Azərbaycan Avropanın ENERJİ QALXANINA çevrilir – Son həftə Cənubi Qafqazda HƏRARƏT ARTDI

Baharın ilk dekadası başa çatar-çatmaz, regionda vəziyyət yenidən gərginləşib. Hətta bizim azad etdiyimiz torpaqlarda qayda-qanunla hərəkət etmək istəyimizə  qarşı çıxanlar da onlara himayədarlıq edən qüvvələrə arxalanıb ara-sıra rəsmi Bakını qıcıqlandıracaq addımlar atmağa başlayıblar. Qonşu Gürcüstanda isə birdən birə siyasi qarşıdurma yaranıb. 

Enerji və siyasət. Gürcüstan isə bizim üçün çox mühüm əhəmiyyət kəsb edən qonşudur. Çünki bu ölkədən təkcə Azərbaycanın 2 neft kəməri, bir ixrac qaz kəməri və Bakı-Tiflis-Qars kimi strateji əhəmiyyətə malik dəmir yolu keçmir, ixracdan gələn enerji gəlirlərimizin 92%-dən çoxu məhz Gürcüstan üzərindən qazanılır. Ona görə də bu ölkədə stabilliyin, əmin amanlığın olması bizim üçün çox vacib amildir.
Cənub qonşumuzla bağlı gələn xəbərlər də narahatlıq hissi doğurmaya bilməz. Belə ki, Beynəlxalq Atom Enerjisi Agentliyi – MAGATE-nin müfəttişləri belə qənaətə gəliblər ki, İran uranın 84%-ə qədər zənginləşdirilməsinə nail olub. “Bloomberg” agentliyinin ictimailəşdirdiyi məlumatda qeyd edir ki, nüvə silahı yaratmaq üçün uranın 90%-ə qədər zənginləşdirilməsi kifayətdir.

Bu səbəbdən də yola saldığımız həftə İsrailin müdafiə naziri bəyan edib ki, “İranın nüvə təhlükəsi bizdən istənilən hərəkət kursuna hazır olmağı tələb edir. Özü də bu bəyanatı amerikalı həmkarı Lloyd Ostini qəbul edərkən səsləndirib. 

İranın nüvə silahına malik olmaq istəyi niyə bir xeyli ölkə tərəfindən neqativ qarşılanır və illər boyu rəsmi Tehranı bu ideyanı reallaşdırmaqdan çəkindirmək istəyirlər? İş burasındadır ki, İslam Respublikası özünün maraqlarını öz sərhədləri daxilində cilovlaya bilmir və daim “islamın özünə aid saydığı qolu” üzərindən xarici ekspansiya siyasəti yürüdür. Buna görə də İranın nüvə silahına malik olması, onunla əzəli rəqib olan ölkələrdə də bu istəyi gücləndirə bilər və bir müddət sonra “nüvə silahına nəzarət” nəinki itə bilər, hətta... nəticəsi Rusiya-Ukrayna müharibəsindən də faciəvi ola bilər. 

Qlobal bazarlarda vəziyyət. Martın 9-da Avropa parlamentində çıxış edən Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson bəyan edib ki, Avropa İttifaqı Rusiyanın mayeləşdirilmiş qazından tamamilə imtina etməlidir.

“Mən bütün üzv dövlətləri və şirkətləri Rusiyadan mayeləşdirilmiş qazı almağı dayandırmağa və Rusiya ilə yeni qaz müqavilələrini müzakirə etməməyə çağırıram”, - deyə xanım Simson bildirib.

Onun sözlərinə görə, Aİ üzrə qaz anbarları hazırda 57% doludur və qaz çatışmazlığı təhlükəsi cari isitmə dövrünün sonuna qədər artıq gözlənilmir.

Avropanın ən böyük iqtisadiyyatına malik ölkəsi olan Almaniya isə ötən il istehsal etdiyi elektrik enerjisinin 33,3%-ni kömürlə işləyən elektrik stansiyalarından alıb. Almaniya Federal Statistika İdarəsi bildirir ki, elektrikin kömürdən alınması 2022-ci ildə 8,4% artıb. 

Amma Almaniyanın enerji sahəsində əldə etdiyi uğur da var: il ərzində ölkədə istehsal edilən elektrik enerjisinin istehsalında külək turbinlərindən alınan enerjinin payı 24,1% təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 9,4% artım deməkdir. 

Azərbaycanın “yaşıl enerji” planları. Azərbaycan da külək enerjisinə böyük önəm verir, çünki bizdə hazırda onun payı cuzi olsa da, amma potensialı kifayət qədərdir. Hətta mən deyərdim ki, Xəzər hövzəsi ölkələri içərisində bu sahədə Avropanın diqqətində olan yeganə ölkə elə bizik.   

Prezident İlham Əliyev tezliklə Azərbaycanın Avropaya yaşıl enerji ixraca edən ölkəyə çevriləcəyinə ümid etdiyini açıqlayıb. 

