2023-cü il üzrə inflyasiya proqnozu AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, baza ssenari üzrə fərziyyələr sabit qalarsa 2023-cü ildə illik inflyasiyanın 8 % ətrafında olacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilir ki, dünya enerji və ərzaq qiymətlərinin stabilləşməsi şəraitində 2022-ci ilin IV rübündən başlayaraq ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya tədricən azalmağa başlayıb:
 

MÖVZU İLƏ BAĞLI:

2023-cü ildə dünya iqtisadiyyatını nə gözləyir?


“Əksər ölkələr tərəfindən pul siyasətinin sərtləşdirilməsi qlobal iqtisadi aktivliyin faktiki və gözlənilən dinamikasına da təsir göstərir. Beynəlxalq konyunkturun tədiyə balansı baxımından Azərbaycan üçün əlverişli olaraq qalması, habelə ölkənin strateji valyuta ehtiyatlarının artması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini gücləndirir.

Son proqnozlar da 2023-cü ildə cari hesabın profisitli olacağını gözləməyə əsas verir. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici mənşəli xərc amillərini əhəmiyyətli neytrallaşdırır.

Bununla belə inflyasiya mühiti, o cümlədən tələb və təklif amillərinin gözlənilən dəyişimi ilə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır. Geosiyasi gərginliyin davam etməsi və bəzi aparıcı iqtisadiyyatlarda COVID-19-la bağlı vəziyyət inflyasiyanın xarici mühitini çox dəyişkən edir.

Stimullaşdırıcı fiskal siyasət və ölkənin xarici valyuta daxilolmalarının artmasının təsiri altında məcmu tələbin genişlənməsi şəraitində iqtisadi artım öz potensial səviyyəsini üstələyir".

Mərkəzi Bank qeyd edir ki, 2022-ci ildə əhalinin nominal gəlirlərinin 20 %-i üstələyən artımının ardınca cari ildə növbəti sosial islahat paketinin reallaşması və kredit aktivliyi məcmu tələbin əsas komponenti olan istehlakı əhəmiyyətli artıra bilər:

"2022-ci ilin dekabrında illik inflyasiya 14,4 % olub ki, bu da 2022-ci ildə müşahidə edilən pik səviyyə (sentyabr ayında 15,6 %) ilə müqayisədə cəmi 1,2 faiz bəndi azdır. İnflyasiyanın əsas struktur komponenti olan ərzaq inflyasiyası 19 % olmaqla yüksək olaraq qalır.

İstehsalçı qiymətləri (dekabrda illik artım kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi üzrə 10,2 %, qeyri-neft sənaye qiymətləri indeksi üzrə 10,6 % olub) və idxal qiymətləri (noyabrda illik idxal qiymətlərinin artımı 23,4 % olub) indekslərinin artım templəri ikirəqəmli səviyyədədir.
İnflyasiya gözləntilərinin həssaslığı da inflyasiya riskləri sırasındadır. 2022-ci ilin dekabrında keçirilən sorğuların nəticələrinə görə inflyasiya tempinin yüksələcəyini gözləyən ev təsərrüfatlarının payı 2 faiz bəndi artaraq 22 %-ə yüksəlib.

Ümumilikdə illik inflyasiya azalmaya meyil göstərsə də onun proqnozlaşdırılan səviyyəsi hədəf göstəricisini üstələməkdə davam edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hava limanında saxlanılıb həbs edilən "By Ella" azadlığa buraxıldı

Hava limanında saxlanılıb həbs edilən "By Ella" azadlığa buraxıldı

Yemək soyusa da, “vicdan” təmiz qaldı – VİDEO

Yemək soyusa da, “vicdan” təmiz qaldı – VİDEO

Tovuzda 41 yaşlı qadını ilan sancdı

Tovuzda 41 yaşlı qadını ilan sancdı

Külək nə vaxt zəifləyəcək? –PROQNOZ

Külək nə vaxt zəifləyəcək? –PROQNOZ

Ağcaqanadların sonu gəlir – lazer silahı hazırlandı – Video

Ağcaqanadların sonu gəlir – lazer silahı hazırlandı – Video

Şagirdlərin elektron yerdəyişməsi BAŞLADI

Şagirdlərin elektron yerdəyişməsi BAŞLADI

Türkiyə əhalisinin sayı açıqlandı

Türkiyə əhalisinin sayı açıqlandı

Azadlığa buraxılan Rasim Həsənovun hökmündən protest veriləcək

Azadlığa buraxılan Rasim Həsənovun hökmündən protest veriləcək

Agentlikdə yeni təyinat: Emin İbrahimov işə başladı - FOTO

Agentlikdə yeni təyinat: Emin İbrahimov işə başladı - FOTO

Bakının artan əhalisi şəhər infrastrukturuna necə TƏSİR edir?

Bakının artan əhalisi şəhər infrastrukturuna necə TƏSİR edir?

Şahzadə Harri və Meqan Markl Böyük Britaniyaya QAYIDIR

Şahzadə Harri və Meqan Markl Böyük Britaniyaya QAYIDIR

İsmayıllıdakı ağır QƏZADA ölənlərin kimliyi bilindi – ADLAR

İsmayıllıdakı ağır QƏZADA ölənlərin kimliyi bilindi – ADLAR

Beyin üçün ən faydalı qəlyanaltılar açıqlandı

Beyin üçün ən faydalı qəlyanaltılar açıqlandı

Qırmızı XƏBƏRDARLIQ edildi - Təhlükə yaxındadır

Qırmızı XƏBƏRDARLIQ edildi - Təhlükə yaxındadır

Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar – RƏSMİ

Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar – RƏSMİ

Xırdalandakı qətlə görə 2 nəfər saxlanıldı – Foto

Xırdalandakı qətlə görə 2 nəfər saxlanıldı – Foto

25 illik övlad həsrəti: 49 yaşında valideyn oldular - Video

25 illik övlad həsrəti: 49 yaşında valideyn oldular - Video

Daha bir müğənni Afətlə qırğına çıxdı: “Bizi cəmiyyətə əxlaqsız kimi göstərir” - (Video)

Daha bir müğənni Afətlə qırğına çıxdı: “Bizi cəmiyyətə əxlaqsız kimi göstərir” - (Video)

14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən öldü

14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən öldü

Rusiyada güclənən anti-Azərbaycan RİTORİKASI – Moskvada kimlər Azərbaycanı hədəfə alıb?

Rusiyada güclənən anti-Azərbaycan RİTORİKASI – Moskvada kimlər Azərbaycanı hədəfə alıb?

Azərbaycanda nə qədər qızıl istehsal edilib?

Azərbaycanda nə qədər qızıl istehsal edilib?

Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?

Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?

Ermənistana Azərbaycandan tranzit keçməklə 39 vaqon buğda göndərildi -FOTO

Ermənistana Azərbaycandan tranzit keçməklə 39 vaqon buğda göndərildi -FOTO

İsmayıllıda ağır QƏZA: Ölənlər var

İsmayıllıda ağır QƏZA: Ölənlər var

End of content

No more pages to load

RADİO