Hansı bankın avtomobil krediti şərtləri daha SƏRFƏLİDİR? – ARAŞDIRMA 

Son dövrlərdə ölkə əhalisi arasında bankların təqdim etdiyi avtomobil kreditləri ilə bağlı yaranmış fikirlər birmənalı deyil. Əksəriyyət bankların təklif etdiyi şərtlər arasında ciddi fərqlərin olduğunu deyir.

Əslində vəziyyət necədir?

Bizim.Media
-nın mövzu ilə bağlı araşdırmasını təqdim edirik:

Kapital Bank

Bu bankın müştərilərə avtomobil sahibi olmaq üçün təklif etdiyi kreditin məbləği 5000 manatdan 100 000 manata qədərdir. İlkin ödəniş məbləğdən asılı olaraq 10 faizdən, illik faiz dərəcəsi isə 9 faizdən başlayır. 

Qeyd edək ki, təklif olunan vəsait istehsal tarixi üç ildən çox olmayan avtomobillər üçün keçərlidir. Bank tərəfindən müştərilərə qoyulan əsas şərt odur ki, borcalanın qeydiyyatı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda olmalıdır. 

Azərbaycan Beynəlxalq Bankı

Öz müştərilərinə təqdim etdiyi kreditin maksimum məbləği 200 000 manatdır. İllik faiz dərəcəsi nəqliyyat vasitəsinin növündən asılı olaraq dəyişir. Belə ki, elektrikli avtomobillərə - 10%, hibridlərə - 11%, digərlərinə isə - 12%-dir.

İlkin ödənişi də növdən asılı olaraq dəyişir, yəni 10%-dən başlayır. Belə ki, istehsal tarixi 3 il və ya daha az olan elektrik mühərrikli avtomobillər üzrə 10 faiz, 1 il və ya daha az olan hibrid mühərrikli avtomobillər üzrə 20 faiz, 1-3 il aralığında olan hibridlər üzrə 40 faiz təşkil edir. 

Ənənəvi yanacaq növləri ilə çalışan avtomobillər üzrə isə ilkin ödəniş - istehsal tarixi 1 il və ya daha az olan nəqliyyat vasitələri üzrə 40 faiz, istehsal tarixi 1-3 il aralığında olan nəqliyyat vasitələri üzrə 50 faizdir. 

Bank of Baku

Kreditin minimum məbləği 500 manat, maksimum məbləği isə 50 000 manatdır. İllik faiz dərəcəsi minimum 16 faizdən başlayır. Ödəmə müddəti 6-36 ay arasında dəyişir. İlkin ödənişə gəldikdə isə avtomobilin dəyəri 30 000 manatdan çox olduqda minimum 40%, dəyəri 30 000 manatdan çox olmadıqda minimum 50% həcmində təyin olunur. Üstəlik 1 faizlik (min. 15 manat) komissiya haqqı tutulur.

Bank Respublika

Kreditin maksimum məbləği 100 000 manat, ödənişin maksimum müddəti də 36 aydır. İlkin ödənişi 40 faizdən başlayır. İllik faiz dərəcəsi 18-24 faiz arasında dəyişir. 1 faizlik komissiya haqqı tutulur və istehsal tarixindən 1 ildən çox müddət keçən avtomobillər üçün girov tələb olunur. 

BTB Bank

Bankın təqdim etdiyi avtomobil kreditinin maksimum məbləği 200 000 manata qədərdir. Kredit 48 ay ərzində geri qaytarılmalıdır. 

İllik faiz dərəcəsi 3-12 ay üçün minimum 16%, 13-24 ay üçün 17%, 25-36 aylar arasında 18%, 37-48 ay arasında isə 20% təşkil edir. Komissiya haqqı 1 faizdir.

Xalq Bank

Avtomobil sahibi olmaq istəyən müştərilərinə 150 000 manata qədər kredit təklif edir. Ödəmə müddəti 60 aya qədərdir. İllik dərəcəsi 10 faizdən, ilkin ödənişi isə 20 faizdən başlayır. Kretditləşmə zamanı 0.2 faizlik (min. 20 AZN) komissiya haqqı tutulur.

