Assosiasiya sədrindən XƏBƏRDARLIQ: “Toyuq əti bahalaşa bilər”

“Son illər toyuq ətinə tələbat artıb. Hazırda ölkə üzrə ildə 310-320 min ton ət istehlak edilir ki, bunun da 170 min tonu toyuq ətidir. Halbuki, əvvəllər illik toyuq əti istehlakı cəmi 140 min ton idi”.

Bunu Bizim.Media-ya quşçuluq sahəsindəki vəziyyəti şərh edən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Broyler toyuqları tez kəsib, kənd çolpası adı ilə SATIRLAR” – SENSASİON İDDİA


O bildirib ki, tələbat hər gün artır:

“Artan tələbatı qarşılayacaq təklif də gərək olsun. Bunun üçünsə istehsal sahələri genişləndirilməlidir. İstehsal sahələrinin genişləndirilməsi üçünsə torpaq sahələri lazımdır. Quşçuluq sənayesinin inkişafı üçün biz öz təkliflərimizi hökümətə təqdim etmişik. Təkliflərimiz ondan ibarətdir ki, yeni istehsal sahələrinin inşası üçün torpaq sahəsi ayrılsın. 

Məsələn, bir çox quşçuluq komplekslərinin istifadəsində kənd təsərrüfatı təyinatlı xeyli torpaq sahələri var. Biz də həmin torpaq sahələrində məhz kənd təsərrüfatı təyinatlı müəssisələrin tikilməsini istəyirik. Çox təəssüf ki, bu istəyimizi reallaşdırmaq üçün müraciətlərimizin cavabı bəzən bir neçə ilə qədər ləngiyir. Bu qədər zaman fasiləsi də həmin quşçuluq müəssisəsinin işində böyük problemlər yaradır. 

Yəni biz yeni torpaq sahəsi istəmirik. Şirkətlərin istifadəsində və yaxud mülkiyyətində olan torpaqlarda yeni istehsal sahələri inşa etmək istəyirik. Amma bu proses çox uzun və ağrılı keçir. Hökümətin müdaxiləsi olsa, bu məsələ öz həllini ən qısa zamanda tapa bilər”.

Sədr onu da qeyd edib ki, toyuq əti və yumurta istehsalında bioloji fasilə lazımdır:

“Beləki, kəsilmiş toyuqların yerini doldurmaq üçün ən azı 21 gün bioloji fasilə tələb olunur. Bu bioloji fasilə dövründə isə digər istehsal sahəsində becərmə təşkil edilməlidir ki, istehlakçıların tələbatı lazımınca ödənilsin, məhsul qıtlığı yaranmasın. Çünki istənilən qıtlıq bahalaşma yaradır. 

Ona görə də biz hökümətdən kömək gözləyirik ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda, əkinə-biçinə və hətta örüşə yararlı olmayan yerlərdə yeni istehsal sahələrinin yaradılması prodseduru sadələşdirilsin. Bunun hesabına da yeni istehsal sahələri yaradaq. Bu da həm ölkəmizin toyuq ətinə və yumurtaya olan ehtiyacını gələcəkdə ən yaxşı şəkildə ödəməyə imkan yaradar, həm də ixracımızı artırar. 

Bunun hesaba da ölkəmizə böyük ölçüdə valyuta gələr. Tək bir faktı deyim ki, bu ilin arxada qalan 2 ayında 40 milyon ədəd yumurta ixrac olunub. Halbuki, 2023-cü ildə cəmi 40 milyon ədəd yumurta ixrac edilib. Bundan başqa 3 milyondan artıq damazlıq yumurta ixrac etmişik. Yəni ixrac imkanlarımız artır. Artan imkanları qarşılamaq üçünsə istehsalı genişləndirməliyik. 

“Bir xəstəlik bir neçə min toyuğun tələf olmasına səbəb olur”

Mürvət Həsənli hazırkı hədəfin gündəlik yumurta istehsalını 8-10 milyon ədədə, toyuq əti istehsalını isə ayda 15-16 min tona, ildə isə 200 mini tona çatdırmaqdır:

“Nəzərə alaq ki, quşlar yoluxucu xəstəliklərə qarşı çox həssasdırlar. Bir sexə düşən xəstəlik neçə min toyuğun ölümünə səbəb olur. Həm də buna görə istehsal sahələri genişləndirilməlidir ki, toyuqlar xəstəlikdən sığortalansın. 

Yer çatışmazlığı səbəbindən bəzən bir günlük cücəni 700 günlük toyuqla eyni  sahədə bəsləmək məcburiyyətində qalırıq. Bu da çox risklidir.