Martın 8-də İlham Əliyev Latviya prezidenti Egils Levits ilə Bakıda danışıqların yekunlarına dair bəyan edib ki, Azərbaycan Avropa İttifaqı üçün enerji təchizatı sahəsində daha əhəmiyyətli tərəfdaşa çevrilir.

“Bu gün biz Avropaya nefti, təbii qazı, neft-kimya məhsullarını, neft məhsullarını ixrac edirik. Ümid edirəm ki, bu yaxınlarda yaşıl enerjini ixrac etməyə də başlayacağıq”, - deyə Əliyev bildirib.

Yaşıl enerji mövzusuna Azərbaycan Prezidenti həmçinin X Qlobal Bakı Forumunda çıxış edərkən də toxunub. O, qeyd edib ki, ötən ilin dekabrında Buxarestdə əlamətdar hadisə baş verdi. “Biz onun əsasında Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xəttini çəkəcəyik. Həmin ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək.

Hazırda biz texniki əsaslandırma prosesini aparırıq”, deyə Azərbaycan prezidenti Black Sea Energy adını almış layihənin təfərrüatlarını açıqlayıb.

Həmin layihə ilə bağlı rəhbər komitənin ilk iclası fevral ayında Bakıda təşkil edilib və bu, Avropanın enerji xəritəsində mühüm dəyişikliklərə gətirib çıxarmalıdır. 

“Biz Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişmişik, indi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir”, deyə Əliyev bəyan edib. 

Prezident Əliyev Forum iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 qiqavat həcmində yaşıl enerji əldə olunacaq. 

Bu, gözəl nailiyyətdir, Azərbaycanı beynəlxalq yaşıl enerji bazarında vacib təchizatçıya və oyunçuya çevirəcək. Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Xəzər dənizində bizim külək enerjisi potensialımızla bağlı yekun dəyərləndirməni başa çatdırıb və onun 157 qiqavat olduğunu təsbit edib. Buraya quruda olan daha 40 qiqavat potensialı da əlavə etmək olar.

“Bu, dünya enerjisinin gələcəyidir və Azərbaycanın gələcəyidir”, deyə İlham Əliyev “yaşıl enerjiyə” keçidi dəstəklədiyini və onun dünya miqyasında sürətlə irəlilədiyini bildirib.  

Azərbaycan hökuməti də dövlət başçısının çağırışlarından irəli gələn məsələləri həll etmək üçün bu həftə maraq doğuracaq bir layihənin reallaşması üçün addım atıb. Belə ki, Energetika nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Azərbaycan Dövlət Neft Şirkəti, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti və məsləhətçi şirkətlərin nümayəndələri arasında yaşıl enerji sahəsində həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirəyə çıxarılıb.

Tədbirdə SOCAR ilə “Masdar” şirkətləri arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulan 10 QVt-lıq yaşıl enerji layihələrinin inkişafı ilə bağlı məsləhətçi şirkətlər tərəfindən aparılan araşdırmaların nəticələri təqdim olunub, təkliflər qiymətləndirilib.

Xəzər dənizində külək enerjisinin inkişafı, dənizdə quraşdırılan turbinlərin üstünlüyü və imkanları barədə məlumatlar verilib.  

Amma Azərbaycanın yaşıl enerji potensialını reallığa çevirmək üçün müəyyən müddət gərəkdir. Hazırda isə əsas diqqət bizim qazımıza yönəlib, çünki onun Avropanın müəyyən ölkələrinin enerji təhlükəsizliyində oynadığı rol ildən ilə artmaqdadır.

Qaz ixracı. Azərbaycan qaz ixracını artırmaqda davam edəcək, 2023-cü ildə ixracın həcmi 24 milyard kubmetri ötəcək. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev X Qlobal Bakı Forumunun açılış mərasimində səsləndirib.

“Biz qaz ixracımızı artırırıq. 2021-ci ildə qaz ixracı 19 milyard kubmetr təşkil edib. 2023-cü ildə həmin rəqəm 24 milyard kubmetrdən artıq olacaq. Onun ən azı yarısı Avropaya istiqamətləndiriləcək”, - deyə dövlət başçısı bildirib.
Martın 9-da isə Milanda “Top Utility” konfransında çıxışı zamanı “TAP AG” şirkətinin icraçı direktoru Luka Şippati bəyan edib ki, 26 ay ərzində Aİ ölkələri Azərbaycandan Trans-Adriatik qaz kəməri (TAP) vasitəsi ilə 21,5 milyard kubmetrdən çox təbii qaz əldə ediblər. Bu həcmlərin 18 milyard kubmetri İtaliya bazarının ehtiyaclarına yönəldilib. “İtaliyanın qaza olan tələbatının 15%-i Azərbaycan qazı hesabına ödənilib və bununla da TAP tədarükün təhlükəsizliyinin və bazarın likvidliyinin təmin olunmasına mühüm töhfə verib”, - deyə boru kəməri konsorsiumu rəhbəri bildirib.

Qeyd edək ki, 2021-ci ildə Aİ-nın ümumi qaz idxalında Azərbaycandan tədarükün payı 2,4%, 2022-ci ildə - 3,4% təşkil edib.

