Elektrik enerjisi istehlakçılarının hüquqları ARTIRILIR

Elektrik enerjisi istehlakçılarının hüquqları artırılır.

Bizim.Media-nın xəbərinə görə, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, elektrik enerjisi istehlakçısının hüquqları aşağıdakılardır.

- elektrik şəbəkələrinə qoşulmaq;

- təchizatçı ilə müqavilə bağlamazdan əvvəl müqavilə şərtləri, tariflər (qiymətlər) barədə məlumat əldə etmək;

- elektrik enerjisinin təchizatı müqaviləsində nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə uyğun, etibarlı və fasiləsiz elektrik enerjisi ile təmin olunmaq;

- öz istehlakı üçün elektrik enerjisini saxlamaq;

-. elektrik enerjisinin təchizatı müqaviləsinin şərtlərinə uyğun olaraq elektrik enerjisinin razılaşdırılmış həcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində vurulmuş ziyanın təchizatçı tərəfindən ödənilməsini tələb etmək;

- təchizatçıdan bu Qanunla müəyyən edilən hallarda bildiriş almaq;

- təchizatçı tərəfindən təklif olunan elektrik enerjisinə görə ödəniş üsullarından və sistemlərindən birini seçmək.

Təchizatçı seçmək hüququndan istifadə etməyən və ya bu Qanunun 19.9- cu maddəsində nəzərdə tutulan hallarda (Elektrik enerjisi təchizatçısının fəaliyyətinin dayandırılması və ya onun İcazəsinin dayandırılması, yaxud ləğvi istehlakçıya elektrik enerjisi verilişinin dayandırılmasına səbəb ola bilməz.

Bu hallarda istehlakçının təchizatçını dəyişdirməsi pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir) sərbəst istehlakçıların elektrik enerjisi ilə təchizatı müəyyən edilən qiymət (tarif) əsasında səlahiyyətli təchizatçı tərəfindən həyata keçirilir.
Elektrik enerjisi təchizatçısının fəaliyyətinin dayandırılması və ya onun İcazəsinin dayandırılması, yaxud ləğvi istehlakçıya elektrik enerjisi verilişinin dayandırılmasına səbəb ola bilməz.

Bu hallarda istehlakçının təchizatçını dəyişdirməsi pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

Qeyri-məişət istehlakçıları elektrik qurğularına xidmət edən ayrıca işçiyə və ya işçi heyətinə malik olmalı, yaxud elektrik qurğularına xidmət göstərən hüquqi və ya fiziki şəxslə müqavilə bağlamalıdır.

Təchizatçı ile bağlanılan elektrik enerjisinin təchizatı müqaviləsinin şərtləri pərakəndə satış bazarı qaydaları ilə müəyyən edilir.

Təchizatçı sərbəst istehlakçılarla bağlanılmış elektrik enerjisinin təchizatı müqaviləsinin şərtlərini dəyişdirmək istədikdə, dəyişikliklərin edilməsi nəzərdə tutulan tarixdən 1 (bir) ay əvvəl onlara bildiriş göndərməli və bildirişə həmin istehlakçıların onunla bağlanılmış müqaviləyə mülki qanunvericiliyə uyğun olaraq xitam vermək hüququ barədə məlumatı da daxil etməlidir.

Sərbəst istehlakçılar təchizatçı tərəfindən onlara təqdim edilmiş yeni şərtlər ilə razılaşmadıqda, bağlanılmış elektrik enerjisinin təchizatı müqaviləsinə xitam verə bilərlər.

Aktiv istehlakçıların istehsal edilmiş elektrik enerjisinin istehlakından artıq hissəsini "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğun olaraq satmaq hüququ var.

Ötürücü va ya paylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə ve müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Ötürücü və ya paylayıcı sistem operatorunun səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğacının oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar ötürücü və ya paylayıcı şəbəkəyə qanunsuz (ötürücü və ya paylayıcı sistem operatorunun razılığı olmadan) qoşulma hallarını müəyyən etdikdə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır.

Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir.

İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.
Qeyd edək ki, qüvvədə olan qanuna görə, istehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar.

