Azərbaycanda iqtisadi riskin azaldılması ilə bağlı PROQNOZ

Əlverişli neft qiymətləri Azərbaycanda iqtisadi fəallığı və biznes dinamizmini dəstəkləyir.

Bizim.Media xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin araşdırmasında bildirilib.

"Neft və qaz Azərbaycanın ixracının təxminən 90%-ni, ÜDM-nin isə 50%-ni təşkil edir. Neftin hazırkı qiymətləri Azərbaycanın iqtisadi, fiskal və tədiyyə balansı göstəricilərinə müsbət təsir edəcək. Bank sektoru son illərdə gözlənildiyindən daha çox makroiqtisadi problemlərə, xüsusilə kredit xərcləri və aktivlərin keyfiyyət göstəricilərinə qarşı dayanıqlı olub.
Buna baxmayaraq, biz hesab edirik ki, Azərbaycanda iqtisadi riskin azaldılması struktur deyil, tsiklik xarakter daşıyır, əlverişli əmtəə qiymətləri və daha yaxşı biznes dinamizmi ilə dəstəklənir"- araşdırmada qeyd edilib.

Həmçinin qeyd edilib ki, 2021-ci ildə 5,6%-lik artımdan sonra 2022-ci il üçün iqtisadi artımı 4% proqnozlaşdırılıb:

"Bu da əsasən qaz hasilatının artımını, OPEC+ razılaşması çərçivəsində hasilatın tədricən artırılmasını və qeyri-neft sektorunun bərpasını özündə əks etdirir. 2023-2025-ci illər ərzində biz artımın orta hesabla 1,5% olacağını gözləyirik, çünki qaz hasilatının artması neft sektorunun zəifləməsini qismən kompensasiya edir".
"Digər ölkələr kimi, Azərbaycanda da artan inflyasiya və qiymət təzyiqləri pandemiya sonrası yenidən açılma, ərzaq qiymətləri inflyasiyası və daxili enerji də daxil olmaqla bəzi inzibati qiymət artımları ilə bağlıdır. 2022-ci ildə inflyasiyanın orta hesabla 13,5% olacağını proqnozlaşdırırıq"- "S&P" vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Gimnastlarımız İtaliyada beynəlxalq turnirdə bürünc medal qazandılar

Gimnastlarımız İtaliyada beynəlxalq turnirdə bürünc medal qazandılar

Türkiyəli jurnalist: “Azərbaycan gücləndikcə, müstəqil siyasət apardıqca üzərindəki təzyiq də artacaq” - VİDEO

Türkiyəli jurnalist: “Azərbaycan gücləndikcə, müstəqil siyasət apardıqca üzərindəki təzyiq də artacaq” - VİDEO

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

Almaniyada təyyarə qəzaya uğradı - 2 ölü var

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

“Hamı ağlını başına yığsın, kimə xidmət edirsiniz?” - FOTO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

Paraqvayda tennis topu boyda dolu yağdı - VİDEO

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

OPEC+ ölkələri noyabrda neft hasilatı kvotalarını dəyişməyəcək

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçı başladı - CANLI

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Zelenski: Rusiyanın təxminən 700 ballistik raketi var

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırdı

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Gəncənin ilk mülki şəhidinin anası oğlunun son günündən danışdı - VİDEO

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Azərbaycan millisi Litvaya qarşı - Start heyətlər

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Müharibə və sanksiyalar nəticə verməyəcək - Abbas Əraqçi

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Hörmüz boğazında gəmi mərmi ilə vuruldu

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

End of content

No more pages to load

RADİO