Çünki 700 günlük toyuq ən azı 10-15 vaksin almış olur. Amma 1 günlük cücə vaksin almayıb. Ona görə də cücələrdə lazımı immunitet yaratmaq çox çətin olur. Problemin də biri budur. Ona görə də bizə kömək edilməlidir ki, istehsal sahələrini genişləndirək, istehsalı artıraq”.

Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə silahlı insident - İki polis öldürüldü - FOTO

Türkiyədə silahlı insident - İki polis öldürüldü - FOTO

WUF13-ün ilk günündən yadda qalanlar - FOTOREPORTAJ

WUF13-ün ilk günündən yadda qalanlar - FOTOREPORTAJ

İrandan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR

İrandan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR

Yollarda görünüş məhdudlaşacaq

Yollarda görünüş məhdudlaşacaq

İlham Əliyev Aleksandar Vuçiçlə görüşdü - FOTO

İlham Əliyev Aleksandar Vuçiçlə görüşdü - FOTO

Braziliya səfiri: Azərbaycanın təcrübələrini öyrənəcəyik

Braziliya səfiri: Azərbaycanın təcrübələrini öyrənəcəyik

WUF13-də bayraqqaldırma mərasimindən FOTOLAR

WUF13-də bayraqqaldırma mərasimindən FOTOLAR

İlham Əliyev BƏƏ nazirini qəbul etdi - FOTO

İlham Əliyev BƏƏ nazirini qəbul etdi - FOTO

WUF13-ün Media Mərkəzi belə çalışır - FOTO

WUF13-ün Media Mərkəzi belə çalışır - FOTO

BƏƏ-də AES-ə zərbə endirildi

BƏƏ-də AES-ə zərbə endirildi

“Şəhərləşmənin yaratdığı çağırışlara hazır olmalıyıq” – VİDEO

“Şəhərləşmənin yaratdığı çağırışlara hazır olmalıyıq” – VİDEO

Liviyanın Prezident Şurasının Sədri Azərbaycana gəldi - FOTO

Liviyanın Prezident Şurasının Sədri Azərbaycana gəldi - FOTO

Fərhad Hacıyev: Azərbaycan postmünaqişə dövründə 9 şəhəri yenidən qurur - VİDEO

Fərhad Hacıyev: Azərbaycan postmünaqişə dövründə 9 şəhəri yenidən qurur - VİDEO

“Qalatasaray” İkardi ilə bağlı qərar verdi

“Qalatasaray” İkardi ilə bağlı qərar verdi

“Şəhərlərin inkişafında qadın hüquqlarının təmin edilməsi vacibdir” - VİDEO

“Şəhərlərin inkişafında qadın hüquqlarının təmin edilməsi vacibdir” - VİDEO

Azərbaycanla münasibətlərin inkişafı ilə bağlı Litva rəsmisindən AÇIQLAMA – VİDEO

Azərbaycanla münasibətlərin inkişafı ilə bağlı Litva rəsmisindən AÇIQLAMA – VİDEO

“Bakı yeni yanaşmaların öyrənilməsi üçün mühüm fürsət yaradır” - VİDEO

“Bakı yeni yanaşmaların öyrənilməsi üçün mühüm fürsət yaradır” - VİDEO

Bolqarıstan Prezidenti Azərbaycana GƏLDİ - FOTO

Bolqarıstan Prezidenti Azərbaycana GƏLDİ - FOTO

Baş katib: “Ümid edirəm ki, dünya miqyasında ortaq nəticəyə nail olacağıq” – VİDEO

Baş katib: “Ümid edirəm ki, dünya miqyasında ortaq nəticəyə nail olacağıq” – VİDEO

Bəhreyn naziri: “WUF13-də çıxış etmək mənim üçün çox xoşdur” - VİDEO

Bəhreyn naziri: “WUF13-də çıxış etmək mənim üçün çox xoşdur” - VİDEO

Bakıda WUF13 çərçivəsində rəsmi bayraq qaldırma mərasimi - VİDEO

Bakıda WUF13 çərçivəsində rəsmi bayraq qaldırma mərasimi - VİDEO

"Maestro" Ceyhun serialdan ilhamlanıb ox atdı - VİDEO

"Maestro" Ceyhun serialdan ilhamlanıb ox atdı - VİDEO

“Urbanizasiya dövründə WUF13 kimi tədbirlərin keçirilməsi çox vacibdir” - VİDEO

“Urbanizasiya dövründə WUF13 kimi tədbirlərin keçirilməsi çox vacibdir” - VİDEO

Bu futbolçu da “Sabah”dan ayrılacaq

Bu futbolçu da “Sabah”dan ayrılacaq

End of content

No more pages to load

RADİO