Qızılın qiyməti bahalaşacaq – Ekspertdən PROQNOZ 

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,77 faiz  artaraq, 1 854,6 ABŞ dollarına bərabər olub. Keçirilən hərrac nəticəsində gümüşün bir unsiyasının qiyməti isə 1,61 faiz artaraq, 21,24 dollar təşkil edib.

Qızıl və gümüşün qiymətindəki artım Azərbaycanın qızıl bazarına necə təsir edəcək?

Bizim.Media-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov bildirir ki, dünya bazarında qızıl və gümüşün qiymətinin artması ilə onun Azərbaycanın zinət əşyaları bazarında da əksini qismən də olsa tapacağını müşahidə edəcəyik:

“Azərbaycan bazarının maraqlı xüsusiyyəti var. Azərbaycan bazarı böyük deyil. Ona görə də bu bazara məhsulların daxil olma tempi zəifdir. Ay ərzində iri təchizatçılar cəmi 5-10 dəfə məhsul gətirir. Dünya bazarında qiymət artımı baş verəndə onu özlərinin satış qiymətinə tez sirayət etdirirlər. 

Digər tərəfdən, zinət əşyaları bazarında qiymətin formalaşmasında başqa faktorlar da rol oynayır. Əhalinin alıcılıq qabiliyyəti, mövsümi, qeyri-mövsümi dövrlər. Ölkədə Ramazan və Məhərrəmlik ayında tələb kəskin şəkildə aşağı enir. Qiymətlərin aşağı düşmə tempi bazara bahalaşma ilə müqayisədə daha gec sirayət edir. 
Bahalaşma xüsusən də xam qızılın qiymətinə daha çevik şəkildə reaksiya verir. Çünki ölkəmizdəki bazar iştirakçıları Türkiyə bazarı ilə qarşılıqlı əməkdaşlıq şəklində fəaliyyət göstərir. Son 3 ayda xam qızılın qiymətində 4 faizlik bahalaşma baş verib. Amma dünya bazarında baş verən son bahalaşma fonunda ölkəmizdə xam qızılın qiymətində təxminən 1 faizlik artım baş verə bilər. Zinət əşları bazarında isə qiymət artımı daha aşağı səviyyədə olacaq. Çünki hazırki şərtlər daxilində, sürətli inflyasiya fonunda lüks kateqoriyalı məhsullara tələb zəifləyir. Ona görə ola bilsin, zinət əşyaları bazarında qiymət artımı olsa da, 0,5 faizdən çox olmayacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kannda qırmızı xalça: Letisiya Kasta filmin premyerasına belə gətirildi – FOTO

Kannda qırmızı xalça: Letisiya Kasta filmin premyerasına belə gətirildi – FOTO

Pakistan WUF13-də ən böyük çaykənarı şəhər layihəsini təqdim etdi

Pakistan WUF13-də ən böyük çaykənarı şəhər layihəsini təqdim etdi

Kiyevə 90 milyard avroluq kreditin ilk tranşı bu tarixdə göndəriləcək

Kiyevə 90 milyard avroluq kreditin ilk tranşı bu tarixdə göndəriləcək

Tramp: ABŞ süni intellekt sahəsində Çini qabaqlayır

Tramp: ABŞ süni intellekt sahəsində Çini qabaqlayır

Hindistan nümayəndəsi: “Əminəm ki, forumun hər günü möhtəşəm keçəcək” – VİDEO

Hindistan nümayəndəsi: “Əminəm ki, forumun hər günü möhtəşəm keçəcək” – VİDEO

Salma Hayek saç boyasından imtina etdi – FOTO

Salma Hayek saç boyasından imtina etdi – FOTO

Afrika Mənzil Fondunun (AHF) proqram meneceri: “Haluk Leventin çıxışından zövq aldım” – VİDEO

Afrika Mənzil Fondunun (AHF) proqram meneceri: “Haluk Leventin çıxışından zövq aldım” – VİDEO

Moldova Rusiyaya nota VERDİ

Moldova Rusiyaya nota VERDİ

“Turan Tovuz” Avrokubok matçlarını doğma şəhərində oynayacaq? - Klubdan AÇIQLAMA

“Turan Tovuz” Avrokubok matçlarını doğma şəhərində oynayacaq? - Klubdan AÇIQLAMA

Prezident WUF13 iştirakçılarına “Sea Breeze”ə getməyi TÖVSİYƏ ETDİ – VİDEO

Prezident WUF13 iştirakçılarına “Sea Breeze”ə getməyi TÖVSİYƏ ETDİ VİDEO

Alla Puqaçovanın yeni fotosu viral oldu – FOTO

Alla Puqaçovanın yeni fotosu viral oldu – FOTO

Dayanıqlı urban SİYASƏTİ

Dayanıqlı urban SİYASƏTİ

Azərbaycan Belarusdan "Aİ-98" benzinin alışını bərpa etdi

Azərbaycan Belarusdan "Aİ-98" benzinin alışını bərpa etdi

Pakistanlı nümayəndə WUF13 haqqında: “Qatıldığım ən yaxşı tədbirdir” – VİDEO

Pakistanlı nümayəndə WUF13 haqqında: “Qatıldığım ən yaxşı tədbirdir” – VİDEO

Anar Quliyev: Azad edilmiş ərazilərdə yenidənqurma “ağıllı şəhər” prinsiplərinə əsaslanır – VİDEO

Anar Quliyev: Azad edilmiş ərazilərdə yenidənqurma “ağıllı şəhər” prinsiplərinə əsaslanır – VİDEO

Rossbax: İndiyədək heç bir sessiya WUF13 qədər geniş qlobal auditoriyanı bir araya gətirməyib

Rossbax: İndiyədək heç bir sessiya WUF13 qədər geniş qlobal auditoriyanı bir araya gətirməyib

İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir

İlham Əliyev: Azərbaycanda şəhərsalmanın inkişafı sürətlə gedir

Medvedevun redaktorluğu ilə dərslik hazırlandı – FOTO

Medvedevun redaktorluğu ilə dərslik hazırlandı – FOTO

Səyahət və yaşamaq üçün ən ucuz ölkənin adı AÇIQLANDI

Səyahət və yaşamaq üçün ən ucuz ölkənin adı AÇIQLANDI

BMT-nin Baş katibi: “Əsas hədəf münasib qiymətə mənzil təminatının genişləndirilməsidir”

BMT-nin Baş katibi: “Əsas hədəf münasib qiymətə mənzil təminatının genişləndirilməsidir”

UN-Habitat prezidentindən Azərbaycan dilində atalar sözləri – VİDEO

UN-Habitat prezidentindən Azərbaycan dilində atalar sözləri – VİDEO

Hikmət Hacıyev: “Azərbaycan beynəlxalq dialoq üçün mühüm platformadır” - VİDEO

Hikmət Hacıyev: “Azərbaycan beynəlxalq dialoq üçün mühüm platformadır” - VİDEO

Annalena Berbok: “Mənzil probleminin həlli üçün daha çox ev tikmək yetərli deyil”

Annalena Berbok: “Mənzil probleminin həlli üçün daha çox ev tikmək yetərli deyil”

Sabah hava küləkli olacaq

Sabah hava küləkli olacaq

End of content

No more pages to load

RADİO