ABŞ rəsmisi: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır – FOTO

Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman ilə görüşüb.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, Pərviz Şahbazov Məşvərət Şurasının toplantısında iştiraka görə təşəkkür edib və Məşvərət Şurasının Cənub Qaz Dəhlizi üzrə uğurlu təcrübəsinin bu ildən yaşıl enerji sahəsində də tətbiqindən bəhs edib.

Energetika naziri hazırda Cənub Qaz Dəhlizi vasitəsilə tədarükün artırılması ilə yanaşı, yaşıl enerjinin Azərbaycandan Avropaya təchizatı ilə bağlı proseslərin gedişatı barədə məlumat verib. Dəhlizin 2027-ci ilə qədər genişləndirilməsi üçün zəruri proseslərin sürətləndirilməsinin və birgə əməkdaşlığın vacibliyi qeyd olunub.

Həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq edildiyi, Xəzərin bərpaolunan enerji resurslarının elektrik enerjisi və yaşıl hidrogen şəklində Avropaya nəqlinin nəzərdən keçirildiyi bildirilib.
Laura Loxman isə Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə olduğunu və yaşıl enerji ilə bu töhfələrin davam etdirilməsini yüksək qiymətləndirib.

Söhbət zamanı ABŞ-la Azərbaycan arasında enerji sahəsində ikitərəfli əməkdaşlığa və qlobal enerji gündəliyində olan məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hava limanında saxlanılıb həbs edilən "By Ella" azadlığa buraxıldı

Hava limanında saxlanılıb həbs edilən "By Ella" azadlığa buraxıldı

Yemək soyusa da, “vicdan” təmiz qaldı – VİDEO

Yemək soyusa da, “vicdan” təmiz qaldı – VİDEO

Tovuzda 41 yaşlı qadını ilan sancdı

Tovuzda 41 yaşlı qadını ilan sancdı

Külək nə vaxt zəifləyəcək? –PROQNOZ

Külək nə vaxt zəifləyəcək? –PROQNOZ

Ağcaqanadların sonu gəlir – lazer silahı hazırlandı – Video

Ağcaqanadların sonu gəlir – lazer silahı hazırlandı – Video

Şagirdlərin elektron yerdəyişməsi BAŞLADI

Şagirdlərin elektron yerdəyişməsi BAŞLADI

Türkiyə əhalisinin sayı açıqlandı

Türkiyə əhalisinin sayı açıqlandı

Azadlığa buraxılan Rasim Həsənovun hökmündən protest veriləcək

Azadlığa buraxılan Rasim Həsənovun hökmündən protest veriləcək

Agentlikdə yeni təyinat: Emin İbrahimov işə başladı - FOTO

Agentlikdə yeni təyinat: Emin İbrahimov işə başladı - FOTO

Bakının artan əhalisi şəhər infrastrukturuna necə TƏSİR edir?

Bakının artan əhalisi şəhər infrastrukturuna necə TƏSİR edir?

Şahzadə Harri və Meqan Markl Böyük Britaniyaya QAYIDIR

Şahzadə Harri və Meqan Markl Böyük Britaniyaya QAYIDIR

İsmayıllıdakı ağır QƏZADA ölənlərin kimliyi bilindi – ADLAR

İsmayıllıdakı ağır QƏZADA ölənlərin kimliyi bilindi – ADLAR

Beyin üçün ən faydalı qəlyanaltılar açıqlandı

Beyin üçün ən faydalı qəlyanaltılar açıqlandı

Qırmızı XƏBƏRDARLIQ edildi - Təhlükə yaxındadır

Qırmızı XƏBƏRDARLIQ edildi - Təhlükə yaxındadır

Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar – RƏSMİ

Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar – RƏSMİ

Xırdalandakı qətlə görə 2 nəfər saxlanıldı – Foto

Xırdalandakı qətlə görə 2 nəfər saxlanıldı – Foto

25 illik övlad həsrəti: 49 yaşında valideyn oldular - Video

25 illik övlad həsrəti: 49 yaşında valideyn oldular - Video

Daha bir müğənni Afətlə qırğına çıxdı: “Bizi cəmiyyətə əxlaqsız kimi göstərir” - (Video)

Daha bir müğənni Afətlə qırğına çıxdı: “Bizi cəmiyyətə əxlaqsız kimi göstərir” - (Video)

14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən öldü

14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən öldü

Rusiyada güclənən anti-Azərbaycan RİTORİKASI – Moskvada kimlər Azərbaycanı hədəfə alıb?

Rusiyada güclənən anti-Azərbaycan RİTORİKASI – Moskvada kimlər Azərbaycanı hədəfə alıb?

Azərbaycanda nə qədər qızıl istehsal edilib?

Azərbaycanda nə qədər qızıl istehsal edilib?

Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?

Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?

Ermənistana Azərbaycandan tranzit keçməklə 39 vaqon buğda göndərildi -FOTO

Ermənistana Azərbaycandan tranzit keçməklə 39 vaqon buğda göndərildi -FOTO

İsmayıllıda ağır QƏZA: Ölənlər var

İsmayıllıda ağır QƏZA: Ölənlər var

End of content

No more pages to load

RADİO