TAP-ın genişləndirilməsi layihəsi. TAP qaz kəmərinin ötürmə gücünün artırılmasına toxunan Şippati qeyd edib ki, söhbət yeni boruların çəkilməsindən yox, qaz-kompressor stansiyalarının gücünün artırılmasından gedir.

“Mövcud boru kəməri 20 milyard kubmetrdən artıq qazın nəqli üçün nəzərdə tutulub. Layihə Yunanıstan və Albaniyada iki yeni kompressor stansiyasının tikintisini, mövcud stansiyaların modernləşdirilməsini və digər avadanlıqların quraşdırılmasını nəzərdə tutur”, - deyə icraçı direktor bildirib.

Qeyd edək ki, hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır. Cari ilin sonunda bu siyahıya Macarıstanın da qoşulması planlaşdırılır. Gələn il isə Serbiya Azərbaycan qazının alıcısı olmağa hazırlaşır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu bürclər sentyabrda yeni həyata başlayacaq

Bu bürclər sentyabrda yeni həyata başlayacaq

AZAL və ABB təyyarə göyərtəsində POS ödəniş imkanını istifadəyə verdi

AZAL və ABB təyyarə göyərtəsində POS ödəniş imkanını istifadəyə verdi

Banklar məlumatlarımızı niyə toplayır? – Hər kəsin bilməli olduğu məqamlar

Banklar məlumatlarımızı niyə toplayır? – Hər kəsin bilməli olduğu məqamlar

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi – FOTO

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi – FOTO

Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

Mərdəkanda küçəyə döşənən asfaltla bağlı ŞİKAYƏT - FOTO - VİDEO

Mərdəkanda küçəyə döşənən asfaltla bağlı ŞİKAYƏT - FOTO - VİDEO

İranın informasiya panikası – “AzTV” niyə hədəfdədir?

İranın informasiya panikası – “AzTV” niyə hədəfdədir?

Bakıda mühüm beynəlxalq konfrans KEÇİRİLƏCƏK

Bakıda mühüm beynəlxalq konfrans KEÇİRİLƏCƏK

Həmkarlar ittifaqı üzvləri üçün növbəti tibbi aksiya keçirildi – FOTO

Həmkarlar ittifaqı üzvləri üçün növbəti tibbi aksiya keçirildi – FOTO

Dünənki dəhşətli hadisədən sonra 5 ayı güllələndi

Dünənki dəhşətli hadisədən sonra 5 ayı güllələndi

Azərbaycan Bolqarıstana neft satışından gəlirini KƏSKİN ARTIRIB

Azərbaycan Bolqarıstana neft satışından gəlirini KƏSKİN ARTIRIB

Gəncədə zibil poliqonunda ölü döl TAPILDI - Araşdırma aparılır

Gəncədə zibil poliqonunda ölü döl TAPILDI - Araşdırma aparılır

Axtarışda olan 114 nəfər SAXLANILDI

Axtarışda olan 114 nəfər SAXLANILDI

Qalmaqallı kollec direktoru vəzifəsindən AZAD EDİLDİ

Qalmaqallı kollec direktoru vəzifəsindən AZAD EDİLDİ

İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa edildi

İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa edildi

Əvvəlki illərin məzunlarının diplom və attestatları nə vaxt ELEKTRONLAŞDIRILACAQ? – Rəsmi AÇIQLAMA

Əvvəlki illərin məzunlarının diplom və attestatları nə vaxt ELEKTRONLAŞDIRILACAQ? – Rəsmi AÇIQLAMA

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı

Yeniyetmələr üçün "ChatGPT" istifadəyə verildi

Yeniyetmələr üçün "ChatGPT" istifadəyə verildi

Cəbrayılda uşaqlar və yeniyetmələr üçün yaradıcılıq ustad dərsləri keçirilib - FOTO/VİDEO

Cəbrayılda uşaqlar və yeniyetmələr üçün yaradıcılıq ustad dərsləri keçirilib - FOTO/VİDEO

43 il toxunmadığı maşınını 65 min avroya satdı

43 il toxunmadığı maşınını 65 min avroya satdı

Qida mifləri: Limonlu su yağ yandırır? – VİDEO

Qida mifləri: Limonlu su yağ yandırır? – VİDEO

Anar Nəcəflidən işdən çıxarılma xəbərinə REAKSİYA

Anar Nəcəflidən işdən çıxarılma xəbərinə REAKSİYA

İdman liseyləri və Bülbül məktəbinə qəbul üçün qeydiyyat BAŞLAYIR

İdman liseyləri və Bülbül məktəbinə qəbul üçün qeydiyyat BAŞLAYIR

Xırdalan, yoxsa Sumqayıt? Mənzil alarkən hansı seçimlərə baxmaq olar?

Xırdalan, yoxsa Sumqayıt? Mənzil alarkən hansı seçimlərə baxmaq olar?

End of content

No more pages to load

RADİO