Layihə də, şirkət də EYNİ... – Ağstafa İcra Hakimiyyətinin 200 minlik ŞÜBHƏLİ TENDERİ – FOTO 

Ağstafa Rayon İcra Hakimiyyətinin mayın 17-də “Ağstafa rayonunda abadlıq işlərinin satınalınması” üçün elan etdiyi tenderin nəticələri və qalibi açıqlanıb.

Bizim.Media xəbər verir ki, maliyyə dəyəri 195 880 manat olan tenderin qalibi “Topxana Layihə İnşaat” MMC (VÖEN - 2000157981) olub.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə əsasən şirkət Ağstafa rayonu ərazisində təmir və bərpa işlərini həyata keçirəcək. Bu işlər sırasına 410 metr sahədə beton-bort daşlarının quraşdırılması, 14,1 kubmetr sahədə qum-çınqıl qatışığından ibarət əsasların döşənək və hamarlayıcı qatlarının qurulması, və təbii qum-çınqıl qatışığının tökülməsi, 1 883 kvmetr sahədə sıx iri-dənəvər AB və ABV tipli asfalt-beton qatışığından qalınlığı 4 sm olan örtüyün qurulması, eləcə də örtüyün  qalınlığı 0,5 sm dəyişdikdə əlavə etmək və ya çıxmaq və digər 76 adda təmir-tikinti işləri daxildir. 

Qeyd edək ki, Əli Bayramovun rəhbərlik etdiyi "Topxana Layihə İnşaat" MMC 1996-cı ildə yaradılıb və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyatına alınıb. 
Araşdırmalarımız zamanı məlum oldu ki, şirkət yarandığı vaxtdan bu günə qədər qalmaqallı tender layihələrində iştirak edib və hər dəfə dövlətə vergi borcunun olduğu ortaya çıxıb.

Belə ki, 2022-ci ilin oktyabr ayında 26 186.25 manat vergi borcunun olmasına baxmayaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan Suvarma Sistemləri İdarəsinin 228 478 manatlıq tenderində qalib olub. Təkcə bu fakt sübut edir ki, həm şirkət, həm də ASC tender qanunvericiliyinin müddəalarını kobud şəkildə pozub.

Yəni, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir. 

Həmin ilin dekabr ayının sonlarına yaxın şirkət ilk dəfə Ağstafa RİH başçısının Ağstafa Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi “Abadlıq işlərinin satınalınması” ilə bağlı elan etdiyi tenderin qalibi olub və tərəflər arasında 434 min 695 manat məbləğində müqavilə imzalanıb.

Bu fakt və yeni açıqlanan tender sübut edir ki, rayon ərazisində ötən ilin dekabr ayından başlayan abadlıq işləri hələ də başa çatmayıb və şirkətin bu işlərə davam etməsi üçün yeni maliyyə mənbələrinə ehtiyacı yaranıb. 

Qeyd edək ki, şirkət ötən il ərzində Xızı Rayonu İcra Hakimiyyəti başçısının Xızı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 349 min 516 manat dəyərində “Xızı şəhərində yolların əsaslı təmiri” (15.09.2020), “Bakı Konqres Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin elan etdiyi 696 min 200 manat dəyərində “”Bakı Konqres Mərkəzi” MMC-nin 2022-ci il üçün mexanika, elektrik, santexnika, yanğından mühafizə sistemləri üçün texniki xidmətin, təmir işlərinin və bu sistemlər üçün ehtiyat hissələrinin satınalınması” (13.06.2022) və "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin 298 min 540 AZN dəyərində “Müxtəlif obyektlərin layihə-smeta sənədlərinin hazırlanması işlərinin satınalınması” (23.02.2022)  tenderlərinin də qalibi olub. 

Bu tenderlərin ümumi dəyəri iki milyon manatdan artıqdır.

"Topxana Layihə İnşaat" MMC cari ilin yanvar və və mart aylarında Biləsuvar şəhər, Mübariz İbrahimov küçəsində iki dəfə asfaltlanma işlərini həyat keçirib. Belə ki, yanvar ayında döşənən asfalt yolunu mart ayında sökərək yenidən təmir ediblər. Çünki həmin yolun müəyyən hissələrində dağılmalar əmələ gəlib. 








Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tovuzda qəza: Xəsarət alanlar var

Tovuzda qəza: Xəsarət alanlar var

Bakıda kabab evində at DNT-si aşkarlandı - FOTO

Bakıda kabab evində at DNT-si aşkarlandı - FOTO

68 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu - FOTO

68 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu - FOTO

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstəyini davam etdirir - FOTO

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstəyini davam etdirir - FOTO

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda GÖNDƏRİLDİ

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda GÖNDƏRİLDİ

Pakistan hökuməti İmran Xanla bağlı qərara etiraz etdi

Pakistan hökuməti İmran Xanla bağlı qərara etiraz etdi

Rusiya Gürcüstandan kartof idxalını dayandırdı

Rusiya Gürcüstandan kartof idxalını dayandırdı

İxtisas seçiminin nəticələri nə vaxt AÇIQLANACAQ?

İxtisas seçiminin nəticələri nə vaxt AÇIQLANACAQ?

Bu il məktəbli yarmarkaları təşkil ediləcək? - Rəsmi AÇIQLAMA

Bu il məktəbli yarmarkaları təşkil ediləcək? - Rəsmi AÇIQLAMA

Türkiyədə tanınmış din xadimi və həyat yoldaşı saxlanıldı- Fotolar

Türkiyədə tanınmış din xadimi və həyat yoldaşı saxlanıldı- Fotolar

Sumqayıtda 17 yaşlı qız itkin düşdü

Sumqayıtda 17 yaşlı qız itkin düşdü

Bu toyuq kəsim müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Bu toyuq kəsim müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Rusiya əhalisi pullarını kütləvi şəkildə banklardan çəkir – Likvidlik böhranı başlayıb

Rusiya əhalisi pullarını kütləvi şəkildə banklardan çəkir – Likvidlik böhranı başlayıb

Naxçıvan DOST Mərkəzindən 300 vətəndaş faydalandı

Naxçıvan DOST Mərkəzindən 300 vətəndaş faydalandı

Tarixin izindən gələcəyə – Yuşenkonun Bakı səfərinin SİMVOLİK MESAJI – VİDEO

Tarixin izindən gələcəyə – Yuşenkonun Bakı səfərinin SİMVOLİK MESAJI – VİDEO

Süni intellekt nəzarətdən çıxır- “OpenAI” əyləcə basdı

Süni intellekt nəzarətdən çıxır- “OpenAI” əyləcə basdı

Rumıniya Azərbaycandan neft idxalını KƏSKİN ARTIRIB

Rumıniya Azərbaycandan neft idxalını KƏSKİN ARTIRIB

Kiberdələduzluq halları kəskin artıb – DİN-dən əhaliyə ÇAĞIRIŞ

Kiberdələduzluq halları kəskin artıb – DİN-dən əhaliyə ÇAĞIRIŞ

Güclü külək əsəcək –XƏBƏRDARLIQ

Güclü külək əsəcək –XƏBƏRDARLIQ

Gömrükdə ƏMƏLİYYAT: 93 qutu dərman vasitəsi aşkarlandı

Gömrükdə ƏMƏLİYYAT: 93 qutu dərman vasitəsi aşkarlandı

Vətəndaşların nəzərinə: Kiberdələduzluq hallarına qarşı diqqətli olun! - VİDEO

Vətəndaşların nəzərinə: Kiberdələduzluq hallarına qarşı diqqətli olun! - VİDEO

“TikTok” vasitəsilə limitsiz pul köçürmək mümkün olacaq? – AÇIQLAMA

“TikTok” vasitəsilə limitsiz pul köçürmək mümkün olacaq? – AÇIQLAMA

Evdən 10 min manatlıq qızıl oğurlayan qadın SAXLANILDI

Evdən 10 min manatlıq qızıl oğurlayan qadın SAXLANILDI

Bu ayın 17 günü temperatur normadan yüksək olub – RƏSMİ

Bu ayın 17 günü temperatur normadan yüksək olub – RƏSMİ

End of content

No more pages to load

RADİO