Dünya Bankı "Cənub Qaz Dəhlizi" QSC-yə 108,4 mln. dollar ayırdı

Bu gün Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD, Dünya Bankı qrupunun üzvü) Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin tikintisi üçün "Cənub Qaz Dəhlizi" QSC-yə 108,4 mln. ABŞ dolları məbləğində ilk maliyyə tranşı ayrılıb.

"Report" xəbər verir ki, bu vəsait Dünya Bankı (WB) Direktorlar Şurasının 2016-cı il 20 dekabr tarixli qərarına əsasən, IBRD tərəfindən kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" QSC-yə 30 il müddətinə 400 mln. dollar həcmində ayrılması nəzərdə tutulan kredit xəttinin bir hissəsidir.
Layihələrin icrası üçün kreditin verilməsi üzrə IBRD tərəfindən qəbul edilmiş qərar, habelə onun layihələr üzrə apardığı təhlil tədbirlərin nəticələri Dünya Bankı qrupuna daxil olan Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA) tərəfindən borclanmaya onun Direktorlar Şurası tərəfindən müsbət qərarın verilməsi, o cümlədən Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) tərəfindən də borclanmaya razılığın verilməsi üçün əsas olub.

Bununla yanaşı, AIIB-in Direktorlar Şurasının 2016-cı il 21 dekabr tarixli qərarına əsasən, kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" QSC-yə 30 il müddətinə 600 mln. dollar həcmində ayırdığı kredit xətti üzrə 162,6 mln. dollar məbləğində maliyyə tranşının da fevralın 27-də icrası nəzərdə tutulur.
Qeyd edək ki, ötən gün Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin IIItoplantısı keçirilib. Toplantı çərçivəsində dörd plenar sessiya keçirilib, Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar iştirakçıların diqqətinə çatdırılıb, habelə "Dəyişən qlobal enerji paradiqması fonunda Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsi" sessiyası çərçivəsində bir sıra beynəlxalq maliyyə institutları ilə görüşlər keçirilib, müzakirələr aparılıb. Yekun olaraq, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyannamə imzalanıb.

Xatırladaq ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası ötən il fevralın 29-da keçirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 2 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Hikmət Hacıyev: “Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır”

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Səhvən sağ ayaq əvəzinə sol ayağını kəsdilər

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Qeyri-sabit hava ilə bağlı ƏHALİYƏ ÇAĞIRIŞ

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

Rusiyada mobil telefon dövrü bitdi: Masaüstü telefon almağa başladılar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

YAP-ın qurultayına belə gəldilər - Fotolar

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Rusiyadan xaricə pul köçürmələrinə MƏHDUDİYYƏT – Soydaşlarımızı nə gözləyir?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?

Güllü Muradovaya vəzifə verildi – FOTO

Güllü Muradovaya vəzifə verildi – FOTO

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

“13 noyabr 2026-cı il qiyamət günü olacaq” - 66 il əvvəlki hesablama yenidən gündəmdə

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

ABŞ 10 min hərbçisini Yaxın Şərqə göndərir

Uzatma kabelləri tarixə qovuşur

Uzatma kabelləri tarixə qovuşur

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

End of content

No more pages to load

RADİO