Yapı Kredi Bank – Azərbaycan

Öz müştərilləri üçün 3000 manatdan başlayan avtomobil krediti təklifi edir. İllik dərəcəsi 12-13 faiz, ödəmənin müddəti isə 12 aydan 59 aya qədərdir. Ancaq kredit müqabilində müştəridən daşınan və daşınmaz əmlak, eləcə də müddətli və müddətsiz əmanətlər girov kimi tələb olunur. Dövlət işçilərindən, müəllimlərdən, xarici və yerli neft, rabitə, telekomunikasiya, İT və s. şirkətlərində işləyən şəxslərdən və bank işçilərindən zamin tələb olunmur. 

Ziraət Bank

Krediti yalnız yeni ənənəvi avtomobillər üçün təklif edir və müştəriyə 24 aya qədər ödəmə imkanı tanıyır. Kreditin məbləği, avtomobilin istehsal tarixindən keçən müddət 1 ildən az (0-12 ay) olduğu halda dəyərinin 60%-nə qədər, 1 ildən 3 ilə qədər (13-36) olduğu halda dəyərinin 50 %-nə qədər təşkil edir. İllik dərəcəsi minimum 18,04 faiz, maksimum 19,04 faizdir. 

Elektrikli və hibrid mühərrikli avtomobillər üçün fərqli kredit şərtləri təqdim edir. Müştəri elektrik mühərrikli avtomobillərdə 48 aya qədər, hibrid mühərrikli avtomobillərdə 36 aya qədər ödəmə imkanı əldə edir.

İlkin ödənişin məbləği elektrik mühərrikli avtomobilin istehsal tarixindən keçən müddət 3 ildən az (0-36 ay) olduğu halda avtomobilin dəyərinin 90 faizinə qədər təşkil edir. Hibrid mühərrikli avtomobillərdə isə kreditin məbləği avtomobilin istehsal tarixindən keçən müddət 1 ildən az (0-12 ay) olduğu halda dəyərinin 80%-nə qədər, 1 ildən 3 ilə qədər (13-36) olduğu halda isə dəyərinin 60%-nə qədər təşkil edir.

İllik dərəcəsi elektrikli avtomobillər üzrə minimum 14,96 faiz, maksimum 16,72 faiz, hibrid avtomobillər üzrə minimum 16,44 faiz, maksimum isə 18,73 faizdir.

İlkin ödəniş elektirik mühərrikli avtomobillərdə 10 faizdən, hibrid mühərrikli avtomobillərdə isə 20 faizdən başlayaraq tələb olunur.

AFB Bank

Müştərilərinə 10 000 -100 000 manat arasında avtomobil krediti təklif edir. İllik dərəcəsi 14 faizdən başlayır. Ödəniş müddəti isə 3-60 ay arasında dəyişir. Kreditləşmə zamanı 1 faizlik komissiya haqqı tələb olunur. 

Elektrik mühərrikli avtomobillər üzrə ilkin ödənişi iki qaydada tərtib olunur. Belə ki, istehsal tarixi 3 il və az olduqda 20 faiz, istehsal tarixi 3 ildən çox olduqda isə 40 faiz ilkin ödəniş tələb edilir. 

Hibrid avtomobillər üzrə şərtlər aşağıdakı kimidir:

İstehsal tarixi 1 il və az olduqda 30 faiz, istehsal tarixi 1-3 il olduqda 40 faiz, istehsal tarixi 3 ildən çox olduqda isə 50 faiz təşkil edəcək.

Daxili yanma mühərrikli avtomobillər üzrə faizlər isə daha yüksək olacaq:

İstehsal tarixi 1 il və daha az olduqda 40 faiz, istehsal tarixi 1-3 il olduqda 50 faiz, istehsal tarixi 3 ildən çox olduqda isə 60 faizdir. 

