Azərbaycan 2036-cı ilə qədər təbii qazdan nə qədər gəlir əldə edəcək?

“Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi və hasilat həcminin ildə 26 milyard kubmetrə çatdırılması nəticəsində Azərbaycanın 2015-2033-cü illər ərzində ümumilikdə 20,3 milyard ABŞ dolları gəlir əldə edəcəyi gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankı (ADB) layihə ilə bağlı geniş hesabatında bildirib.

Qeyd edilib ki, Azərbaycan hökumətinin “Şahdəniz” yatağının istismarından əlavə gəlirləri 2015-2035-ci illər ərzində 13,3 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırılır:

“Bu gəlirlər Azərbaycana iqtisadiyyatı şaxələndirmək üçün daha çox maliyyə imkanları verir. Layihə həmçinin Avropanın enerji bazarını şaxələndirmək və enerji təhlükəsizliyini gücləndirmək üçün yeni enerji təchizatı mənbəyini təmin edir”.
Avropada təbii qaza olan tələbatdan danışan hesabat müəllifləri xatırladıblar ki, Rusiya “mavi yanacağı”nın qitə ölkələrinə nəqli Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq edilmiş sanksiyalara görə dayandırılıb.

Bu yaxınlara qədər Avropa Rusiyadan hər il 155 milyard kubmetr təbii qaz idxal edirmiş. İndi Avropa İttifaqı (Aİ) alternativ təchizatçılar axtarır.

“Azərbaycan hökuməti 2022-ci ildə Aİ-yə təbii qaz ixracını artırmağa razılaşıb və 2023-cü ilə qədər Avropaya tədarükün 12 milyard kubmetrə çatdıralacağı gözlənilir”, - hesabatda qeyd edilib.

Bankın məlumatlarına görə, “Şahdəniz” yatağında təbii qaz hasilatı 2019-cu ildə 46 % artaraq 16,8 milyard kubmetrə, 2020-ci ildə isə demək olar ki, 8 % artaraq 18,1 milyard kubmetrə çatıb:

““Şahdəniz” yatağında hasilatın artımı 2019-cu ildə ikinci fazanın mərhələli şəkildə işə salınmasını əks etdirir. Dəniz platformaları və sahil terminalı artıq fəaliyyət göstərir. İlk təbii qaz həcmləri 2018-ci ilin iyununda, ikincisi həmin ilin dekabrında, üçüncüsü isə 2021-ci ilin iyununda əldə olunub. Yataqdan təbii qazın Cənubi Avropa bazarlarına ixracına 2020-ci ilin dekabrında Trans-Adriatik Boru Kəmərinin istifadəyə verilməsi ilə başlanılıb”.

ADB-nin proqnozlarına görə, 2042-ci ilə qədər “Şahdəniz” yatağında ümumi təbii qaz hasilatı 489 milyard kubmetrə çatacaq.

Bildirilib ki, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi ilə bağlı planlara körpü vasitəsilə birləşdirilən iki dəniz platformasının tikilməsi, iki yarımdalma qurğusu ilə 26 sualtı quyunun qazılması, 550 metr dərinlikdə 500 kilometr uzunluğu olan sualtı kəmərin tikilməsi, Azərbaycan və Gürcüstanda əlavə ixrac gücü və Səngəçal terminalının genişlənməsi daxil idi. 2020-ci ilin dekabr ayına olan məlumata görə, 26 quyudan 20-si qazılıb.

Qalan 6 quyunun qazılması, işlənməsi və istismara verilməsi müddəti 2026-cı ilə qədər müəyyən edilib.

Xatırladaq ki, “Şahdəniz” yatağı 1 trilyon kubmetrdən çox qaz və 2 milyard barel kondensat ehtiyatı ilə dünyanın ən böyük yataqlarından biridir.

Onun işlənməsi SOCAR, “Cənub Qaz Dəhlizi” QSC və BP-nin rəhbərlik etdiyi 4 beynəlxalq şirkət arasında dövlət-özəl sektor tərəfdaşlığı əsasında həyata keçirilir.
Qeyd edək ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİCO (10 %), "SGC Upstream" (6,7 %) şirkətləri iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

100 illik ev alıb bu hala saldılar – FOTO

100 illik ev alıb bu hala saldılar – FOTO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

İki cüdoçumuz 1/8 finala yüksəldi

İki cüdoçumuz 1/8 finala yüksəldi

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - ÖZƏL -FOTO/VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - ÖZƏL -FOTO/VİDEO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Faktiki hava: Bu ərazilərə qar yağıb

Faktiki hava: Bu ərazilərə qar yağıb

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

End of content

No more pages to load

RADİO