Bu rayonlardan Bakıya gələnlərə pis xəbər – Qadağa qoyula bilər

Bakı–Sumqayıt marşrutu üzrə taksi fəaliyyəti ilə bağlı tətbiq olunan qaydalar sərnişinlərin ciddi narazılığına səbəb olur. Qaydaya əsasən, bir şəhərin buraxılış kartı ilə digər şəhərdə sərnişin götürmək mümkün deyil. Bu isə Bakıdan Sumqayıta gedən taksinin geri qayıdarkən boş qalmasına səbəb olur.

Nəticədə sürücülər əlavə yanacaq və vaxt itkisi ilə üzləşir, sərnişinlər isə geri qayıtmaq üçün taksi tapmaqda çətinlik çəkir və daha yüksək qiymətlərlə qarşılaşırlar.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan nəqliyyat eksperti Aslan Əsədovun sözlərinə görə, bu kimi məsələlərin həll olunmasının əsas meyarlarından biri də gedişhaqlarının ödənilməsi zamanı vahidlik prinsipinin nəzərə alınmasıdır:

“Sahibkarın qarşılaşdığı maneələr və onun itirəcəyi məbləğ müəyyən edilməlidir. Bir şəhərdən digərinə getdikdə artıq şəhərdaxili gediş deyil, səfərin qiyməti və geri dönüş məsələsi nəzərə alınmalıdır. Sahibkar bu itkiləri nəzərə alarsa, problem qalmayacaq”.

Nəqliyyat eksperti Yasin Mustafayev isə bildirib ki, sözügedən məsələ insanların gediş-gəlişinə, xüsusilə də gecə saatlarında və intensivliyin pik həddində ciddi təsir göstərir:

“İlk növbədə bu qərarın niyə verildiyinə baxaq. Səbəb odur ki, şəhərdə tıxacları azaltmaq üçün taksi fəaliyyətində müəyyən tənzimləmələr həyata keçirildi. Taksi sayı azaldıldı, müəyyən tələblər qoyuldu. Bu tələblərdən biri də ondan ibarətdir ki, hansı şəhərdə taksi fəaliyyətinə icazə varsa, yalnız orada fəaliyyət göstərmək mümkündür.

Əvvəllər Bakıda 75 minə yaxın taksi var idi. İndi bu say yarıya qədər endirilib. 25 minə qədər də azalmalıdır. Bu, şəhərdə sıxlığın azaldılmasına ciddi təsir göstərir.

Hazırda atılan addımlar, aparılan siyasət insanları kiçik nəqliyyat vasitələrindən ictimai nəqliyyata yönəltməyə hesablanıb. Əks halda tıxacdan əziyyət çəkəcəyik. Ətraf rayonlardan və ya Sumqayıtdan qeydiyyatdan keçən taksilərin Bakıda fəaliyyətinə icazə verilməsi tıxacların artmasına səbəb olacaq”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bölgələrdə yanğına səbəb olan 3 nəfər SAXLANILDI – FOTO

Bölgələrdə yanğına səbəb olan 3 nəfər SAXLANILDI – FOTO

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Ədalət Mədətoğlu vəfat etdi – FOTO

Ədalət Mədətoğlu vəfat etdi – FOTO

Zəlzələdən bir həftə sonra səma qırmızıya boyandı – Video

Zəlzələdən bir həftə sonra səma qırmızıya boyandı – Video

ƏHALİYƏ XƏBƏRDARLIQ - 18-20 avqust tarixlərində...

ƏHALİYƏ XƏBƏRDARLIQ - 18-20 avqust tarixlərində...

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Üzərkən 2 metrlik köpəkbalığı ayağını dişlədi- Dəhşət anları belə görüntüləndi

Üzərkən 2 metrlik köpəkbalığı ayağını dişlədi- Dəhşət anları belə görüntüləndi

Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik - Ərdoğan

Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik - Ərdoğan

Dərsliklər dəyişdi, bəs nöqsanlar? – Tədris materialları YENİDƏN GÜNDƏMDƏ

Dərsliklər dəyişdi, bəs nöqsanlar? – Tədris materialları YENİDƏN GÜNDƏMDƏ

Hörmüzdə ticarət gəmisi VURULDU – Ölən var

Hörmüzdə ticarət gəmisi VURULDU – Ölən var

Məşhur müğənni təyyarəyə gecikdi, qızının toyuna gedə bilmədi - Fotolar

Məşhur müğənni təyyarəyə gecikdi, qızının toyuna gedə bilmədi - Fotolar

Səhər yeməyində bu sıyıqdan uzaq durun - Xəbərdarlıq

Səhər yeməyində bu sıyıqdan uzaq durun - Xəbərdarlıq

Azərbaycanda futbolçuların həlak olduğu qəzanın ANBAAN GÖRÜNTÜSÜ

Azərbaycanda futbolçuların həlak olduğu qəzanın ANBAAN GÖRÜNTÜSÜ

Bu rayonlardan Bakıya gələnlərə pis xəbər – Qadağa qoyula bilər

Bu rayonlardan Bakıya gələnlərə pis xəbər – Qadağa qoyula bilər

Tovuzda DƏHŞƏTLİ HADİSƏ - Kanaldan iki meyit TAPILDI – FOTO

Tovuzda DƏHŞƏTLİ HADİSƏ - Kanaldan iki meyit TAPILDI – FOTO

BİZİM TƏQVİM:18 avqust Azərbaycanda Sərhəd Qoşunları Günüdür

BİZİM TƏQVİM:18 avqust Azərbaycanda Sərhəd Qoşunları Günüdür

“Mən belə doğulmuşam” – Xasiyyət həqiqətən dəyişmir?

“Mən belə doğulmuşam” – Xasiyyət həqiqətən dəyişmir?

"Gəlin niyə mənə çay gətirməlidir?" – VİDEO

"Gəlin niyə mənə çay gətirməlidir?" – VİDEO

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?

700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?

Üç BÜRC üçün şanslı həftə

Üç BÜRC üçün şanslı həftə

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

"Bu tətilim uzun müddət yaddaşda qalacaq" – VİDEO

End of content

No more pages to load

RADİO