Bank Avrasiya

Təqdim etdiyi etdiyi kreditin məbləği 10 000 – 100 000 manat arasında, illik dərəcəsi də 10-12 faiz arasında dəyişir. Ödənişin müddəti isə 59 aya qədərdir. Kreditləşmə zamanı 0.3-0.5 faizlik komissiya haqqı tələb olunur.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Eurovision”da qalib gələn Daraya rusiyalı müğənninin komandası kömək edib - VİDEO

“Eurovision”da qalib gələn Daraya rusiyalı müğənninin komandası kömək edib - VİDEO

Fransada İlon Mask və “X” platforması ilə bağlı cinayət araşdırması başladı - FOTO

Fransada İlon Mask və “X” platforması ilə bağlı cinayət araşdırması başladı - FOTO

Pyatiqorskda yanacaqdoldurma məntəqəsində partlayış: 6 yaralı var - VİDEO

Pyatiqorskda yanacaqdoldurma məntəqəsində partlayış: 6 yaralı var - VİDEO

WUF13-ün birinci günü nələrlə yadda qaldı? - VİDEOBAĞLANTI

WUF13-ün birinci günü nələrlə yadda qaldı? - VİDEOBAĞLANTI

Türkiyədə rusiyalı turist saxlanıldı

Türkiyədə rusiyalı turist saxlanıldı

Röya Ayxan illər sonra keçmiş həyat yoldaşı ilə birgə GÖRÜNTÜLƏNDİ - VİDEO

Röya Ayxan illər sonra keçmiş həyat yoldaşı ilə birgə GÖRÜNTÜLƏNDİ - VİDEO

Britaniyada müəllimə şagirdlərin gözü qarşısında VƏFAT ETDİ

Britaniyada müəllimə şagirdlərin gözü qarşısında VƏFAT ETDİ

Bəzi yerlərdə intensiv yağış yağır – FAKTİKİ HAVA

Bəzi yerlərdə intensiv yağış yağır – FAKTİKİ HAVA

Vuçiç: Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir

Vuçiç: Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir

Şahmatçılarımız türkdilli ölkələrin çempionatını 3 medalla başa vurdu - FOTO

Şahmatçılarımız türkdilli ölkələrin çempionatını 3 medalla başa vurdu - FOTO

Ukrayna Baş nazirinin müavini Azərbaycandadır

Ukrayna Baş nazirinin müavini Azərbaycandadır

Evarest Somo: “Azərbaycan çox gözəl ölkədir” – VİDEO

Evarest Somo: “Azərbaycan çox gözəl ölkədir” – VİDEO

Mavriki Prezidenti Azərbaycana gəldi - FOTO

Mavriki Prezidenti Azərbaycana gəldi - FOTO

Aqil Xəlilov işdən çıxarıldı

Aqil Xəlilov işdən çıxarıldı

Türkiyədə silahlı insident - İki polis öldürüldü - FOTO

Türkiyədə silahlı insident - İki polis öldürüldü - FOTO

WUF13-ün ilk günündən - FOTOREPORTAJ

WUF13-ün ilk günündən - FOTOREPORTAJ

İrandan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR

İrandan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR

Yollarda görünüş məhdudlaşacaq

Yollarda görünüş məhdudlaşacaq

İlham Əliyev Aleksandar Vuçiçlə görüşdü - FOTO

İlham Əliyev Aleksandar Vuçiçlə görüşdü - FOTO

Braziliya səfiri: Azərbaycanın təcrübələrini öyrənəcəyik

Braziliya səfiri: Azərbaycanın təcrübələrini öyrənəcəyik

WUF13-də bayraqqaldırma mərasimindən FOTOLAR

WUF13-də bayraqqaldırma mərasimindən FOTOLAR

İlham Əliyev BƏƏ nazirini qəbul etdi - FOTO/VİDEO

İlham Əliyev BƏƏ nazirini qəbul etdi - FOTO/VİDEO

WUF13-ün Media Mərkəzi belə çalışır - FOTO

WUF13-ün Media Mərkəzi belə çalışır - FOTO

BƏƏ-də AES-ə zərbə endirildi

BƏƏ-də AES-ə zərbə endirildi

End of content

No more pages to load

RADİO