"Günay Bank"ın əmanətçilərinə kompensasiya BU BANKDAN ödəniləcək

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan "Günay Bank" ASC-nin əmanətçilərinə kompensasiyaları "Bank Respublika" ASC vasitəsilə ödəyəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Fondun məlumatında qeyd edilib. 

Bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli qərarı ilə “Günay Bank” müflis elan edilib, ADIF onun ləğvedicisi təyin olunub. "Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq “Günay Bank”da sığorta hadisəsi günü 18 may 2023-cü il müəyyən edilib. 
Kompensasiya ödənilməsinə əvvəlcədən deyildiyi kimi, iyunun 19-dan başlanılacaq.

"Əmanətlərin sığortalanması haqqında" qanuna əsasən, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları ləğv prosesində olan "Günay Bank"ın Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 45 ünvanında yerləşən baş ofisindən əldə edə bilərlər. 

Əmanətçilərdən kompensasiyaların alınması üçün "Bank Respublika"nın müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmanəti təsdiqləyən digər sənədlər və onların surəti, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi xahiş olunur. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, qeyd edilən sənədlərlə yanaşı əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etməlidir. 

Qorunan əmanətçilər ərizə formalarını iyunun 19-dan etibarən "Bank Respublika"nın müvafiq filiallarından və www.adif.gov.az saytından əldə edə bilərlər. Kompensasiyaların ödənilməsi ilə bağlı "Bank Respublika"nın müvafiq filial şəbəkəsi barədə əlavə məlumat veriləcək. 
"Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq sığortalanmış əmanət üzrə əmanətin 100 %-i qədər, lakin 100 min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitlərinin isə 100 %-i qədər kompensasiya ödəniləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissləri internetdə satılıb

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissləri internetdə satılıb

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

“By Ella”dan həbs xəbərlərinə reaksiya

“By Ella”dan həbs xəbərlərinə reaksiya

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

Gəncədə gənc oğlan evində ölü tapıldı

Gəncədə gənc oğlan evində ölü tapıldı

Ermənistan parlamentində gərginlik: Deputat zaldan qovuldu - VİDEO

Ermənistan parlamentində gərginlik: Deputat zaldan qovuldu - VİDEO

Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək TƏKLİF

Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək TƏKLİF

Kim Çen Inın bacısı Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsindən DANIŞDI

Kim Çen Inın bacısı Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsindən DANIŞDI

"Təbrik Palace" restoranının qarşısında kütləvi dava - VİDEO

"Təbrik Palace" restoranının qarşısında kütləvi dava - VİDEO

Naxçıvanda işıqlar sönəcək: Ünvanlar

Naxçıvanda işıqlar sönəcək: Ünvanlar

Tramp Kim Çen Inla nə vaxt görüşəcəyini AÇIQLADI

Tramp Kim Çen Inla nə vaxt görüşəcəyini AÇIQLADI

Ermənistan hökuməti rəsmi sənəd yaydı - Azərbaycanla ticarət əlaqələri qurulacaq

Ermənistan hökuməti rəsmi sənəd yaydı - Azərbaycanla ticarət əlaqələri qurulacaq

ŞUŞA YOLU qlobal mükafat qazandı

ŞUŞA YOLU qlobal mükafat qazandı

“Tarkanın Azərbaycan konsertindən sonra ulduz olmağa qərar verdim”

“Tarkanın Azərbaycan konsertindən sonra ulduz olmağa qərar verdim”

Bakıda ən çox bina bu rayonda SÖKÜLƏCƏK

Bakıda ən çox bina bu rayonda SÖKÜLƏCƏK

İşəgötürənlər gənclərdən nə istəyir? – Diplomdan DAHA VACİB olanlar

İşəgötürənlər gənclərdən nə istəyir? – Diplomdan DAHA VACİB olanlar

End of content

No more pages to load

RADİO