Xəbər verdiyimiz kimi bir sıra marketlərdə siqaret və spirtli içkilərin bəzi növlərinin satşı dayandırılıb. Cəmiyyətdə dolaşan məlumatlara görə bunun səbəbi ölkədə növbəti devalvasiya təhlükəsi ehtimalı ola bilər...
İqtisadçı ekspert, REAL Hərakatının İdarə Heyyətinin üzvü Natiq Cəfərli Moderator.az-a bildirdi ki, manat yenidən ucuzlaşa bilər:
“Ölkədə kəskin devalvasiyanın olacağını gözləmirəm. Amma hazırda bir dəhliz formalaşıb, 1.50-165. Manat bu rəqəmlər arasında oynayacaq. Hesab edirəm ki, manatın 1.65-ə doğru ucuzlaşması başlayacaq. Amma kəskin devalvasiya gözləmirəm. Hesab edirəm ki, hökumət də devalvasiyalardan dərs çıxarıb. Belə ki, yaşananlar bankları çökdürüb. Hökumət bankların problemini həll etmək istəsə də bunu edə bilmir, çünki bunun üçün 6 milyard dollar lazımdır.Ölkədə yaşana biləcək növbəti kəskin devalvasiya bankları daha da ağır duruma sala bilər.”x9d