İstehlakçıların yerləşdiyi ərazidən asılı olmayaraq enerji təchizatçısını seçmək hüququ var. Bu halda təchizatçı enerjinin ötürülmə xərclərinin ödənilməsində iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

25 illik övlad həsrəti: 49 yaşında valideyn oldular - Video

25 illik övlad həsrəti: 49 yaşında valideyn oldular - Video

Daha bir müğənni Afətlə qırğına çıxdı: “Bizi cəmiyyətə əxlaqsız kimi göstərir” - (Video)

Daha bir müğənni Afətlə qırğına çıxdı: “Bizi cəmiyyətə əxlaqsız kimi göstərir” - (Video)

14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən öldü

14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən öldü

Rusiyada güclənən anti-Azərbaycan RİTORİKASI – Moskvada kimlər Azərbaycanı hədəfə alıb?

Rusiyada güclənən anti-Azərbaycan RİTORİKASI – Moskvada kimlər Azərbaycanı hədəfə alıb?

Azərbaycanda nə qədər qızıl istehsal edilib?

Azərbaycanda nə qədər qızıl istehsal edilib?

Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?

Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?

Ermənistana Azərbaycandan tranzit keçməklə 39 vaqon buğda göndərildi -FOTO

Ermənistana Azərbaycandan tranzit keçməklə 39 vaqon buğda göndərildi -FOTO

İsmayıllıda ağır QƏZA: Ölənlər var

İsmayıllıda ağır QƏZA: Ölənlər var

Rasim Həsənov məhkəmə zalından AZADLIĞA BURAXILDI

Rasim Həsənov məhkəmə zalından AZADLIĞA BURAXILDI

4SİM və “Azərsun Holdinq” arasında əməkdaşlıq müzakirə olundu - FOTO

4SİM və “Azərsun Holdinq” arasında əməkdaşlıq müzakirə olundu - FOTO

"Həyatda tutunacağım yeganə ümidim" - Gövhər Həsənzadədən qızına

"Həyatda tutunacağım yeganə ümidim" - Gövhər Həsənzadədən qızına

Sabahın HAVASI: Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq

Sabahın HAVASI: Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq

Atalıq şübhəsi qalmaqala çevrilir - Anadan xəbərsiz DNT testi etdirmək olarmı?

Atalıq şübhəsi qalmaqala çevrilir - Anadan xəbərsiz DNT testi etdirmək olarmı?

ABŞ-ın dövlət borcu tarixi rekordu yenilədi -Astronomik məbləğ

ABŞ-ın dövlət borcu tarixi rekordu yenilədi -Astronomik məbləğ

Yerdən 23 dəfə ağır planet kəşf edildi

Yerdən 23 dəfə ağır planet kəşf edildi

“Pendirli Manqalüstü” sosisi ilə bağlı məlumatlara - Rəsmi reaksiya

“Pendirli Manqalüstü” sosisi ilə bağlı məlumatlara - Rəsmi reaksiya

İlham Nəsirov nazirlikdəki vəzifəsini itirdi

İlham Nəsirov nazirlikdəki vəzifəsini itirdi

87 min abituriyent, 61 min plan yeri - Rəqabət hansı qrupda daha böyük olacaq? – CƏDVƏL

87 min abituriyent, 61 min plan yeri - Rəqabət hansı qrupda daha böyük olacaq? – CƏDVƏL

Lisey və gimnaziyalara sənəd qəbulu BAŞLADI

Lisey və gimnaziyalara sənəd qəbulu BAŞLADI

Bu bürclər sentyabrda yeni həyata başlayacaq

Bu bürclər sentyabrda yeni həyata başlayacaq

AZAL və ABB təyyarə göyərtəsində POS ödəniş imkanını istifadəyə verdi

AZAL və ABB təyyarə göyərtəsində POS ödəniş imkanını istifadəyə verdi

Banklar məlumatlarımızı niyə toplayır? – Hər kəsin bilməli olduğu məqamlar

Banklar məlumatlarımızı niyə toplayır? – Hər kəsin bilməli olduğu məqamlar

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi – FOTO

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi – FOTO

Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

End of content

No more pages to load

RADİO