadiləsi və qarşılıqlı ticarət həyata keçirilsin. Azərbaycanla İran arasındakı elektrik enerjisi sistemlərinin çoxu yenilənib, yeniləri də çəkilib. Hazırda Astara, İmişli-Parsabad və Naxçıvan olmaqla, üç istiqamətdə magistral xətt mövcuddur, dördüncüsü isə Xudafərin istiqamətində, Araz çayı üzərindəki yeni SES-lər tikilib başa çatdırılandan sonra istifadəyə veriləcək”. 

Əsas problem Rusiya ilə bağlıdır

İki ölkə arasındakı texniki məsələlərin çoxdan realizə olunduğunu deyən ekspertin sözlərinə görə, hazırda genişləndirilmə prosesi davam edir: 

“Bununla belə, əsas problemin Rusiya ilə Azərbaycan arasındakı Dərbənd-Yaşma yüksək gərginlikli magistral xətti ilə bağlıdır. Ona görə ki, bu xəttin tranzit imkanları çox məhduddur. Əgər Rusiya bizdən elektrik enerjisi istəyirsə, o zaman yeni magistral xətt tikilməlidir ki, hər iki tərəf bir-birinə qarşılıqlı elektrik enerjisi nəql etsinlər. 

Rəsmi Bakı da bundan istifadə edərək, cənub bölgəmizə elektrik enerjisini çatdırsın, ordan da İrana ötürsün. Bu gün Azərbaycan tranzit ölkəsi kimi bütün istiqamətlərdə öz enerji infrastrukturunu qurub və bu istiqamətdəki siyasətini uğurla davam etdirir”. 

Müsahibimizin sözlərinə görə, artıq Rusiya bu məsələdə elə də maraqlı deyil:

“Hətta İranın bu məsələdəki siyasəti və maraqları belə, Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir. Ancaq reallıq odur ki, Azərbaycan bununla bağlı heç bir problem yaşamır və açıq şəkildə bəyan edir ki, “kim istəyirsə, gəlib qoşula bilər”, qoşulmaq istəməyənlər isə istəyənlərə mane olmasınlar. Çünki Azərbaycanın kiminsə enerji resurslarına ehtiyacı yoxdur”. 

Bəs nəyə görə Ermənistanın bu layihəyə qoşulmasına bu qədər maraq göstərilir?

İlham Şabanın fikrincə bu, siyasi məqsəd daşıyır:

“Bunun iqtisadi və ya kommersiya maraqlarına heç bir aidiyyatı yoxdur. Çünki nə Gürcüstanla Ermənistan arasında, nə də Ermənistanla İran arasında bu qədər elektrik enerjisini qəbul edəcək infrastruktur mövcuddur.  

Buna görə də yeni xətlər inşa olunmalıdır. Buna isə hansı ölkənin vəsait yatıracağı bəlli deyil. Çünki nə İranın, nə Gürcüstanın, nə də Ermənistanın elə də böyük gücü yoxdur. Bu baxımdan mən bunu siyasi manevr və ya özləri üçün əldə etməyə çalışdıqları dividend kimi dəyərləndirirəm”.  

Rövşən Ziya, Bizim.Media


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

End of content

No more pages to load

RADİO